Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb. Tağızadə Rüfət, Tağıyeva Əfsanə, onların övladları Tağızadə Ümid və Tağızadə Sürəyya yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.
“Kaş belə faciəvi hadisələr baş verməzdi. Belə hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir. Bunu həm aidiyyəti dövlət orqanları, həm də vətəndaş etməlidir.
Bunu Avropa.info-ya açıqlamasında Milli Cəphə Partiyasinin Başqan müavini siyasi şərhçi Ehtiram Mehtiyev deyib.
Ehtiram Mehtiyev əlavə olaraq qeyd edib ki, Yaxşı olar ki, “Azəriqaz” bununla bağlı mənzillərdə yoxlamalar aparsın, qaz təhlükəsizliyini kobud pozan, qaz sistemində özbaşına dəyişikliklər edən abonentlərə xəbərdarlıq etsin. Qaydalara əməl etməyənlər müvafiq qaydada cəzalandırılsın. Hər hansı bir məsuliyyətsizlik ölümə səbəb ola bilər”, – deputat köməkçisi deyib.