13 - 09 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

ABŞ Prezidentinə Prezident Əliyevdən donos yazan tanınmış azərbaycanlı…

Aprel 2, 2025
Manşet
A A

 

Koliforniyada yaşayan İran Türkləri Konqresinin rəhbəri Əlirza Amir Nəzmi Avşar ABŞ Prezidenti Donald Trampa məktub yazaraq, Azərbaycana qarşı çağırış edib.

Avropa.info xalq şairi Sabir Rüstəmxanlının Əlirza Amir Nəzmi Avşara açıq məktubla cavabını təqdim edir:

ABŞ. Koliforniya. İran Türkləri Konqresinin direktoru Əlirza Amir Nəzmi Avşara

Hörmətli Əlirza bəy!

Amerika Birləşmiş Ştatlarından güneyli bir dostum Sizin mart ayının 14-də Prezident Trampa yazdığınız və surətini ABŞ-ın vitse-prezidentinə, Konqresin spikerinə, dövlət katibinə, Təhlükəsizlik Xidmətinə və bəzi senatorlara ünvanladığınız məktubun surətini mənə göndərdi.

Sizi təcrübəli bir insan kimi tanıdığıma görə elə bildim, dünya liderlərindən birinə xalqımızın taleyi, yəni parçalanması, öz torpaqladından (Qərbi Azərbaycandan) deportasiya edilməsi, İranda milli zülm altında olması, Güney Azərbaycanın sərvətlərinin fars-erməni birliyi tərəfindən vəhşicəsinə talanması, süni surətdə yaradılan böyük Urmi ekoloji fəlakəti, fars-molla rejiminin 50 milyon İran türkünü öz ana dilində yazıb-oxumaqdan və ən adi insan haqlarından məhrum etməsi, ABŞ-ın dəstəklədiyi silahlı PKK terror çətələrinin İranda türkləri öz torpaqlarından sıxışdırması kimi milli problemlərimiz haqqında məlumat verəcək, ABŞ-İran siyasətində sadaladığım məsələlərin də nəzərə alına biləcəyini vurğulayacaqsınız.

Düzdür, D.Tramp sizin dediyinizlə oturub-durmayacaq, lakin onun bəyanatlarından göründüyü kimi, siyasi proqramlarında yer alan ölkələrdən biri də İrandır və bu ölkənin daxili durumunu daha yaxşı bilməsi işin xeyrinə olar.

Təəssüf ki, siz İran türklərinin taleyini bir kənara qoyub, dünya azərbaycanlılarının hələ ki yeganə dövləti olan Azərbaycan Respublikasını və onun iqtidarını hədəfə çevirərək, yaşınıza-başınıza yaraşmayan, qeyri-dəqiq məlumatlarla, yalan və böhtanla dolu olan bir şikayət məktubu yazmısınız. Sanki Avropanın, özəlliklə Fransanın ermənipərəst və düşmən münasibəti, erməni diasporunun gecə-gündüz bizim əleyhimizə yayılan yazıları, İranın antiazərbaycan siyasəti az imiş, gərək siz də onların köməyinə çataydınız. Tramp hakimiyyətini Azərbaycanın üzərinə yönəltmək və Prezident İlham Əliyevi gözdən salmaq cəhdini düşmənlərimizin mövqelərindən fərqləndirmək çətindir.

Əksinə, bəzi rus, erməni və Avropa siyasətçiləri İlham Əliyevin peşəkarlığını və müstəqil siyasət aparmasını açıq etiraf edirlər.

Son vaxtlar mətbuatda yayılan məlumata görə, Amerikadakı yəhudi diasporu və nüfuzlu yəhudi iş adamları Amerika ilə Azərbaycanın münasibətlərinin yaxşılaşması və 907-ci düzəlişin ləğvi üçün Tramp hakimiyyətinə təsir göstərməyə çalışırlar. Sizsə tam tərsinə, ABŞ-ın Azərbaycana təzyiqinin güclənməsinə cəhd edirsiniz. Onda deyə bilərsinizmi bizim gənc Azərbaycan dövlətinin dostu kimdir? Siz qanı-qanımızdan olan doğma qardaşımız, yoxsa yəhudilər?

Perizdent Trampa yazırsınız:

“Sayın başqanım,

Bu gün sizinlə Azərbaycan Cümhuriyyəti haqqında danışmaq istəyirəm. Cümhurbaşqanı İlham Əliyevin kirəlik ajanları, İran türklərinin yaklaşık yüzdə iyirimisinin yaşadığı Güney Azərbaycanda da xaos və güvənsizlikdən başqa bir şey doğurmayacaq inanılmaz şərtlər yaratmışlardır. 1945-in sonlarında və 1946-da Stalinin ajanı olan Pişəvərinin yönləndirdiyi kommunistlərin bu gün İranı bölmək və Azərbaycan Cümhuriyyətinə qatmaq amacıyla kullanılması, sadəcə bir aldatmaca və təbliğat olsa belə, təhlükəli sonuc doğuracaqdır”.

Mən sizin yazınızla bağlı “yalan və böhtanla dolu” dedikdə məhz bu cümlələri nəzərdə tuturam… 1945-ci ildə Təbrizdə qurulmuş Milli Hökumətin lideri Seyid Cəfər Pişəvərini “Stalinin ajanı” saymaq o dövrün şərtlərindən bixəbərlikdir və bu hərəkatın qurbanları olmuş onminlərlə şəhidin, fədainin ruhuna hörmətsizlikdir. Pişəvərinin kommunist hərəkatına bağlılığı onun Stalinin xəfiyyəsi olması demək deyil və bunu onların yazışmaları da göstərir. Pişəvəri yaranmış şəraitdən istifadə edib Güney Azərbaycana öncə muxtariyyət, sonra müstəqillik qazandırmaq istəyirdi.

1946-cı ildə Güney Azərbaycan Milli Hərəkatı Stalinin avantürası deyildi, Güney Azərbaycan xalqının qəhrəman mübarizəsinin nəticəsi idi, onun yıxılmasında və onminlərlə qardaş-bacımızın qətlində Stalin nə qədər günahkardısa, ABŞ-ın o vaxtkı hakimiyyəti də o qədər, bəlkə daha artıq günahkardır. “Stalinin ajanı” dediyiniz Pişəvəri tariximizin Səttar xan və Şeyx Məhəmməd Xiyabani ilə bir sırada dayanan milli qəhrəmanı idi. Azərbaycan Demokrat firqəsinin başçısını və Milli Hökumətin rəhbərini təhqir etmək haqqını sizə kim verib? Pişəvərinin milli azadlıq niyyətini gözündə qoyan Stalin həm də onun ölümünə fitva verdi. Məncə, siz bu tarixi məndən yaxşı bilirsiniz və ya bilməlisiniz.

Siz İran türklərinin öndə gedən bir ziyalısı olaraq güneyli qardaşlarımızın vahid platformada birləşməsinə çalışmalısınaz. Təəssüf ki, bunun əvəzinə “onlar İranı bölmək istəyirlər” deyə fars-molla rejiminin sözünü təkrar edirsiniz.

Bilirsiniz, İran türkləri öz gələcəkləri ilə bağlı siyasi mübarizədə bir neçə cəbhəyə ayrılırlar. Bir hissəsi də İranın parçalanmasını, Güney Azərbaycanla Quzey Azərbaycanın birləşməsini istəyir. Xatırladıram ki, bir vaxtlar siz də bu cəbhədə idiniz. Məktubunuzdan görünür ki, siz artıq İranın bütövlüyünün qorunması qayğısına qalırsınız. Olsun. İnsan öz seçimində sərbəstdir. Lakin sizin bugünkü mövqeyiniz Azərbaycanın milli ideallarına və Pişəvəri kimi bir Vətən fədaisinə ləkə yaxmaq haqqı vermir.

Hörmətli Əlirza bəy! Lütfən izah edin, İlham Əliyevin komandası və ya sizin dediyiniz kimi, ajanları Güney Azərbaycanda hansı pozuculuq fəaliyyəti ilə məşğuldurlar? Bəlkə Urmidə xalqı öz torpaqlarını qorumaq üçün ayağa qaldıran, küçələrə tökən də Azərbaycan Respublikasıdır? Bəlkə futbol stadionlarında on minlərlə insana “Haray, haray, mən türkəm” və ya “Bakı-Təbriz-Ankara – biz hara, fars hara” şüarlarını söylədən də Azərbaycan Respublikasıdır? Bəlkə sizin İranda hər gün milli fəalların həbsindən və edamından xəbəriniz yoxdur?! Bəlkə orta əsrlərin feoadal üsul-idarəsindən seçilməyən qəddar idarəçilik mexanizmini də İrana biz ötürmüşük?

Azərbaycan kommunist hərəkatı ilə çoxdan vidalaşıb və kommunistlərin İranı bölmək və Azərbaycan Cümhuriyyətinə qatmaq “təhlükəsi” haqqında dediklərinizin də heç bir əsası yoxdur, İranda Azərbaycan Respublikası tərəfindən yönəldilən belə bir real təhlükə olsa, buna sevinərdim.

Hörmətli Əlirza Amir Nəzmi Avşar!

Yəqin bilirsən, mən Azərbaycan Respublikasında 1992-ci ildən bəri fəaliyyət göstərən bir müxalifət partiyasının başqanıyam. Yəni, İlham Əliyevin komandasında deyiləm. Keçən otuz üç ildə iqtidarı həm Milli Məclisdə, həm də mətbuatda sərt, lakin milli ədəb-ərkan dairəsində tənqid edənlərdən, bununla belə Vətəndaş Həmrəyliyi ideyasından əl çəkməyən bir qələm əhliyəm, siyasətçiyəm və uzun müddət Milli Məclisin deputatı olmuşam.

Lakin İkinci Qarabağ savaşında bir çox müxalifət partiyası kimi, biz də iqtidarın yanında dayandıq, “milli məsələlərdə, ölkənin müdafiə işində ayrı-seçkilik yoxdur”, dedik. Şükür, Azərbaycan öz torpaqlarını azad etdi və haqlı olduğunu dünyaya çatdırdı.

Bu, Rusiya, Ermənistan, İran və bir sıra başqa ölkənin təzyiqi altında olan Azərbaycanın böyük qələbəsi idi. İndi də bir çox güclərin ermənipərəst siyasətlərinə baxmayaraq, Azərbaycan öz mövqeyini qorumaqda və heç bir yerdən yardım almadan öz dağıdılmış yurdlarını bərpa etməkdədir. Qonşularla, o cümlədən İranla da dinc münasibətlərini inkişaf etdirməyə çalışır. Belə bir durumda sizin İlham Əliyevi İranın iç siyasətinə qarışmaqda günahlandırmanız və bundan ABŞ prezidentinə şikayətlənməniz gülüncdür. Siz otuz il ərzində Azərbaycanın Qarabağ bölgəsində daşı-daş üstə qoymayan Ermənistan ordusuna, Ermənistana İranın hər cür yardım göstərdiyini, bir milyon insanın yerindən-yurdundan didərgin salınmasına dolayı yolla dəstək verdiyini və indi də işğalçı Errmənistanın revanşist siyasətinə yardımçı olduğunu görməzdən gələ bilməzsiniz. Ümumiyyətlə, Azərbaycan respublikasının üstünə bu şəkildə kin və nifrətlə hücum çəkən Əlirza bəy, görəsən, son otuz beş ildə ABŞ prezidentlərinə ermənilərin işğalçılığını, erməni terrorunu pisləyən hər hansı məktub yazıbmı, “erməni soyqırımı” iddilarının əsassızlığını, əsl soyqırımın azərbaycanlılara qarşı yapıldığını diqqətə çatdırmağa çalışıbmı? Yoxsa, o, dünyanın bəzi liderləri kimi kimin işğalçı, kimin əzabkeş olduğunu bilmir?

Azərbaycan türklərinin otuz illik işğala yenicə son qoyaraq düşmən münasibətləri məngənəsində boğulduğu bir vəziyyətdə gənc dövlətdən, dünya ağalığı iddiasında olan ABŞ prezindetinə şikayətin adı və məqsədi nədir? Yəni çətinliklə qurduğumuz və qoruduğumuz bu dövləti də itirək?

Bir daha deyirəm, niyyətim İlham Əliyev hakimiyyətini müdafiə etmək deyil. Amma həm də çox qətiyyətli bir şəkildə müdafiə etməkdir. Çünki bu dövlət mənimdir. Onun quruculuğunda öndə olan şəxslərdən biri olmuşam. Onu SSRİ-dən, Qorbaçov xəyanətkarlığından qurtardıq, ona görə yox ki, indi də Makronların, Trampların siyasi basqıları altında yaşayaq.

Bizim gənc, müstəqil dövlətimiz müharibə alovlarının içində doğulub. Otuz il ərazisinin yüzdə iyirmisi işğal altında olub. Bu illər ərzində Ermənistandan və Qarabağdan qovulmuş bir milyon insanı aclığın cəngindən xilas etmək qayğısına qalıb. Buna baxmayaraq, sizin yaşadığınız ABŞ və dünyanın böyük dövlətləri Ermənistana işğalçı deməyib; o vəziyyətdə də bizi günahlandırmağa çalışıblar. Bu cəhənnəm əzabının içində Azərbaycan xalqı və İlham Əliyev özündə güc tapıb, qəddini dikəldib ordu qurub, savaşda qalib gəlib və bu gün Ermənistanın cəhənnəmə çevirdiyi Qarabağı yalnız öz gücünə güvənərək, yenidən cənnətə çevirməklə məşğuldur. Təbii ki, belə bir durumda sizin arzuladığınız demokratik şərtlərin hamısını gözləmək mümkün deyil. Çünki o şərtlərin bir çoxu demokratiya adı altında ermənilərin işağlçı siyasətini uzatmağa və Azərbaycanı məğlubiyyətlə barışdırmağa xidmət edirdi. İlham Əliyev ölkə başçısı kimi bunun qarşısını aldı və bir çox kənar təzyiqlərə baxmayaraq, 44 gün ərzində düşməni əzdi. Məncə, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu reallığı görməli və dərk etməli, buna görə İlham Əliyevə Ali Baş Komandan kimi minnətdar olmalıdır.

Deyə bilərsiniz ki, bütün bunlar öz yerində, amma bu gün ölkədə vəziyyət ağırdır, bahalıqdır, işsizlik var və s. Bu barədə bildiyiniz məlumatları Azərbaycan Prezidentinin özünə yaza bilərdiniz. Yaxşı bilirsən ki, bunu Tramp düzəltməyəcək. Yenə İlham Əliyev və ondan sonra hakimiyyətə gələn bir başqa azərbaycanlı həll edəcək.

Bəzi ermənipərəst Avropa liderləri bu gün Azərbaycanın başında İlham Əliyev kimi güclü bir siyasətçinin dayanmasını istəməzdilər. Buna görə də Azərbaycana təzyiq üçün gah demokratiya, gah seçki ədalətsizliyi, gah insan haqlarının pozulması kimi məsələləri ortaya atırlar. Ancaq siz elə bilirsiniz nöqsanlar tam ideal bir şəkildə aradan qalxsa, Azərbaycana təzyiq azalacaq? İlham Əliyevin yerinə özlərinə sərf edən birisinin haklimiyyətə gəlməsini istəyərlər. Lakin bunu Azərbaycan xalqının mənafeyi naminə yox, Azərbaycanı öz istədikləri kimi idarə etmək üçün istəyirlər.

Bu baxımdan məktubunuzun müstəqil Azərbaycan respublikasından şikayət ruhunu qəbuledilməz sayıram və bunu pisləyirəm.

Biz ayrı-ayrı mühitlərdə tərbiyə alsaq da, ikimiz də türkük. Azərbaycan türküyük. Bizim əxlaqımızda evin içindən qonşuya şikayət ənənəsi yoxdur. ABŞ bizim dədəmiz deyil.

“Böyük həbsxana” adlandırdığınız Azərbaycan mənim “böyük cənnətim”dir. Və İran türkləri ilə siyasi birliyimiz olmasa da, mədəni-mənəvi, ideoloji birliyimizin olması ən böyük idealımdır.

Azərbaycan Şimal-Cənub, Şərq-Qərb yolunun üstündə böyük maraqların toqquşduğu Güney Qafqazda öz müstəqilliyi və siyasi müvazinətini qorumaq uğrunda mübarizə aparan, o qədər böyük olmayan, lakin Güney Qafqazın ən böyük və ən güclü ölkəsidir.

Siz Trampa yazırsınız: “Çin Hörmüz boğazı, Süveyş kanalı, Panama kanalı və Malakka boğazında nüfuz sahələri oluşdururkən, indi də Əliyevin yolsuzluq tutqusu və iqtidar hissindən yararlanaraq səssiz, amma etkili bir şəkildə Qafqaziya və Qara dənizə doğru irəliləməkdədir. Ancaq Xəzər və Qara dənizdə Çinin varlığı böyük bir fəlakət olacaqdır”. Yəni ABŞ-a müraciətlə, “İlham Əliyev hakimiyyəti Çinin Xəzərə, Qara dənizə çıxmasına şərait yaradır, amandır, buna imkan verməyin” deyirsiniz! Məncə, özünüz də yaxşı bilirsiniz ki, bu sözlərinizin heç bir əsası yoxdur. Əliyevin niyyəti bu deyil. Onun niyyəti Azərbaycanın böyük ərazisi ilə kiçik ərazisi olan Naxçıvan arasında 40 kilometrlik Zəngəzur dəhlizini açmaqdır. Bundan Azərbaycan, türk dünyası və Avropa ilə birlikdə Çin də faydalana bilər. Siz Azərbaycanın milli marağı ilə Çinin dünya siyasətini qarışdırırsınız və məktubunuzda Çini bu məsələyə qoşmaqla, Azərbaycan üçün həyati əhəmiyyəti olan bu dəhlizin açılmasına, bizim milli maraqlarımıza, türk dünyasının yerüstü əlaqə imkanlarının genişlənməsinə qarşı çıxırsınız. Bunun da ermənipərəst fars-molla rejimi yanaşmasından heç bir fərqi yoxdur.

Məktubunuzda tez-tez Karl Marks, Lenin, Stalin və kommunist hərəkatından söz açır və Azərbaycan hakimiyyətinin hələ də keçmişin ideoloji təsiri altında olduğuna işarə edir, fikrinizi belə yekunlaşdırırsınız: “Uca Tanrıdan Bəşər Əsəddən sonra Tehran və Bakıdakı yağmaçıları da təmizlənməsi üçün sizə başarılar diləyirəm”.

Azərbaycan hakimiyyətini Bəşər Əsəd rejimi ilə yan-yana qoyur və Azərbaycana da Suriya taleyi arzulayırsınızsa, buna nə ad verək? Azərbaycanda gedən proseslərdən, görülən işlərdən xəbərsizlik, yoxsa milli xəyanət, satqınlıq?

Bir müstəqil dövlətdə hakimiyyət xalqın iradəsi və demokratik seçkilər yolu ilə dəyişilməlidir. Siz bunu bir kənara qoyub ABŞ-dan Azərbaycanda hakimiyyəti dəyişdirmək tələb edirsinizsə, uzun müddət yaşadığınız ölkənin demokratiya təcrübəsindən nə öyrənmisiniz?

O zaman İran Türkləri Konqresi hansı haqla İranın demokratikləşməsindən və orda türklərin haqlarından danışa bilər və sizin bu çağırışınızı konqres adına necə yaraşdırmaq olar?

Hörmətli Əlirza bəy! ABŞ, Fransa, Rusiya Minsk qrupunun üzvləri kimi Qarabağ sorununu həll edə bilmədi. Əksinə düşmənçiliyi dərinləşdirdi, Azərbaycanı məğlubiyyətlə barışmağa sövq etdi.

Biz Qərb dövlətlərinin “demokratiya” sözü altında bizim hüquqlarımızı görməzdən gəlməsini dəfələrlə müşahidə etmişik. Biz ölkə olaraq öz gücümüzə güvənirik və demokratiya, seçki, yolsuzluq, insan haqları ilə bağlı nə problemimiz varsa, özümüz həll edəcəyik.

Lütfən Azərbaycana fars, erməni gözü ilə baxmayın, çevrəmizdə düşmənlər az deyil, başqasını da dəvət etməyə çalışmayın və özünüz də düşmənə çevrilməyin…

Yaşasın Bütöv Azərbaycan!

Yaşasın Türk Birliyi!

Əvvəlki Yazı

Boykot çağırışları ilə bağlı ex officio araşdırma başladılıb

Növbəti Yazı

Fransa Bakıya “ölüm qrupu” göndərdi

XƏBƏR LENTİ

Gəncliyin qorunması: Güclü ailə, sağlam cəmiyyət və milli dəyərlər

Gəncliyin qorunması: Güclü ailə, sağlam cəmiyyət və milli dəyərlər

12 Sentyabr 2025 / 16:05
8
Azərbaycanda insan alveri ilə mübarizə gücləndirilir – AÇIQLAMA

QHT sədri: “Biz əminik ki, Prezidentimiz xalqla dövlətin arasında körpünü daha da gücləndirəcək”

10 Sentyabr 2025 / 14:54
10
İsraildən Türkiyəyə ədəbsiz TƏHDİD: Rəsmi Ankara sərt reaksiya verdi

İsraildən Türkiyəyə ədəbsiz TƏHDİD: Rəsmi Ankara sərt reaksiya verdi

09 Sentyabr 2025 / 22:27
18
Sentyabr günəşinin isti nəfəsi Türkiyənin möhtəşəm sahillərində

Sentyabr günəşinin isti nəfəsi Türkiyənin möhtəşəm sahillərində

09 Sentyabr 2025 / 22:14
5
DÇ-2026: Azərbaycan – Ukrayna qarşılaşması bu hesabla bitdi

DÇ-2026: Azərbaycan – Ukrayna qarşılaşması bu hesabla bitdi

09 Sentyabr 2025 / 22:10
3
Rusiyada təzyiqlər davam edir: Azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ

Rusiyada təzyiqlər davam edir: Azərbaycanlı diaspor sədri seçkilərdən GERİ ÇƏKİLDİ

09 Sentyabr 2025 / 22:07
4
Sənət və tarixin qovuşduğu layihə: Qobustanda “Vətənpərvərlik etüdləri” sərgisi – FOTOLAR

Sənət və tarixin qovuşduğu layihə: Qobustanda “Vətənpərvərlik etüdləri” sərgisi – FOTOLAR

09 Sentyabr 2025 / 22:05
7
Hava bu tarixdə kəskin dəyişir – Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq – xəbərdarlıq

Hava bu tarixdə kəskin dəyişir – Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq – xəbərdarlıq

09 Sentyabr 2025 / 21:56
5
Metroda gediş haqqı artacaq? – RƏSMİ AÇIQLAMA

Metroda gediş haqqı artacaq? – RƏSMİ AÇIQLAMA

09 Sentyabr 2025 / 12:47
2
Maaş kartları ilə bağlı YENİLİK

Maaş kartları ilə bağlı YENİLİK

09 Sentyabr 2025 / 12:19
6
Dövlət işləməyən şəxslərə pensiya verəcək – Yeni QAYDALAR

Pensiyalar sabah ÖDƏNİLƏCƏK

09 Sentyabr 2025 / 11:27
1
Milli Məclis toplaşır – Bu gün xüsusi iclas keçiriləcək

Deputatlar toplaşdı – Milli Məclisdə xüsusi iclas keçirilir

09 Sentyabr 2025 / 11:00
1
Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər?

Metroda gedişhaqqı ilə bağlı dəyişiklik ola bilər?

09 Sentyabr 2025 / 10:45
3
Prezident İlham Əliyev pilotların şücaətindən DANIŞDI

Azərbaycan Prezidenti: Beyin mərkəzlərinin araşdırmaları qlobal çağırışların həlli üçün mühüm zəmin yaradır

09 Sentyabr 2025 / 10:12
1
Ukraynanın sabiq XİN rəhbəri ölkədən qaçdı

Ukraynanın sabiq XİN rəhbəri ölkədən qaçdı

09 Sentyabr 2025 / 9:54
3
Milli Məclis toplaşır – Bu gün xüsusi iclas keçiriləcək

Milli Məclis toplaşır – Bu gün xüsusi iclas keçiriləcək

09 Sentyabr 2025 / 9:12
2
Deputatlar spikerə müraciət etdi – Milli Məclis təcili TOPLAŞIR

Minlərlə ailə BU ŞAD XƏBƏRİ gözləyir – Gözlər Milli Məclisdə!

09 Sentyabr 2025 / 9:10
9
Gərginlik artır: Bu ölkədən ABŞ-yə SƏRT REAKSİYA – FOTO

Gərginlik artır: Bu ölkədən ABŞ-yə SƏRT REAKSİYA – FOTO

09 Sentyabr 2025 / 9:06
3
Çanaqqala savaşını günbəgün yazdı – Türk əsgərinin xatirələri 110 ildən sonra ortaya çıxdı

Çanaqqala savaşını günbəgün yazdı – Türk əsgərinin xatirələri 110 ildən sonra ortaya çıxdı

09 Sentyabr 2025 / 8:58
6
Bakı-Abşeron mətbəxində simvolik dəfn – Unudulmuş bu yemək özündə nələri gizlədir?

Bakı-Abşeron mətbəxində simvolik dəfn – Unudulmuş bu yemək özündə nələri gizlədir?

09 Sentyabr 2025 / 8:22
5
Bu ölkədə GƏRGİNLİK: 600 nəfərlik qrupun girov götürdüyü 45 əsgər azad edildi

Bu ölkədə GƏRGİNLİK: 600 nəfərlik qrupun girov götürdüyü 45 əsgər azad edildi

09 Sentyabr 2025 / 8:11
6
Kreml sülhə qarşı: Moskva Ermənistan radikallarını dəstəkləyir

Kreml sülhə qarşı: Moskva Ermənistan radikallarını dəstəkləyir

09 Sentyabr 2025 / 8:01
9
Suriya Prezidenti Əş-Şara diplomu həyat yoldaşına özü təqdim etdi

Suriya Prezidenti Əş-Şara diplomu həyat yoldaşına özü təqdim etdi

09 Sentyabr 2025 / 7:47
2
Qalatasaraylı oyunçu dünyanın ən güclü ikinci futbolçusu seçildi

Qalatasaraylı oyunçu dünyanın ən güclü ikinci futbolçusu seçildi

09 Sentyabr 2025 / 7:45
3
İzmirdəki silahlı hücumla bağlı saxlanılanların sayı 9-a çatdı

İzmirdəki silahlı hücumla bağlı saxlanılanların sayı 9-a çatdı

09 Sentyabr 2025 / 7:42
1
Tiflisdə qarşıdurma: İqtidarla müxalifət tərəfdarları əlbəyaxa davaya çıxdı

Tiflisdə qarşıdurma: İqtidarla müxalifət tərəfdarları əlbəyaxa davaya çıxdı

08 Sentyabr 2025 / 23:43
1
Aramızdakı “gizli düşmən” – Orqanizmi məhv edir: Hər evdə var…

Aramızdakı “gizli düşmən” – Orqanizmi məhv edir: Hər evdə var…

08 Sentyabr 2025 / 22:13
4
Türkiyədə polis bölməsinə silahlı hücum: Ölənlər var – İran vətəndaşı saxlanıldı – YENİLƏNİB

Türkiyədə polis bölməsinə silahlı hücum: Ölənlər var – İran vətəndaşı saxlanıldı – YENİLƏNİB

08 Sentyabr 2025 / 20:19
5
“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı – FOTOLAR

“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı – FOTOLAR

08 Sentyabr 2025 / 18:03
5
Krediti gecikdirənlər həbs olunacaq? – Hüquqşünas AÇIQLADI

Bu şəxslər 1000 manat cərimə olunacaq

08 Sentyabr 2025 / 17:32
4
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.