Avropa .info xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb
Qərarla həmçinin Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri də yeni redaksiyada təsdiq edilib.
Maliyyə Nazirliyi bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirəcək.
Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq ediləcək