İsrailin Azərbaycandakı səfiri Corc Dik Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Avropa.info Modern.az-a istinadla xəbər verir ki, bu barədə Dik sosial şəbəkədəki səhifəsində paylaşım edib.
“Bu gün biz 1992-ci il Xocalı faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. İsrail adından Azərbaycan xalqına başsağlığı verirəm”, – diplomat qeyd edib.
Səfir belə cinayətlər qarşısında İsrail və Azərbaycanın birliyini vurğulayıb:
“Bu cür faciələr bizə nifrətə və ədalətsizliyə qarşı birləşərək ümumi insanlığımızı müdafiə etmək borcumuzu xatırladır