Fələstin Məhbuslar Dərnəyi, İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına hücumlarının başlamasından bu yana İsrail həbsxanalarında həyatını itirən fələstinli məhbusların sayının 59-a çatdığını açıqlayıb.
Avropa.info xəbər verir ki, Dərnəkdən verilən yazılı açıqlamada, ölüm səbəbi ilə bağlı heç bir məlumat verilmədən Qəzzalı məhbus Musab Haniyənin İsrail həbsxanalarında öldüyü bildirilib .
Açıqlamada Haniyənin vəfatı ilə 7 oktyabr 2023-cü ildən bəri İsrail həbsxanalarında həyatını itirən fələstinlilərin sayının 59-a çatdığı bildirilib.
Açıqlamada həyatını itirən 59 nəfərdən 38-nin Qəzza zolağından olduğu qeyd edilib və həmçinin İsrailin həyatını itirən onlarla fələstinli məhbusu gizlətdiyi iddia edilib.