İsrailin atəşkəsə baxmayaraq yardımın ölkəyə girişini məhdudlaşdırdığı Qəzza zolağında şiddətli soyuqdan 3 uşaq ölüb.
Avropa.info məlumatına görə İsrailin 15 aydan çox davam edən hücumlarından sonra əldə edilən atəşkəsə baxmayaraq, yardımların girişinə məhdudiyyət qoyulması səbəbindən sığınacaq və istilik problemlərinin yaşandığı Qəzzada soyuq hava şəraiti bölgə xalqının əziyyətini artırır.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın sağlamlıq mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Qəzzada şiddətli soyuqdan 3 uşaq həyatını itirib.
Mənbələr soyuq havanın təsirli olduğu Qəzzada bir çox uşağın vəziyyətinin “kritik” olduğunu bildirib.
Qəzzada soyuqdan ölən uşaqların sayı 10-a çatıb.
Hökumətin Qəzzadakı Media Ofisinin məlumatına görə, daha əvvəl Qəzzada şiddətli soyuqdan 7 uşaq dünyasını dəyişib.
İsrailin Qəzzaya 15 aydan çox davam edən soyqırım hücumları zamanı dağıntılar altında itən 14 mini də daxil olmaqla 61 mindən çox fələstinli ölüb, 2 milyon insan isə didərgin düşüb.
Hücumlar, həmçinin məcburi köçkün fələstinlilərin sığındıqları xəstəxanalar, evlər və məktəbləri hədəf alaraq Qəzza zolağının infrastrukturunun 88 faizini məhv edib .
İsrailin uzun müddətdir Qəzzaya humanitar yardımı əngəlləməsi səbəbindən bölgə xalqının qida, təmiz su, sığınacaq və istilik materialları kimi yardımlara ehtiyacı var.