“Suriya prezidenti Şaraa ilə görüşü zamanı Putin Suriyada sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına kömək etmək əzmində olduğunu bildirib”, – Kremldən bildiriblər.
Avropa.info xəbər verir ki, Kremldən verilən açıqlamada Putinin Şaraa ilə telefon danışığı olduğu bildirilib.
Açıqlamaya görə, Putin Şaraa Suriyada yeni rəhbərliyin qarşısında duran vəzifələrin həllində uğurlar arzulayıb və Suriyadakı mövcud vəziyyətlə bağlı hərtərəfli məsləhətləşmələr aparılıb.
Bəyanatda qeyd olunub ki, Rusiya Suriyanın birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir:
“Bununla əlaqədar olaraq, ölkədə davamlı normallaşma üçün kompleks tədbirlər həyata keçirilməsinin və aparıcı siyasi qüvvələrin və əhalinin etnik-dini qruplarının iştirakı ilə Suriyadaxili dialoqun intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Putin Rusiyanın Suriyada sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, o cümlədən humanitar yardım göstərməklə köməklik etmək əzmində olduğunu bildirib”.
Açıqlamada iki ölkə arasında ticarət, iqtisadiyyat və təhsil sahələrində əməkdaşlığın da müzakirə edildiyi vurğulanıb və əlavə edilib: “İkitərəfli əməkdaşlığın inkişafı üçün geniş gündəliyi dəyərləndirmək üçün belə faydalı təmasların davam etdirilməsi qərara alınıb. Liderlər arasında telefon danışığı konstruktiv, peşəkar və mənalı olub”. deyildi