25 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Yeniyetmələrin peşə hədəflərinin formalaşdırılmasına dəstək tədbiri keçirilib – FOTOLAR

İyun 19, 2026
Cəmiyyət
A A

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Sosial İslahatlara Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Peşəni seç, gələcəyinin memarı ol” layihəsi çərçivəsində 15 may 2026-cı il tarixində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilib.

Tədbirdə məktəbin rəhbərliyi, pedaqoji kollektiv, ictimai birliyin nümayəndələri və yeniyetmələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Sosial İslahatlara Dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Namiq İnşallahoğlu layihənin məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi yeniyetmələrin və gənclərin peşə seçimində düzgün istiqamətləndirilməsi, onların əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarla təmin olunmasına dəstək göstərilməsi, insan kapitalının inkişafına töhfə verilməsi və gələcək karyera hədəflərinin formalaşdırılmasına yardım etməkdir.

Natiq qeyd edib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində gənclərin peşə hazırlığının gücləndirilməsi, məşğulluq imkanlarının artırılması və əmək bazarına uğurlu inteqrasiyasının təmin olunması mühüm prioritetlərdən biridir. Bu baxımdan həyata keçirilən layihə dövlətin müəyyən etdiyi strateji hədəflərə ictimai dəstək xarakteri daşıyır.

Daha sonra tədbirdə təlimçi qismində çıxış edən AMEA-nın fəlsəfə doktoru Qədim Qubadov peşə seçiminin insan həyatında verilən ən mühüm qərarlardan biri olduğunu vurğulayıb. O qeyd edib ki, hər bir insanın gələcək həyat yolunun, məqsədlərinin və uğurlarının müəyyənləşməsində peşə seçimi xüsusi rol oynayır.

Qədim Qubadov bildirib ki, peşə yalnız gəlir əldə etmək vasitəsi deyil, eyni zamanda insanın özünü ifadə etməsi, potensialını reallaşdırması və cəmiyyətə fayda verməsi üçün vacib platformadır. Onun sözlərinə görə, bir çox gənclər peşə seçərkən ətraf mühitin təsiri, peşələrin populyarlığı və ya prestiji əsasında qərar verməyə çalışırlar. Lakin uğurlu karyera qurmaq üçün ilk növbədə insan öz maraq və bacarıqlarını düzgün müəyyən etməlidir.

Təlimçi çıxışında vurğulayıb ki, bəzi insanlar həyatlarında yalnız bir seçim etmək istədikləri üçün bu qərarı verərkən ailələrinin təcrübəsinə, ətrafdakı insanların fikirlərinə və ya peşələrin nüfuzuna üstünlük verirlər. Halbuki əsas məsələ insanın gələcəkdə özünü harada görməsi, hansı fəaliyyət sahəsindən zövq alması və hansı istiqamətdə inkişaf etmək istəməsidir.

Qədim Qubadov gənclərə müraciət edərək bildirib ki, “Mən haradayam?”, “Nəyə qadirəm?”, “Gələcəkdə özümü hansı sahədə görürəm?”, “Hansı fəaliyyət mənə daha çox motivasiya verir?” kimi sualların cavabını tapmaq düzgün peşə seçiminin əsasını təşkil edir. O qeyd edib ki, bu suallar insanı özünü dərk etməyə, daxili potensialını üzə çıxarmağa və gələcək həyatını daha düzgün planlaşdırmağa istiqamətləndirir.

Tədbir çərçivəsində iştirakçılara gələcəyin peşələri, əmək bazarında daha çox tələb olunan ixtisaslar, rəqəmsal bacarıqların əhəmiyyəti, şəxsi inkişaf, motivasiya, uğurlu karyera quruculuğunun əsas prinsipləri və düzgün peşə planlaması mövzularında ətraflı məlumat verilib. Görüş interaktiv formatda davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara praktiki tövsiyələr təqdim olunub.

Layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin prioritet istiqamətlərinə, insan kapitalının inkişafı, məşğulluğun artırılması, peşə təhsilinin təşviqi və gənclərin əmək bazarına inteqrasiyası sahəsində müəyyən edilmiş dövlət proqramlarının məqsəd və vəzifələrinə uyğun olaraq icra olunur. Bildirilib ki, bu kimi təşəbbüslər gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına, peşə bacarıqlarının inkişafına, sosial fəallığının və özünəinamının artmasına mühüm töhfə verir.

Tədbirin ikinci hissəsində sertifikat təqdimatı mərasimi keçirilib. Mərasim zamanı fəlsəfə doktoru, təlimçi Qədim Qubadov peşə seçimi, şəxsi inkişaf və karyera planlaması mövzularında hazırlanmış inşa materiallarının əhəmiyyətindən bəhs edib. Daha sonra layihə çərçivəsində fəal iştirak edən yeniyetmələrə sertifikatlar təqdim olunub.

Məktəb direktoru Zaur Yusifov çıxış edərək bu cür maarifləndirici layihələrin şagirdlərin öz maraq və bacarıqlarını daha yaxından tanımasına, gələcək peşə və karyera hədəflərini düzgün müəyyənləşdirməsinə mühüm dəstək verdiyini vurğulayıb. Eyni zamanda layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və “Sosial İslahatlara Dəstək” İctimai Birliyinə təşəkkür ifadə olunub.

Sonda iştirakçılarla xatirə şəkilləri çəkdirildi.



Əvvəlki Yazı

Yeniyetmələrin peşə seçiminə dəstək verən maarifləndirici görüş keçirilib

Növbəti Yazı

“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib – FOTO

XƏBƏR LENTİ

Prezident Əliyevlə Prezident Mirziyoyevin təkbətək görüşü oldu – Fotolar

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfəri ilə videoçarx paylaşılıb-Video

25 Avqust 2026 / 1:17
16
Möhsin Rezai:”Bizə qarşı iqtisadi sanksiyalarda iştirak edən istənilən ölkə düşmən sayılacaq”

İran: ABŞ anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı konkret addımlar atmalıdır

25 Avqust 2026 / 0:38
4
Sergey Sobyanin:Moskva bölgəsi 250 PUA ilə hədəfə alınıb

Rusiya: Biz Ukraynada ordu üçün istifadə edilən limanları, gəmiləri və logistika mərkəzlərini vurduq

25 Avqust 2026 / 0:34
24
ABŞ Vitse-Prezident:”Kanada ABŞ-ın himayəsi olmadan işğal oluna bilərdi”

ABŞ Vitse-Prezident:”Kanada ABŞ-ın himayəsi olmadan işğal oluna bilərdi”

25 Avqust 2026 / 0:28
12
Yəməndə husilər: Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerini hədəf aldıq

Yəməndə husilər: Qırmızı dənizdə Səudiyyə Ərəbistanına məxsus neft tankerini hədəf aldıq

24 Avqust 2026 / 21:50
13
Prezident Ərdoğan Litvanın baş naziri Sinkevicius ilə görüşüb

Prezident Ərdoğan Litvanın baş naziri Sinkevicius ilə görüşüb

24 Avqust 2026 / 19:12
3
ABŞ-da immiqrasiya polisinə elektrik şoku əlcəklərinin verilməsi tənqidlərə səbəb olub

ABŞ-da immiqrasiya polisinə elektrik şoku əlcəklərinin verilməsi tənqidlərə səbəb olub

24 Avqust 2026 / 17:32
6
Almaniyada həddindən artıq istilərin iqtisadi dəyəri 36 milyard avronu keçib

Almaniyada həddindən artıq istilərin iqtisadi dəyəri 36 milyard avronu keçib

24 Avqust 2026 / 17:26
0
İsrail Qəzzada köçkünlərin sığındığı çadırı vurdu-1 nəfər öldü

İsrail Qəzzada köçkünlərin sığındığı çadırı vurdu-1 nəfər öldü

24 Avqust 2026 / 17:00
3
Razı Nurullayev:“Türk dünyasının güc mərkəzinə çevrilməsi sürətlənir”

Razı Nurullayev:“Türk dünyasının güc mərkəzinə çevrilməsi sürətlənir”

24 Avqust 2026 / 16:23
46
SVHXÇDX  xarici pasportu olanlara bağlı məlumat yayıb

SVHXÇDX xarici pasportu olanlara bağlı məlumat yayıb

24 Avqust 2026 / 16:12
10
Almaniyada əyalət seçkiləri ərəfəsində ifrat sağçı AfD yüksəlir

Almaniyada əyalət seçkiləri ərəfəsində ifrat sağçı AfD yüksəlir

24 Avqust 2026 / 15:49
6
Britaniya polisi papaqlı nəhəng pişiyin insanları öldürməsi ilə bağlı xəbərlərə reaksiya verib

Britaniya polisi papaqlı nəhəng pişiyin insanları öldürməsi ilə bağlı xəbərlərə reaksiya verib

24 Avqust 2026 / 15:35
4
Ukrayna Prezidenti Zelenski Hikmət Hacıyevi ordenlə təltif edib

Ukrayna Prezidenti Zelenski Hikmət Hacıyevi ordenlə təltif edib

24 Avqust 2026 / 15:19
11
Professor Dizen: NATO Ukraynanı dəstəkləmir, öz vətəndaşlarına müharibə satır

Professor Dizen: NATO Ukraynanı dəstəkləmir, öz vətəndaşlarına müharibə satır

24 Avqust 2026 / 14:19
7
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Rusiya Silahlı Qüvvələri Şimal Hərbi Dairəsi zonasında üç yaşayış məntəqəsini azad edib

24 Avqust 2026 / 13:50
7
ABŞ-da meşə yanğını: Minlərlə insanın təxliyəsi əmri verildi-Fotolar

ABŞ-da meşə yanğını: Minlərlə insanın təxliyəsi əmri verildi-Fotolar

24 Avqust 2026 / 13:16
12
Anasını qətlə yetirən Elvin Məmmədov həbsxanada vəfat etdi

Anasını qətlə yetirən Elvin Məmmədov həbsxanada vəfat etdi

24 Avqust 2026 / 12:55
12
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razi Nurullayev:“İqtisadi Sıçrayış Real Nəticələrin Göstəricisidir”

24 Avqust 2026 / 12:36
107
MWM: Odessadakı hədəflərə hücumlar NATO-nun Kiyevi silahla təmin etməsinə mane olur

MWM: Odessadakı hədəflərə hücumlar NATO-nun Kiyevi silahla təmin etməsinə mane olur

24 Avqust 2026 / 11:54
5
   Çanaqqalada 32 qeyri-qanuni mühacir tutuldu

   Çanaqqalada 32 qeyri-qanuni mühacir tutuldu

24 Avqust 2026 / 11:26
7
ABŞ-ın kəşfiyyat təyyarəsi Fars körfəzi yaxınlığında təhlükə siqnalı göndərib

Braziliyanın beynəlxalq hava limanında avtobus təyyarəyə çırpılıb

24 Avqust 2026 / 11:08
3
TASS: Rusiya Silahlı Qüvvələri Sosnovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 475-ci alayının hərbi qulluqçularının cəmləşməsini məhv edib

TASS: Rusiya Silahlı Qüvvələri Sosnovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 475-ci alayının hərbi qulluqçularının cəmləşməsini məhv edib

24 Avqust 2026 / 11:02
13
Keçmiş baş prokurorun şirkətinin 1 milyondan çox borc içində

Keçmiş baş prokurorun şirkətinin 1 milyondan çox borc içində

24 Avqust 2026 / 10:55
10
Ağdaşda ana və oğlu bıçaqlanıb

Ağdaşda ana və oğlu bıçaqlanıb

24 Avqust 2026 / 10:47
4
 İsraili ordusu bu dəfə gözünü uşaq uçurtmalarına dikib

 İsraili ordusu bu dəfə gözünü uşaq uçurtmalarına dikib

24 Avqust 2026 / 10:44
7
Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinə hücumu zamanı yaşayış binalarına və məktəb binasına ziyan dəyib

Ukrayna Silahlı Qüvvələrinin Rostov vilayətinə hücumu zamanı yaşayış binalarına və məktəb binasına ziyan dəyib

24 Avqust 2026 / 10:39
12
Euractiv: Aİ silah çatışmazlığı səbəbindən Ukraynaya yardımı artıra bilməz

Euractiv: Aİ silah çatışmazlığı səbəbindən Ukraynaya yardımı artıra bilməz

24 Avqust 2026 / 10:32
3
Krasnodarda PUA-nın hücumu nəticəsində 15 yaşlı Soçi sakini ölüb

Krasnodarda PUA-nın hücumu nəticəsində 15 yaşlı Soçi sakini ölüb

24 Avqust 2026 / 10:21
3
Bloomberg: Qərb Ukraynaya yaxınlaşan təhlükəni çox aşağı qiymətləndirir

Bloomberg: Qərb Ukraynaya yaxınlaşan təhlükəni çox aşağı qiymətləndirir

24 Avqust 2026 / 10:05
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.