Redaktorun Seçimi

Yazar Zümrüd Yağmur axtarışa verildi

27 Noyabr 2024, 16:1024
Reklam728x90
Reklam320x100

Yazar Zümrüd Yağmur (Abıyeva Zümrüd İsrafil qızı) barəsində axtarış elan edilib.Bu barədə Abşeron Rayon Məhkəməsi qərar çıxarıb.

Yazarın bacısı Sürəyya Ağayeva onun Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib. Abşeron Rayon Məhkəməsi şikayəti icraata qəbul edib və Zümrüd Abıyeva barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Lakin onun ölkəni tərk etdiyi məlum olub.

Sürəyya Ağayeva Zümrüd Yağmurun Ankarada olduğunu iddia edib.

Qeyd edək ki, Zümrüd Yağmurun qızının şikayətindən sonra xalası oğlu Əsgər Ağazadə zorlama ittihamı ilə həbs edilib və 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sürəyya Ağayeva bacısının internet resurslarında onun şərəf və ləyaqətini alçaltdığını bildirib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600