20 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Rəhimzadə: Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib

Avqust 22, 2026
Siyasət
A A

Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin dostluq, qardaşlıq münasibətləri, uzaqgörən siyasəti və qarşılıqlı səfərləri fonunda uğurla inkişaf edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində iki dost ölkənin münasibətlərinin dünəninə baxış əsasında bu günü və gələcək perspektivləri özünün aydın ifadəsini tapır. Reallıq budur ki, iki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər böyük inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib,  tamamilə yeni məzmun qazanıb. Müsahibəsində diqqəti 2024-cü ilin avqustunda  Özbəkistana, həmçinin  2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərinə yönəldən Prezident İlham Əliyev bu səfərlər zamanı imzalanan çoxsaylı sənədləri, xüsusən də  “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”ni və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni önə çəkərək bildirdi ki, bunlar iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəmləndirdi. Bu sənədlər, həmçinin  ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı.

Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Özbəkistanda, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 200-ə yaxın sənəd  imzalanıb. Nəzərə alsaq ki, son beş ildə iki ölkə arasında  ən yüksək səviyyədə  15 qarşılıqlı səfər reallaşıb, bu halda münasibətlərin  müxtəlif istiqamətlərdə uğurlu inkişafı üçün hüquqi baza rolunu oynayan sənədlərin imzalanması ilə  daha  sıx təmasların qurulması üçün möhkəm zəmin yaranıb. Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı etimad mühitinin qorunması, eyni zamanda, liderlərin dostluq, qardaşlıq münasibətləri də əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu reallıqları xüsusi vurğuladı. Bildirdi ki, Özbəkistan Prezidenti ilə mövcud  səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında, müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Şavkat Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Avropa.info-ya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlətlərimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir. 2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da güclənməsi üçün mühüm institusional mexanizmə çevrilib. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın  Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyev müsahibəsində vurğuladı ki, bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir.

Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.  Ölkələrimiz arasında əlaqələrin bu gün yüksələn xətlə inkişafında möhkəm təməl əhəmiyyətli rol oynayır. Belə ki, əlaqələrimizin inkişafında Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın birinci Prezidenti İslam Kərimovun böyük xidmətləri olub. Onlar  tərəfindən 1996-cı ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, eləcə də Ümummilli Liderin 1997-ci ilin iyununda Özbəkistana səfəri qarşılıqlı anlaşma, etimad və hörmətə əsaslanan gələcək münasibətlərimizin konturlarını müəyyən edib.

Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Dövlət başçısı İlham Əliyev sözügedən müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri olan iqtisadi-ticari əməkdaşlıqdan da geniş bəhs etdi.  Bu sahədə əldə edilən uğurlara diqqəti yönəldən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib.  Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir. Həmçinin energetika sektorunda əməkdaşlığımız fəal şəkildə inkişaf edir. Özbəkistanın OZLITINEFTGAZ institutu və “SOCAR NIPI Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən bəri neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, 2024-cü ildə yaradılan SOCAR və “Özbəknefteqaz” SC arasında birgə müəssisə olan “Turan Energy AFEZCO” “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirir. Yaşıl enerji sahəsində əməkdaşlığımız da davam edir. Tranzit daşımalarda nəzərə çarpan artıma gəldikdə  2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib. Təkcə rəqəmlərdə deyil, münasibətlərimizin inkişafında özünü nümayiş etdirən bu dinamika qarşıdakı illərdə də uğurla davam edəcək. Hər iki tərəf əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsində maraqlıdır və bunu konkret addımları ilə təsdiqləyirlər. Özbəkistan ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. Müsahibəsində işğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı xüsusi qeyd edən Prezident İlham Əliyev onu da əlavə etdi ki, hazırda ölkəmizdə Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib və onlar müxtəlif iqtisadi sektorlarda – sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər. Özbək şirkətlərinin Azərbaycanda fəaliyyəti ölkələrimiz arasında qarşılıqlı etimadın, əlverişli investisiya mühitinin və güclü iqtisadi tərəfdaşlığın göstəricisidir. Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları bir-birini tamamlayır və yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır. Dövlət başçısı belə bir əminliyi ifadə etdi ki,  qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək, yeni təşəbbüslərlə zənginləşəcək və Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərinin mühüm sütunlarından biri kimi xalqlarımızın rifahına xidmət edəcək.

Millət vəkili bildirib ki, ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələr mövcud olub. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr daha da inkişaf edib. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan mahnıları Özbəkistanda olduqca məşhurdur. Özbəkistanda yaşayan  azərbaycanlılar bu ölkənin elminə və mədəniyyətinə  böyük töhfələr verirlər.  Dövlət başçısı İlham Əliyev bəhs etdiyimiz müsahibəsində mədəni diplomatiyanın Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələrinin möhkəmlənməsində rolundan da bəhs edib. Bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir. Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır. 2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində “Şuşa Günləri” keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib. Təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir. Özbəkistanın təşəbbüsü ilə inşa edilən və Füzuli şəhərində fəaliyyət göstərən Mirzə Uluqbəy adına orta məktəb təhsil sahəsində əməkdaşlığın ən parlaq nümunələrindən biridir və ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha bir təzahürüdür. Media sektorunda da əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb. 2024-cü il sentyabrında  Daşkənddə 1-ci Özbəkistan-Azərbaycan Media Forumu, 2025-ci il sentyabrında isə Bakıda 2-ci Azərbaycan-Özbəkistan Media Forumu keçirilib.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar əməkdaşlıq təkcə ikitərəfli münasibətlərin vacib sahəsi deyil, həm də ortaq dəyərlərimizi, zəngin mədəni irsimizi və xalqlarımız arasındakı qardaşlıq bağlarını qoruyan gələcəyə yönəlmiş strateji humanitar körpüdür.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan və Özbəkistan beynəlxalq platformalarda da səmərəli əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatı daxilində bu birlik, həmrəylik xüsusi qeyd edilir. Bu birlik, eyni zamanda, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişaf perspektivlərini təqdim edir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə davamlı töhfələr verir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar bütün türk dövlətləri tərəfindən yüksək dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin Türk dünyasının böyük ailə kimi dəyərləndirməsi özündə mühüm çağırışları ehtiva edir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirdi ki, iki qardaş ölkənin – Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur. Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı. Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir. Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir. Azərbaycan və Özbəkistan, həmçinin üzv və iştirakçı olduqları bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də BMT, İƏT, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir.

Azərbaycan-Özbəkistan münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə baxış belə bir ümumiləşdirməyə əsas verir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan iki ölkənin münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.

Əvvəlki Yazı

Rusiyadan Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir 

Növbəti Yazı

Möhsin Rezai:”Bizə qarşı iqtisadi sanksiyalarda iştirak edən istənilən ölkə düşmən sayılacaq”

XƏBƏR LENTİ

Prezident İlham Əliyev Qarabağ Milli Parkımin yaradılması haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev Qarabağ Milli Parkımin yaradılması haqqında sərəncam imzaladı

20 Oktyabr 2026 / 16:07
8
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksimin yaradılması haqqında sərəncam imzaladı

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksimin yaradılması haqqında sərəncam imzaladı

20 Oktyabr 2026 / 16:01
2
Razi Nurullayev: “Zəngilan zəfər tariximizin şanlı və parlaq səhifəsidir”

Razi Nurullayev: “Zəngilan zəfər tariximizin şanlı və parlaq səhifəsidir”

20 Oktyabr 2026 / 12:43
59
Kolumbiyada hərbi helikopter qəzaya düşdü – 19 yaralanib

Kolumbiyada hərbi helikopter qəzaya düşdü – 19 yaralanib

20 Oktyabr 2026 / 9:24
2
Ağ Evin sözçüsü Zəkəriyyə niyə vəzifədə cəmi 5 gün qaldı?

Ağ Evin sözçüsü Zəkəriyyə niyə vəzifədə cəmi 5 gün qaldı?

20 Oktyabr 2026 / 9:18
19
Ukraynaya etiraz notası: Sərhədçilər “çağırışdan yayınan”ın arxasınca sərhədə məhəl qoymadılar

Ukraynaya etiraz notası: Sərhədçilər “çağırışdan yayınan”ın arxasınca sərhədə məhəl qoymadılar

20 Oktyabr 2026 / 9:11
17
Kolumbiyada qanunsuz mədənin çökməsi nəticəsində 14 nəfər həyatını itirib

Kolumbiyada qanunsuz mədənin çökməsi nəticəsində 14 nəfər həyatını itirib

20 Oktyabr 2026 / 8:46
12
Banqladeşdə qızılcadan ölən uşaqların sayı 1201-ə yüksəlib

Banqladeşdə qızılcadan ölən uşaqların sayı 1201-ə yüksəlib

20 Oktyabr 2026 / 8:37
17
Razi Nurullayev:”Geyim məsələsini süni şəkildə dini qarşıdurmaya çevirmək yolverilməzdir”

Razi Nurullayev:“Sahibkarın şikayət hüququ kağız üzərində qalmamalıdır”

20 Oktyabr 2026 / 8:02
68
Putin tezliklə hansı Avropa paytaxtını ələ keçirə bilər: Müjdəbayev deyir ki, təxribatçılar artıq oradadır

Putin tezliklə hansı Avropa paytaxtını ələ keçirə bilər: Müjdəbayev deyir ki, təxribatçılar artıq oradadır

20 Oktyabr 2026 / 4:02
18
Ukrayna onları həmişəlik itirdi: müharibədən sonra hansı müəssisələr artıq bərpa oluna bilməz

Ukrayna onları həmişəlik itirdi: müharibədən sonra hansı müəssisələr artıq bərpa oluna bilməz

20 Oktyabr 2026 / 3:53
16
ABŞ-ın bəzi ştatlarında aralıq seçkiləri üçün erkən səsvermə başlayıb

ABŞ-ın bəzi ştatlarında aralıq seçkiləri üçün erkən səsvermə başlayıb

20 Oktyabr 2026 / 3:33
12
Kim Çen İn komaya düşüb – Təcili Çinə aparılıb

Kim Çen İn komaya düşüb – Təcili Çinə aparılıb

20 Oktyabr 2026 / 3:23
20
“Sülh hələ də kövrəkdir” – Prezident İlham Əliyev+Video

“Sülh hələ də kövrəkdir” – Prezident İlham Əliyev+Video

19 Oktyabr 2026 / 22:00
10
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb

19 Oktyabr 2026 / 21:11
5
Ortaq siyasi iradə və konstruktiv təşəbbüslər: Mərkəzi Asiya ilə əməkdaşlıq dərinləşir

Tarixi ədalətin təntənəsi: azad Zəngilan quruculuq və qayıdış ünvanı kimi

19 Oktyabr 2026 / 21:03
5
Razi Nurullayev:”Geyim məsələsini süni şəkildə dini qarşıdurmaya çevirmək yolverilməzdir”

Razi Nurullayev:”Bir çox gənclər məhz evi olmadığına, mənzil təminatı olmadığına görə uşaq sahibi olmağa qərar vermir”

19 Oktyabr 2026 / 16:17
129
İsraildən Avstriyaya uçan təyyarə bomba hədəsindən sonra Bolqarıstanda məcburi eniş edib

İsraildən Avstriyaya uçan təyyarə bomba hədəsindən sonra Bolqarıstanda məcburi eniş edib

19 Oktyabr 2026 / 16:09
3
Makron: Respublikanı devirməyə cəhd edənlər cavab verməlidir

Makron: Respublikanı devirməyə cəhd edənlər cavab verməlidir

19 Oktyabr 2026 / 10:42
27
“Bu, təslim olmaq kimi görünür”: Zelenski ABŞ-ı açıq şəkildə ittiham etdi

“Bu, təslim olmaq kimi görünür”: Zelenski ABŞ-ı açıq şəkildə ittiham etdi

19 Oktyabr 2026 / 9:19
14
Neftin qiyməti Trampın Rusiyaya qarşı sanksiya qərarına görə kəskin ucuzlaşıb – Reuters

Neftin qiyməti Trampın Rusiyaya qarşı sanksiya qərarına görə kəskin ucuzlaşıb – Reuters

19 Oktyabr 2026 / 9:11
8
Kreml üç nəfərlik görüşün təşəbbüskarı: Ukrayna məsələsini Zelenskisiz də həll etmək olar

Kreml üç nəfərlik görüşün təşəbbüskarı: Ukrayna məsələsini Zelenskisiz də həll etmək olar

19 Oktyabr 2026 / 8:57
14
Husilər Qırmızı dənizi iflic edir: ABŞ-ın zərbələri niyə nəticə vermir? – ŞƏRH

Məhəmməd Əsədullazadə:”ABŞ Ukraynaya dəstəyini azaldaraq Rusiyanın irəli sürdüyü şərtlərə üstünlük verib”

19 Oktyabr 2026 / 8:47
46
Rusiya ordusu  Rivne bölgəsinə hücum edib: mülki infrastruktur zədələndi, yaralananlar oldu

Rusiya ordusu  Rivne bölgəsinə hücum edib: mülki infrastruktur zədələndi, yaralananlar oldu

19 Oktyabr 2026 / 8:40
24
Deputat Razi Nurullayev İmişlidə seçicilərlə növbəti görüş keçirib -Fotolar

Deputat Razi Nurullayev İmişlidə seçicilərlə növbəti görüş keçirib -Fotolar

18 Oktyabr 2026 / 19:40
69
Şirvandan dünyaya yayılan irfan: Seyyid Yəhya Bakuvi və Xəlvətilik – VİDEO

Şirvandan dünyaya yayılan irfan: Seyyid Yəhya Bakuvi və Xəlvətilik – VİDEO

16 Oktyabr 2026 / 21:15
130
Respublika Uşaq Kitabxanasında Beynəlxalq Məktəb Kitabxanaları Gününə həsr olunmuş tədbir keçirilib 

Respublika Uşaq Kitabxanasında Beynəlxalq Məktəb Kitabxanaları Gününə həsr olunmuş tədbir keçirilib 

16 Oktyabr 2026 / 9:28
30
Razi Nurullayev:”Geyim məsələsini süni şəkildə dini qarşıdurmaya çevirmək yolverilməzdir”

Milli Cəbhə Partiyası dövlətçiliyə, milli maraqlara sadiqdir… – Razi Nurullayev

15 Oktyabr 2026 / 17:52
89
Zelenski kütləvi hücumdan sonra: “Rusiyada heç vaxt Amerikaya belə nümayişkaranə hörmətsizlik olmayıb”

Tramp nəhayət Ukraynada özünü itirdi: ABŞ-ın hansı təcili tələbi Zelenskini qəzəbləndirdi

15 Oktyabr 2026 / 16:23
2
SON DƏQİQƏ: Səhiyyə Nazirliyi hicabla bağlı açıqlama yaydı

SON DƏQİQƏ: Səhiyyə Nazirliyi hicabla bağlı açıqlama yaydı

15 Oktyabr 2026 / 9:30
33
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.