Cəmiyyət

Vüqar Həşimovun valideyinlərinin son durumi-TƏBİB açıqladı

10 Dekabr 2024, 12:048
Reklam728x90
Reklam320x100

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Avropa.info xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, hazırda həmin şəxsin vəziyyəti ağır-stabil olaraq qalır.

Məlumat üçün bildirək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600