26 - 10 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Tural İrfan:”“Bu rəsmi təmasların Azərbaycan-İran münasibətlərinin inkişafına əsas təsirləri bir neçə istiqamətdə ola bilər”

Oktyabr 1, 2026
Siyasət
A A

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana rəsmi səfəri iki ölkə arasında strateji, iqtisadi və diplomatik əlaqələrin yeni səviyyəyə yüksəlməsinə mühüm təsir göstərə bilər.

Avropa.info xəbər verir ki, Bunu Sosdem.az-a Milli Cəbhə Partiyasının (MCP) başqan müavini, politoloq Tural İrfan Azərbaycan nümayəndə heyətinin Tehrana səfərini və keçirilən yüksəksəviyyəli görüşləri şərh edərkən deyib.

MCP rəsmisi bildirib ki, Tehranda İran Prezidenti Məsud Pezeşkian, parlament sədri, Milli Təhlükəsizlik Ali Şurasının katibi, həmçinin neft, energetika, yol və şəhərsalma nazirləri ilə keçirilən geniştərkibli görüşlər regional tərəfdaşlığı ciddi şəkildə stimullaşdırır:

“Bu rəsmi təmasların Azərbaycan-İran münasibətlərinin inkişafına əsas təsirləri bir neçə istiqamətdə ola bilər. Quru, hava və dəmir yolu marşrutlarının birtərəfli inkişafı Bakı və Tehran arasında inteqrasiyanı sürətləndirə bilər. Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması, sərhəd-keçid və Astara yük terminalının infrastrukturunun genişləndirilməsi ölkələr arasında birbaşa yükdaşımaların həcmini artıracaq. İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın həmsədrlərinin görüşü əvvəlki Anlaşma Memorandumlarının icrasını da sürətləndirir. İranın neft və energetika nazirləri ilə aparılan məhsuldar müzakirələr hər iki dövlətin iqtisadi təhlükəsizliyinə xidmət edən strateji enerji layihələrini yeni mərhələyə daşıyacaq”.

MCP rəsmisi xüsusilə vurğulayıb ki, Bişkekdə ölkə liderləri İlham Əliyev və Məsud Pezeşkian arasında əsası qoyulmuş səmimi dialoq dövlətlərarası etimadı daha da möhkəmləndirir:

“İranın Milli Təhlükəsizlik Ali Şurası ilə keçirilən görüşlər regionda yarana biləcək risklərin birgə idarə olunmasına və ikitərəfli gündəliyin aktual təhlükəsizlik məsələlərinin operativ həllinə şərait yaradır. Həmçinin İran parlamentinin rəhbərliyi ilə görüşlər dövlətlərin birgə təşəbbüslərinin qanunvericilik səviyyəsində dəstəklənməsində və parlamentlərarası diplomatiyanın güclənməsində vacib rol oynayır. Xalqlar arasındakı ortaq tarixi və mədəni bağlar mehriban qonşuluq münasibətlərinin uzunmüddətli və dayanıqlı olması üçün fundamental zəmin formalaşdırır. Bu səfərlərin və baş tutan görüşlərin hər iki ölkə üçün mühüm əhəmiyyəti vardır. Rəsmi görüşlər iki qonşu dövlət arasındakı münasibətləri sadəcə bərpa etmir, həm də regionun iqtisadi memarlığına birbaşa təsir edən strateji tərəfdaşlıq modelini formalaşdırır”.

Əvvəlki Yazı

Bill Gates süni intellekt riskləri üçün qaçılmaz vaxta işarə etdi

Növbəti Yazı

Baş Prokuror Kamran Əliyev Aleksandr Qutsanla görüşdü – Əməkdaşlıq Proqramı imzalandı-Fotolar

XƏBƏR LENTİ

Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar noyabrdan əvvəl başlaya bilər: Zelenski detalları açıqladı

Zelenski Brüsselə getməyə bilər: ABŞ-ın planları həqiqətənmi mühüm görüşə hazırlığı pozdu??

26 Oktyabr 2026 / 16:37
12
Mehriban Əliyeva Xalq Rəssami Fərhad Xəlilovu təbrik etdi

Mehriban Əliyeva Xalq Rəssami Fərhad Xəlilovu təbrik etdi

26 Oktyabr 2026 / 12:55
14
Lula da Silva yenidən Braziliya prezidenti seçilib

Lula da Silva yenidən Braziliya prezidenti seçilib

26 Oktyabr 2026 / 9:02
5
ABŞ prezidenti Tramp neft potensialını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə salır

Donald Tramp təkid edir ki, onun reytinqi 60 faiz ətrafındadır

26 Oktyabr 2026 / 8:57
1
Razi Nurullayev: “Zəngilan zəfər tariximizin şanlı və parlaq səhifəsidir”

Razi Nurullayev:”Şəbəkələr həmin yerli istehsalçıdan məhsulunu satmaq üçün 30-40% civarında pul istəyirlər”

26 Oktyabr 2026 / 8:50
50
Braziliyada qeyri-rəsmi nəticələrə görə seçkilərdə qalib gələn Silva: Braziliya heç kimin arxa bağçasıdır və olmayacaq

Braziliyada qeyri-rəsmi nəticələrə görə seçkilərdə qalib gələn Silva: Braziliya heç kimin arxa bağçasıdır və olmayacaq

26 Oktyabr 2026 / 8:45
10
Səudiyyə Ərəbistanı Kral Fəhd hava limanına yeni hücum edildiyini açıqlayıb

Yəməndəki husilər: Ər-Riyaddakı Kral Xalid hava limanını və Şərq-Qərb Neft Kəmərini hədəf aldıq

26 Oktyabr 2026 / 8:38
14
Serbiyada namizəd Vuçiç “Tələbə siyahısı”na seçkilərdə məğlub olduğunu etiraf edib

Serbiyada namizəd Vuçiç “Tələbə siyahısı”na seçkilərdə məğlub olduğunu etiraf edib

26 Oktyabr 2026 / 8:19
22
Razi Nurullayev:”Geyim məsələsini süni şəkildə dini qarşıdurmaya çevirmək yolverilməzdir”

Razi Nurullayev:”Qubadlının azad edilməsi Zəfər tariximizin şanlı səhifəsidir”

25 Oktyabr 2026 / 23:10
36
ABŞ-ın Nyu-York baş yeparxiyası cinsi zorakılığa görə 800 milyon dollar ödəyəcək

ABŞ-ın Nyu-York baş yeparxiyası cinsi zorakılığa görə 800 milyon dollar ödəyəcək

25 Oktyabr 2026 / 14:30
16
“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib-Fotolar

“Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfrans keçirilib-Fotolar

25 Oktyabr 2026 / 14:20
74
İstanbulda keçirilən görüşdən sonra 8 ölkənin xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər

İstanbulda keçirilən görüşdən sonra 8 ölkənin xarici işlər nazirləri birgə bəyanatla çıxış ediblər

24 Oktyabr 2026 / 13:17
1
“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur

“Ceyhun Sabunçu”nun qətlinə görə saxlanılanlardan biri deputatın oğludur

24 Oktyabr 2026 / 13:11
13
Ehtiram Mehtiyev:”Məqsəd odur ki, heç bir media qurumu özünü məhkəmə və ya cəza verən orqan yerində görməsin”

Ehtiram Mehtiyev:”Məqsəd odur ki, heç bir media qurumu özünü məhkəmə və ya cəza verən orqan yerində görməsin”

24 Oktyabr 2026 / 13:02
52
Husilərin Ər-Riyadın üzərinə atdığı ballistik raket məhv edilib

Husilərin Ər-Riyadın üzərinə atdığı ballistik raket məhv edilib

24 Oktyabr 2026 / 7:53
0
“Çanaqqaladan Bakıya ortaq mədəniyyət sərgisi” adlı tədbir keçiriləcək – FOTO

“Çanaqqaladan Bakıya ortaq mədəniyyət sərgisi” adlı tədbir keçiriləcək – FOTO

23 Oktyabr 2026 / 20:30
11
Revаnşizm sülhə qarşı: Ermənistan niyə keçmişin siyasi irsindən birdəfəlik xilas olmalıdır?

Revаnşizm sülhə qarşı: Ermənistan niyə keçmişin siyasi irsindən birdəfəlik xilas olmalıdır?

23 Oktyabr 2026 / 20:19
12
Respublika Uşaq Kitabxanasının stendində maarifləndirici görüşlər davam edir-Fotolar

Respublika Uşaq Kitabxanasının stendində maarifləndirici görüşlər davam edir-Fotolar

23 Oktyabr 2026 / 19:09
27
XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü maraqlı tədbirlərlə yadda qalıb -Fotolar

XII Bakı Beynəlxalq Kitab Sərgisinin ikinci günü maraqlı tədbirlərlə yadda qalıb -Fotolar

23 Oktyabr 2026 / 16:39
67
Türkiyənin Zonquldagdaki mədənində partlayış olub

Türkiyənin Zonquldagdaki mədənində partlayış olub

23 Oktyabr 2026 / 13:34
14
Şirvani Hümmətoglu:”Kiyevin vurulması ABŞ-nin kəşfiyyat dəstəyini kəsməsinin nəticəsidir… “

Şirvani Hümmətoglu:”Kiyev, Moskva və avropalı tərəfdaşların hansı təklifləri qəbul etməyə hazır olduqları da məlum deyil”

23 Oktyabr 2026 / 13:24
56
CBD-dən “İsrailin Genişlənməsinin Anatomiyası” Hesabatı

CBD-dən “İsrailin Genişlənməsinin Anatomiyası” Hesabatı

23 Oktyabr 2026 / 13:00
5
ABŞ-ın BMT-dəki nümayəndəsi Vals İranla uzunmüddətli münaqişəyə hazır olduqlarını bəyan edib

ABŞ-ın BMT-dəki nümayəndəsi Vals İranla uzunmüddətli münaqişəyə hazır olduqlarını bəyan edib

23 Oktyabr 2026 / 12:55
4
Home

Home

23 Oktyabr 2026 / 12:52
5
Vüqar Dadaşov:”ABŞ-la dizel razılaşması Tramp və Putin arasında çox ciddi geosiyasi sövdələşməyə işarə edir”

Vüqar Dadaşov:”Ermənistanın legitim hüququ da yoxdur və həmin paraflanmış sülh sazişi də faktiki həmin hüququ tanımır”

23 Oktyabr 2026 / 12:42
67
ABŞ prezidenti Tramp neft potensialını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə salır

ABŞ prezidenti Tramp neft potensialını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə salır

23 Oktyabr 2026 / 9:41
6
Razi Nurullayev:”Sahibkarın problemi operativ həll edilməlidir”

Razi Nurullayev:”Sahibkarın problemi operativ həll edilməlidir”

23 Oktyabr 2026 / 9:19
85
Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar noyabrdan əvvəl başlaya bilər: Zelenski detalları açıqladı

Rada heyrətə gəldi: Zelenskinin bir ifadəsi sülh danışıqlarını necə dayandırdı

23 Oktyabr 2026 / 9:09
9
Putin və Zelenski arasında sülh üçün şəxsi görüş olmaya bilər: Trampın yeni bəyanatı

Home

23 Oktyabr 2026 / 8:59
9
Rusiya prezidenti Putin: Biz Ukrayna ilə razılığa gəlməyə hazırıq

Rusiya prezidenti Putin: Biz Ukrayna ilə razılığa gəlməyə hazırıq

23 Oktyabr 2026 / 8:11
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.