ABŞ prezidenti Donald Tramp Venesuela ilə “dünya tarixinin ən böyük neft razılaşmasına” nail olduqlarını və Venesueladakı 65 milyard bareldən çox neft ehtiyatının böyük hissəsinə nəzarəti ələ aldıqlarını bildirib.
Avropa.info xəbər verir ki, Tramp sosial media hesabından verdiyi açıqlamada ABŞ dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin Venesuelanın müvəqqəti prezidenti Delcy Rodriguez ilə bu mövzuda yaxından əməkdaşlıq etdiklərini qeyd edib.
ABŞ-ın özəl sektorla qurduğu ortaqlıq sayəsində Venesueladakı 65 milyard bareldən çox neft ehtiyatının böyük hissəsinə nəzarəti ələ keçirdiyini ifadə edən Tramp, “Yenicə Venesuela ilə dünya tarixinin ən böyük neft müqaviləsini imzaladıq!” dedi.
Tramp iddia edib ki, saziş ABŞ-ın neft ehtiyatlarını iki dəfədən çox artıracaq və ölkənin neft təchizatını əhəmiyyətli dərəcədə gücləndirəcək.





























