25 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Sosial şəbəkələrin göstərmədiyi Kərbəla həqiqətləri – Rəsul Mirhəşimli YAZIR

İyul 15, 2026
Cəmiyyət, Manşet
A A

Hər il Məhərrəmlik və xüsusilə Aşura günü yaxınlaşdıqca sosial şəbəkələrdə eyni mənzərənin şahidi oluruq. Milyonlarla insanın müxtəlif formalarda yad etdiyi Kərbəla faciəsi bir neçə saniyəlik görüntülərlə təqdim edilir, daha sonra isə həmin görüntülər əsasında bütöv bir dini ənənə və milyonlarla insan haqqında ümumiləşdirilmiş hökm çıxarılır. Bu yanaşma nə obyektiv analizin, nə də vicdanlı ictimai müzakirənin meyarlarına uyğundur.

Son günlər yayılan videolarda bəzi şəxslərin baş yarma mərasimlərini icra etməsi geniş müzakirələrə səbəb olub. Şübhəsiz ki, bu hərəkət müsəlmanların böyük əksəriyyəti tərəfindən qəbul edilmir. Bir çox nüfuzlu İslam alimi özünə qəsdən xəsarət yetirməyi dini baxımdan yolverilməz hesab edir və bu cür davranışları tövsiyə etmir. Deməli, ayrı-ayrı insanların davranışını bütöv İslam dünyasının və ya Kərbəla faciəsi mərasimlərinin mahiyyəti kimi təqdim etmək doğru yanaşma deyil.

Problemin digər tərəfi isə seçilmiş görüntülər vasitəsilə ictimai rəy formalaşdırılmasıdır. Eyni gündə minlərlə insan qanvermə aksiyalarında iştirak edir, aztəminatlı ailələr üçün ehsanlar hazırlanır, ehtiyac sahiblərinə yardım kampaniyaları keçirilir. Lakin sosial şəbəkələrin alqoritmləri və sensasiya axtaran istifadəçilər daha çox diqqəti qeyri-adi görüntülərə yönəltdikləri üçün bu xeyriyyə fəaliyyətləri kölgədə qalır.

Son illər Azərbaycanda Aşura gününün ən mühüm sosial təşəbbüslərindən biri məhz könüllü qanvermə aksiyalarıdır. Bu aksiyalar həm dini mərasimin humanitar məzmununu ön plana çıxarır, həm də real insanların həyatının xilas edilməsinə xidmət edir. Eyni zamanda, müxtəlif bölgələrdə “İmam Hüseyn ehsanı” adı altında həyata keçirilən ərzaq yardımları da Kərbəla məktəbinin sosial ədalət və paylaşma ruhunu yaşatmağa yönəlib. Hətta bəzən könüllülər çətin dağ yollarını keçərək bu yardımları ehtiyac sahiblərinə çatdırırlar. Belə nümunələr göstərir ki, Aşuranın cəmiyyətə təsiri yalnız mərasimlərlə məhdudlaşmır.

Aşura fəlsəfəsinin Azərbaycandakı ən təsirli təcəssümlərindən biri isə Milli Qəhrəman Mübariz İbrahimovun həyatında öz əksini tapır. Onun son məktubunda özünü Həzrət Hüseyn (ə) məktəbinin davamçısı kimi təqdim etməsi təsadüfi deyildi. Burada məqsəd dini simvolizm deyil, haqq uğrunda fədakarlıq, qorxmadan zülmə qarşı dayanmaq və Vətən naminə canından keçmək ideyasına bağlılıq idi. Kərbəla məktəbinin əsas mesajı da məhz ədalət, ləyaqət və haqsızlığa boyun əyməməkdir.

Digər diqqətçəkən məqam bəzi tənqidlərin selektiv xarakter daşımasıdır. Müsəlmanları yoxsullara yardım etməməkdə ittiham edən bəzi şəxslər eyni zamanda dini icmaların həyata keçirdiyi xeyriyyə aksiyalarını görməzdən gəlirlər. Təbii ki, hər bir dini ibadət və ya ziyarət sosial məsuliyyət hissi ilə müşayiət olunmalıdır. Lakin eyni prinsip tənqid edənlərə də şamil edilməlidir. Humanizm yalnız başqalarından tələb olunan dəyər deyil, hər kəsin öz davranışında nümayiş etdirməli olduğu prinsipdir.

Bu baxımdan Aşura günü yaşanan sadə, lakin mənəvi baxımdan dəyərli hadisələr daha çox diqqətə layiqdir. Dükanını bağlayaraq mərasimə gedən sahibkarın ən keyfiyyətli məhsullarını küçədə “Ehtiyacı olanlar üçün pulsuzdur” qeydi ilə qoyub getməsi dini dəyərlərin praktik təzahürünün gözəl nümunəsidir. Bu cür davranışlar nə sensasiya yaradır, nə də sosial şəbəkələrdə milyonlarla baxış toplayır. Ancaq cəmiyyətin mənəvi sağlamlığını məhz belə nümunələr möhkəmləndirir.

Müzakirələr zamanı başqa bir problem də ortaya çıxır. Sosial mediada dünyasını dəyişmiş din xadimləri haqqında təhqiramiz ifadələr işlədilir, onların ünvanına böhtan və qeybət xarakterli fikirlər səsləndirilir. İslam etikası baxımından qeybət ciddi mənəvi qüsur hesab olunur. Bu səbəbdən dini mövzular ətrafında fikir ayrılığı normal sayılsa da, təhqir və alçaldıcı ritorika nə dini, nə də etik baxımdan məqbul hesab edilə bilər. Allah bu neqativ düşüncə və hərəkət sahiblərini Qurani-Kərimin ayələrinin birində “ölmüş qardaşının ətini yeyənlər” adlandırır və qeybət kimi çirkin əməldən çəkindirir.

Eyni zamanda, Güney Azərbaycan folklorunda dolaşan zarafat və ya gülməcələrin dini hökm kimi təqdim edilməsi də ictimai manipulyasiya nümunəsidir. Dinlə bağlı istənilən iddia mötəbər mənbələrə və elmi əsaslara söykənməlidir. Əks halda, yanlış məlumatlar cəmiyyət daxilində süni qarşıdurmalar yaradır.

Əslində Kərbəla hadisəsinin mahiyyəti baş yarmaq və ya zahiri mərasimlər deyil. Onun əsas fəlsəfəsi zülmə qarşı müqavimət, haqqın müdafiəsi, vicdan azadlığı, insan ləyaqəti və fədakarlıqdır. Tarix boyu bu hadisədən ilham alan insanlar həmin dəyərləri müxtəlif formalarda yaşatmağa çalışıblar. Kimisi qan verir, kimisi ehtiyac sahibinə əl tutur, kimisi Vətən uğrunda canından keçir, kimisi isə sadəcə bir ac ailənin süfrəsinə ərzaq aparır.

İctimai müzakirələrdə emosiyalardan daha çox obyektivliyə ehtiyac var. Bir neçə neqativ görüntünü ümumiləşdirərək milyonlarla insanın inancını gözdən salmaq nə elmi yanaşmadır, nə də demokratik düşüncə tərzinə uyğundur. Eyni zamanda, dini mərasimlər adı altında sağlamlığa zərər vuran və İslam alimlərinin də qəbul etmədiyi davranışların tənqid edilməsi də təbiidir. Ədalətli mövqe hər iki həqiqəti eyni anda görə bilməkdən keçir.

Azərbaycanın klassik şairi və nəqşibəndi şeyxi Seyid Mir Həmzə Nigarinin məşhur beyti də məhz mənəvi seçimə işarə edir:

Siz şeytani, biz Rəhmani, ziddi-əndər ziddiz hasil,
Siz zülmani, biz nurani, siz bir tərəf, biz bir tərəf.

Bu misralar qarşıdurmaya çağırışdan daha çox insanın öz seçimlərinə və mənəvi mövqeyinə diqqət çəkmək kimi dəyərləndirilə bilər. Çünki Kərbəla məktəbinin əsas dərsi də məhz budur. İnsanı ucaldan zahiri görüntü deyil, onun haqq, ədalət və mərhəmət yolunda tutduğu mövqedir.

Əvvəlki Yazı

Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan

Növbəti Yazı

ABŞ Hörmüz boğazı və İranın sahilyanı ərazilərində yerləşən onlarla obyektə zərbələr endirilib

XƏBƏR LENTİ

Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

25 Avqust 2026 / 16:47
1
Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

25 Avqust 2026 / 16:14
9
İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

25 Avqust 2026 / 16:02
10

 İsrail ordusunun Qusra qəsəbəsində 3 fələstinli evinə qarşı blokadası üç həftədir ki, davam edir

25 Avqust 2026 / 15:39
7
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razi Nurullayev:Bakıya ayrılan 200 milyard dollar hara gedib

25 Avqust 2026 / 15:21
40
Medvedev:”Donuzların önünə mirvari səpməyin”

Medvedev:”Donuzların önünə mirvari səpməyin”

25 Avqust 2026 / 13:03
13
Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

25 Avqust 2026 / 11:21
3
Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

25 Avqust 2026 / 10:59
15
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Əsas Məsələ Türkiyənin Regional Güc Kimi Mövqeyinin Möhkəmlənməsidir”

25 Avqust 2026 / 10:52
85
Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

25 Avqust 2026 / 10:45
19
Günə 77 qəpiyə “Nar”dan smartfon!

Günə 77 qəpiyə “Nar”dan smartfon!

25 Avqust 2026 / 10:40
11
Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

25 Avqust 2026 / 10:37
8
Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

25 Avqust 2026 / 10:11
14
Ermənistanin keçmiş prezidenti həbs olundu

Ermənistanin keçmiş prezidenti həbs olundu

25 Avqust 2026 / 9:49
5
İtaliyada piyadalar üçün yeni yol hərəkəti qaydası: Yoldan keçərkən telefondan istifadə edənlər cərimələnəcək

İtaliyada piyadalar üçün yeni yol hərəkəti qaydası: Yoldan keçərkən telefondan istifadə edənlər cərimələnəcək

25 Avqust 2026 / 9:39
9
Krasnodar diyarında Afipskaya dəmir yolu stansiyası PUA-nın hücumundan sonra fəaliyyətini dayandırıb

Krasnodar diyarında Afipskaya dəmir yolu stansiyası PUA-nın hücumundan sonra fəaliyyətini dayandırıb

25 Avqust 2026 / 9:31
0
İran Prezidenti Pezeşkian: İran dağılmadı, əksinə, gücləndi

İran prezidenti Pezeşkian: “ABŞ-ın zorakılıq və zorakı münasibəti heç bir həll yolu gətirməyəcək”

25 Avqust 2026 / 9:22
8
TASS: Rusiya Silahlı Qüvvələri Sosnovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 475-ci alayının hərbi qulluqçularının cəmləşməsini məhv edib

Slyusar: Rostov vilayətində bir gecədə Ukrayna Silahlı Qüvvələrinin 30-a yaxın pilotsuz uçan aparatı məhv edilib

25 Avqust 2026 / 9:16
17
Jurnalist Kristofer: Kallas Kiyevin ABŞ dəstəyini itirdiyini gizlədə bilmədi

Jurnalist Kristofer: Kallas Kiyevin ABŞ dəstəyini itirdiyini gizlədə bilmədi

25 Avqust 2026 / 9:09
18
ABŞ səfiri Barak İsrailin ittihamlarından sonra Türkiyədən geri çağırılıb

ABŞ səfiri Barak İsrailin ittihamlarından sonra Türkiyədən geri çağırılıb

25 Avqust 2026 / 8:57
8
Trampın keçmiş xüsusi nümayəndəsi Kelloq: ABŞ Rusiya Federasiyası üçün yeni ərazilər tanımır

Trampın keçmiş xüsusi nümayəndəsi Kelloq: ABŞ Rusiya Federasiyası üçün yeni ərazilər tanımır

25 Avqust 2026 / 8:47
7
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

25 Avqust 2026 / 8:24
54
Suriya prezidenti Şara ölkəsinin yenidənqurma və tikinti prosesinə girdiyini bildirib

Suriya prezidenti Şara ölkəsinin yenidənqurma və tikinti prosesinə girdiyini bildirib

25 Avqust 2026 / 7:56
7
Kuba prezidenti Diaz-Kanel ABŞ-la dialoqun “bloklandığını” deyib

Kuba prezidenti Diaz-Kanel ABŞ-la dialoqun “bloklandığını” deyib

25 Avqust 2026 / 7:46
7
Sohu: Lavrov BMT vasitəsilə Tokioya böyük problemlər yaratdı

Sohu: Lavrov BMT vasitəsilə Tokioya böyük problemlər yaratdı

25 Avqust 2026 / 7:37
16
Miroşnik: Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin zərbələri nəticəsində bir həftə ərzində 4-ü uşaq olmaqla 49 rusiyalı həlak olub

Miroşnik: Kiyev Rusiya sakinlərini məğlub etmək üçün kütləvi şəkildə əl işi minaları istehsal edir

25 Avqust 2026 / 7:28
14
ABŞ administrasiyası təxminən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır

ABŞ administrasiyası təxminən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır

25 Avqust 2026 / 7:12
15
İsrail qüvvələri Qüdsdə universitetin buraxılış mərasiminə mane olub

İsrail qüvvələri Qüdsdə universitetin buraxılış mərasiminə mane olub

25 Avqust 2026 / 6:59
16
Bakıda 8 yaşli uşaq yıxılaraq ölüb

Bakıda 8 yaşli uşaq yıxılaraq ölüb

25 Avqust 2026 / 6:54
9
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib

Ağdamda 57 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

25 Avqust 2026 / 6:48
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.