Rusiyanın Nepaldakı səfirliyi itkin düşən rusiyalıların ailələrini axtarış sorğusu göndərmələrini xahiş edir
Avropa.info xəbər verir ki, Rusiyanın Nepaldakı səfirliyi rəsmi açıqlama yayaraq, təbii fəlakət bölgəsində ola biləcək və özləri haqqında hələ məlumat verməyən həmvətənlərinin yaxınlarını rəsmi axtarış sorğusu göndərməyə çağırıb.
“Səfirlik təbii fəlakət zonasında olduğu iddia edilən, lakin əlaqə saxlamayan şəxslərin qohumlarından xahiş edir ki, onların axtarışı ilə bağlı bizə rəsmi müraciət göndərsinlər”, – rəsmi Telegram kanalında dərc edilən mesajda qeyd olunub.
Diplomatik departament həmçinin bildirib ki, səfirlik əməkdaşlarının daşqından zərər çəkmiş ərazilərdə qalmış Rusiya vətəndaşlarının taleyi ilə bağlı yeni məlumatı yoxdur.
Xatırladaq ki, daşqın infrastrukturu dağıdıb, Nepalı Çinlə birləşdirən nəqliyyat dəhlizini sıradan çıxarıb. Təxminən 1500 nəfər itkin düşüb, ölənlərin sayı 626 nəfərə çatıb. Daşqın qurbanlarının cəsədləri Hindistanın 200 km dərinliyinə aparılıb.




























