Masallıda əkin sahəsindən meyit tapılıb.
Avropa.info xəbər verir ki, hadisə Mollaoba kəndində qeydə alınıb.
Boradigah qəsəbə sakini Fərzullayev Razi Allahverdi oğlunun meyiti Mollaoba kəndi ərazisindəki fərdi yaşayış evlərinin yaxınlığında yerləşən əkin sahəsində aşkarlanıb. Onun hansı səbəblə ölməsi isə bəlli deyil.
Araşdırma aparılır.






























