ABŞ-da jurnalistlər yol qəzası ilə bağlı reportaj hazırlayarkən xəbər helikopteri qəzaya uğrayıb.
Los-Ancelesdə xəbər helikopteri qəzaya uğrayıb.
Avropa.info xəbər verir ki, jurnalistlər avtobus qəzası ilə bağlı reportaj üzərində işləyirdilər. Qəza nəticəsində 3 nəfər həlak olub. Nəşr yazır ki, daha çox qurbanlar ola bilər.
“Los-Anceles Yanğınsöndürmə İdarəsi bildirib ki, qurbanlardan birinin piyada olması ehtimalı var. Bu şəxs helikopterdə olmayıb”, – nəşr bildirib.
Bir yaralının da vəziyyətinin ağır olduğu bildirilir.
NBC4 kanalının aparıcısı Colleen Williams kanalın işçiləri ilə əlaqəni necə kəsdiyi barədə danışarkən efirdə göz yaşlarına boğuldu.
Xatırladaq ki, sentyabrın 12-də Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Fövqəladə hadisə nəticəsində iki nəfər ölüb.
Bundan əvvəl təyyarənin Kanzas-Siti yaxınlığındakı magistral yolda qəzaya uğraması nəticəsində 11 paraşütçü və pilot həlak olub.
Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində 3 nəfərin həlak olduğu da bildirilib.
































