İstanbulun Esenyurt şəhərində kafedə yanğın baş verib. Kafenin yerləşdiyi bina boşaldılıb. İş yerində böyük ziyan dəyib.
Avropa.info xəbər verir ki, Yanğın Esenyurtda fəaliyyət göstərən kafedə baş verib. Qısa müddətdə böyüyən alov iş yerini mühasirəyə alıb. Güclü tüstü kafenin yerləşdiyi binaya yayılıb.
Xəbər verildikdən sonra hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib. Polis ətrafda təhlükəsizlik tədbirləri görərkən, bina sürətlə boşaldılıb.
Qrupların intensiv müdaxiləsi nəticəsində söndürülən yanğında ölən və yaralanan olmayıb.
İş yerində böyük ziyan dəyib. Yanğının elektrik cərəyanının təması nəticəsində baş verdiyi ehtimal edilir.






























