25 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

Mart 16, 2026
Siyasət
A A

​İndiyə kimi ABŞ İsrailin İrana hücumlarına İranın bütövlüyü qorunmaq şərti ilə dəstək verib. Yəni Qərb İranın parçalanmasını beynəlxalq təhlükəsizliyə təhdid hesab edir. Səbəb də yeni dövlətlər, qarşıdurmalar, silahlı qruplaşmaların yaradılması regionu nəzarətdən çıxara bilər. Qərbin əsas marağı isə Türkiyə və türk faktorudur ki, İran tarazlayıcı-əks mərkəz rolu oynasın.

Bir sözləri Avropa.info-ya Milli Cəbhə Partiyasının başqan müavini , siyasi şərhçi Vüqar Dadaşov deyib .

Vüqar Dadaşov əlavə olaraq qeyd edib ki, ​28 fevrala qədər ABŞ-ın İranla bağlı siyasi-taktiki planı onun bölünməsini nəzərdə tutmayıb, baxmayaraq bu variant da beyin mərkəzləri tərəfindən irəli sürülüb. İranla bağlı daha çox məhdudlaşdırma (Containment) xətti mövcud olub – regionda təsir gücünün azaldılması və nüvə silahı əldə etməsinin qarşısının alınması. Keçən ilin sonunda başlanan mitinqlərdə İranın parçalanma təhlükəsi yarandığından, ABŞ mitinqlərə lazımi dəstək “verə bilmədi”.

​Bir fikir də var ki, İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib. Əslində, Təl-Əvivin “Böyük İsrail” planları ilə ABŞ-ın Çini bloklamaq niyyətinin üst-üstə düşməsi nəticəsində İrana qarşı birgə müharibə aparılır.

​12 günlük İsrail–İran və 28 fevraldan ABŞ və İsrailin İrana qarşı başladığı müharibə birmənalı olaraq ABŞ və Qərb dövlətlərinin İranla bağlı yeni taktiki-strateji dəyişiklik ehtiyacını yaratdı. Müharibənin nəticəsindən asılı olmayaraq, hələlik ABŞ və İsrailin İran üzərində hərbi, İranın isə ABŞ və İsrail üzərində danılmaz ideoloji və psixoloji qələbəsi ilkin nəticədir. İran region dövlətləri, xüsusən də ABŞ-a təhlükəsizliyi üçün sığınan ərəb ölkələri üzərində psixoloji liderlik ilə yanaşı, hərbi qələbə də qazanmış görünür.

​Bu nəticə İranın regionda hərbi, dünya siyasətində və diplomatiyasında nüfuzunun artması ilə nəticələnə bilər. ABŞ İranla bağlı məqsədlərinə hələ nail olmadığına görə, bu, ABŞ-ın qlobal güc imicinə böyük zərbə kimi statusuna sualı getdikcə ağırlaşdırır. Pekinin də İrana birmənalı hərbi dəstəyindən qazancı aydındır. İran–ABŞ müharibəsi Rusiyaya beynəlxalq təzyiqləri azaltmaq, paralel olaraq Ukraynada müharibəni uğurla aparmaq imkanı yaradır.

​İranla müharibə ABŞ-ın qlobal güc imici ilə yanaşı, prezident Trampın şəxsi nüfuzunu da ciddi zədələdi. Artıq Trampın açıqlamaları siyasi bəyanatdan çox panik reaksiyanı xatırladır. İran Trampın dəlisov gedişlərinə elə korrektə verdi ki, Tramp gələcək avantürist addımlarından çox çəkinəcək.

​Bu sınaq İran üçün uğurlu olsa da, İranın müqaviməti və dünya güc mərkəzinə çevrilməsi üçün yalnız daxili elmi-texniki imkanları və ideoloji birliyi ABŞ-ı İranla bağlı “məhdudlaşdırma” (Containment) doktrinasından imtina etməyə çox tutarlı əsas verir. Tehranın ərəb ölkələrindən ABŞ baza və əsgər dislokasiyası barədə məlumatların verilməsini və ABŞ-dan regiondakı hərbi bazalarını çıxarmağı şərt kimi tələbi Vaşinqton üçün ən aşağılayıcı siyasi və hərbi biabırçılıqdır.

​Nəzarətə tabe olmayan, yeni dünya güc mərkəzinə real iddialı İran ABŞ kimi qlobal güc üçün faktiki təhlükəyə çevrildiyindən, onun bütövlüyünün dağılması strateji variant kimi masaya gətirilə bilər. Bu da İranın özünü məhv etməsi deməkdir. Qənaət belədir ki, ABŞ və Qərb İrana qarşı “məhdudlaşdırma” strategiyasından imtina edib, “Divide and Rule” (lat. Divide et impera) – yəni çox tanınan “parçala və hökm sür” anlayışını tətbiq edə bilər. ABŞ və İsrailin İrana vurduğu hərbi və iqtisadi zərəri yeni strategiyanın tətbiqi imkanını genişləndirir.

​Nəticə etibarı ilə, çoxlu etnik (xüsusən Cənubi Azərbaycan, Kürdüstan) ərazilərdən ibarət İrana “Balkanization” – yəni bir neçə kiçik, zəif və bir-biri ilə münaqişəli dövlətlərə bölünməsi – tətbiq oluna bilər ki, bu da İsrailin arzuladığı strateji hədəf kimi müəyyənləşir. (1945-ci ildə indiki İran ərazisində Cənubi Azərbaycan Milli Hökuməti – Pişəvəri, 1946-cı ildə isə kürdlər Mahabad adlı dövləti qura bilmişdi). Uğursuz müharibə halında ABŞ-ın qlobal güc imicinə böyük şübhələr fonunda İranın parçalanması xilas variantına çevrilə bilər.

İranın parçalanmasında ərəb ölkələrinin mövqeyi həlledicidir. Ərəblər isə İranda əsasən Xuzistanda və Hörmüzqanda məskunlaşıb. İran nüvə silahına malik olmasa da, artıq qarşısı çətin alınan gücdür; əldə edərsə, ərəb ölkələri üzərində hansı hökmün sahibi olacağı indidən görünür. Ən əsası isə, İranın Hörmüz boğazından güclü hərbi, iqtisadi təzyiq vasitəsi kimi istifadə etməsi körfəz ölkələrinin neft ixracına ciddi maneə, dünya neft bazarında isə böhran yaradır. İranın xəritəsindən görünür ki, boğaz ətrafında məhz ərəb mənşəli Hörmüzqan əyaləti yerləşir. Bu baxımdan ilk növbədə Hörmüzqanın müstəqilliyi ilə boğazın İranın nəzarətindən çıxarılması artıq geosiyasi-strateji hədəf kimi qarşıya qoyulur.

 

Əvvəlki Yazı

Xameneinin həyat yoldaşı öldürüldü

Növbəti Yazı

Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

XƏBƏR LENTİ

Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

25 Avqust 2026 / 16:47
15
Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

25 Avqust 2026 / 16:14
9
İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

25 Avqust 2026 / 16:02
10

 İsrail ordusunun Qusra qəsəbəsində 3 fələstinli evinə qarşı blokadası üç həftədir ki, davam edir

25 Avqust 2026 / 15:39
7
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razi Nurullayev:Bakıya ayrılan 200 milyard dollar hara gedib

25 Avqust 2026 / 15:21
42
Medvedev:”Donuzların önünə mirvari səpməyin”

Medvedev:”Donuzların önünə mirvari səpməyin”

25 Avqust 2026 / 13:03
13
Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

25 Avqust 2026 / 11:21
3
Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

25 Avqust 2026 / 10:59
15
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Əsas Məsələ Türkiyənin Regional Güc Kimi Mövqeyinin Möhkəmlənməsidir”

25 Avqust 2026 / 10:52
86
Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

25 Avqust 2026 / 10:45
19
Günə 77 qəpiyə “Nar”dan smartfon!

Günə 77 qəpiyə “Nar”dan smartfon!

25 Avqust 2026 / 10:40
11
Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

25 Avqust 2026 / 10:37
10
Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

25 Avqust 2026 / 10:11
14
Ermənistanin keçmiş prezidenti həbs olundu

Ermənistanin keçmiş prezidenti həbs olundu

25 Avqust 2026 / 9:49
5
İtaliyada piyadalar üçün yeni yol hərəkəti qaydası: Yoldan keçərkən telefondan istifadə edənlər cərimələnəcək

İtaliyada piyadalar üçün yeni yol hərəkəti qaydası: Yoldan keçərkən telefondan istifadə edənlər cərimələnəcək

25 Avqust 2026 / 9:39
9
Krasnodar diyarında Afipskaya dəmir yolu stansiyası PUA-nın hücumundan sonra fəaliyyətini dayandırıb

Krasnodar diyarında Afipskaya dəmir yolu stansiyası PUA-nın hücumundan sonra fəaliyyətini dayandırıb

25 Avqust 2026 / 9:31
0
İran Prezidenti Pezeşkian: İran dağılmadı, əksinə, gücləndi

İran prezidenti Pezeşkian: “ABŞ-ın zorakılıq və zorakı münasibəti heç bir həll yolu gətirməyəcək”

25 Avqust 2026 / 9:22
8
TASS: Rusiya Silahlı Qüvvələri Sosnovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 475-ci alayının hərbi qulluqçularının cəmləşməsini məhv edib

Slyusar: Rostov vilayətində bir gecədə Ukrayna Silahlı Qüvvələrinin 30-a yaxın pilotsuz uçan aparatı məhv edilib

25 Avqust 2026 / 9:16
17
Jurnalist Kristofer: Kallas Kiyevin ABŞ dəstəyini itirdiyini gizlədə bilmədi

Jurnalist Kristofer: Kallas Kiyevin ABŞ dəstəyini itirdiyini gizlədə bilmədi

25 Avqust 2026 / 9:09
19
ABŞ səfiri Barak İsrailin ittihamlarından sonra Türkiyədən geri çağırılıb

ABŞ səfiri Barak İsrailin ittihamlarından sonra Türkiyədən geri çağırılıb

25 Avqust 2026 / 8:57
8
Trampın keçmiş xüsusi nümayəndəsi Kelloq: ABŞ Rusiya Federasiyası üçün yeni ərazilər tanımır

Trampın keçmiş xüsusi nümayəndəsi Kelloq: ABŞ Rusiya Federasiyası üçün yeni ərazilər tanımır

25 Avqust 2026 / 8:47
7
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

25 Avqust 2026 / 8:24
55
Suriya prezidenti Şara ölkəsinin yenidənqurma və tikinti prosesinə girdiyini bildirib

Suriya prezidenti Şara ölkəsinin yenidənqurma və tikinti prosesinə girdiyini bildirib

25 Avqust 2026 / 7:56
7
Kuba prezidenti Diaz-Kanel ABŞ-la dialoqun “bloklandığını” deyib

Kuba prezidenti Diaz-Kanel ABŞ-la dialoqun “bloklandığını” deyib

25 Avqust 2026 / 7:46
7
Sohu: Lavrov BMT vasitəsilə Tokioya böyük problemlər yaratdı

Sohu: Lavrov BMT vasitəsilə Tokioya böyük problemlər yaratdı

25 Avqust 2026 / 7:37
16
Miroşnik: Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin zərbələri nəticəsində bir həftə ərzində 4-ü uşaq olmaqla 49 rusiyalı həlak olub

Miroşnik: Kiyev Rusiya sakinlərini məğlub etmək üçün kütləvi şəkildə əl işi minaları istehsal edir

25 Avqust 2026 / 7:28
14
ABŞ administrasiyası təxminən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır

ABŞ administrasiyası təxminən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır

25 Avqust 2026 / 7:12
15
İsrail qüvvələri Qüdsdə universitetin buraxılış mərasiminə mane olub

İsrail qüvvələri Qüdsdə universitetin buraxılış mərasiminə mane olub

25 Avqust 2026 / 6:59
16
Bakıda 8 yaşli uşaq yıxılaraq ölüb

Bakıda 8 yaşli uşaq yıxılaraq ölüb

25 Avqust 2026 / 6:54
9
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib

Ağdamda 57 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

25 Avqust 2026 / 6:48
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.