İranın xarici işlər naziri Abbas Erakçi sosial media hesabında ABŞ-ın İranın aviasiya sektoruna tətbiq etdiyi sanksiyalarla bağlı istehzalı paylaşım edərək, “Vaşinqtonun yenilikçi həlli: Daha çox sanksiyalar. Ciddisiniz?” dedi
Avropa.info xəbər verir ki, İranın xarici işlər naziri Erakçi ABŞ-ın X sosial media platformasındakı hesabında ABŞ-ın yeni sanksiya qərarı ilə bağlı açıqlama verib.
ABŞ-ın 47 illik sanksiyalardan sonra İsrail adına İranla döyüşə girdiyini və bu vəziyyətin ABŞ üçün reputasiya itkisi və fəlakətlə nəticələndiyini bildirən Erakçi, “Məqsədlərinə nə sanksiyalar, nə də müharibə ilə çata bilməyən Vaşinqtonun yenilikçi həlli: Daha çox sanksiyalar! Ciddisinizmi?” dedi.
ABŞ Maliyyə Nazirliyi 36 şirkəti İranın silah, personal və qeyri-qanuni yüklərin daşınması üçün istifadə etdiyi aviasiya sənayesini dəstəklədiklərini əsas gətirərək sanksiya siyahısına salmışdı.
Bu çərçivədə İranın 27 hava yolu şirkəti və müxtəlif ölkələrdən 9 beynəlxalq aviasiya şirkəti sanksiyaların əhatəsinə daxil edilib.






























