İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib.
Avrop.info xəbər verir ki, bu barədə Milli Məclisdən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Məhəmməd Baqer Qalibaf Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak edəcək.






























