Livan ordusu bəyan edib ki, İsrailin ölkənin cənubuna davam edən hücumları qoşun yeridilməsinin başa çatmasına və bölgə xalqının geri qayıtmasına mane olur.
Avropa.info xəbər verir ki, Livan ordusundan verilən açıqlamada İsrailin Livanın cənubundan çəkilmə prosesi və son hücumları ilə bağlı məlumat verilib.
Bəyanatda İsrailin mövcud müqavilələri və beynəlxalq hüququ pozmaqda davam etdiyi, bir müddət əvvəl Nəbatiyyə vilayətinin Şərqi Zavtar qəsəbəsində bələdiyyə binasını partlatdığı bildirilib.
Bəyanatda İsrailin şərqdəki Zavtar qəsəbəsində bir məktəb, sağlamlıq mərkəzi, uşaq bağçası və çoxlu evi dağıddığı, İsrailin “cənubdakı kənd və qəsəbələrə mümkün qədər çox ziyan vurmaq və sabitliyin bərqərar olmasına mane olmaq üçün dağıdıcı yanaşmasını davam etdirdiyi” ifadə edildi.
Bəyanatda Livan ordusunun İsrailin hücumlarına baxmayaraq ölkənin cənubunda üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışdığı qeyd edilərək, “Hücumlar səbəbiylə qoşunların yeridilməsinin tamamlanmasına və xalqın geri qayıtmasına mane olan böyük çətinliklərlə üzləşdiyi” vurğulanıb.
İsrailin Livana hücumları
İsrail ordusu martın 2-də Livana intensiv hava hücumlarına başlayıb və ölkənin cənubunda bir çox şəhərləri işğal edib.
Livan hökuməti bu müddət ərzində ölkədə didərgin düşənlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.
Livan və İsrail arasında aprelin 17-də qüvvəyə minən atəşkəs daha sonra bir neçə dəfə uzadılıb.
Livan Səhiyyə Nazirliyi son açıqlamasında İsrailin 2 martdan bu yana ölkəyə təşkil etdiyi hücumlarda 4 min 335 nəfərin həyatını itirdiyini bildirib.






























