Rusiyanin Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov etiraf edib ki, oktyabrın 2-nə keçən gecə Ukrayna PUA-ları bölgədəki sənaye obyektlərinə hücum edib.
Oktyabrın 2-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Volqoqrad vilayətində strateji hədəflərə hücum edib.
Avropa.info xəbər verir ki, ilkin məlumata görə, Volqoqradda sənaye müəssisələri və neft emalı zavodu hücuma məruz qalıb. Oktyabrın 2-də gecə yarısından sonra Volqoqrad vilayətində hava hücumu xəbərdarlığı elan edilib.Təxminən Moskva vaxtı ilə saat 01:00-da Federal Hava Nəqliyyatı Agentliyi Volqoqrad hava limanında təyyarələrin uçuşlarına müvəqqəti qadağa qoyub.





























