İsraildə Sukkot (Çadır bayramı) qeyd edildiyi son 6 gündə Fələstin torpaqlarını qəsb edən 9 minə yaxın israilli işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya basqın edib.
İsraildə bayram mövsümünün başlaması ilə Əl-Əqsaya basqınlarda artım müşahidə olunur.
Bu basqınlar zamanı israillilər Əl-Əqsa həyətində tamamilə yerə səcdə etmək də daxil olmaqla, təxribat xarakterli dini ayinlər icra edirlər.
Avropa.info xəbər verir ki, Qüds İslam Vəqfləri İdarəsindən verilən yazılı açıqlamaya görə, səhər 1195 və günorta saatlarında 700 olmaqla cəmi 1895 israilli Əl-Əqsaya daxil olaraq dini ayinlərini yerinə yetirib.
Beləliklə, Sukkot bayramının qeyd olunmağa başladığı 26 sentyabrdan bəri ən azı 8895 israilli Məscidül-Əqsaya basqın edib.
Yəhudilərin bayramları 12-13 sentyabr İbrani Yeni ili ilə başlayıb və 21 sentyabr Yom Kippur (Kəffarə günü) ilə davam edib. 26 sentyabr-2 oktyabr Sukkot bayramından sonra oktyabrın 3-də Simchat Tövrat (Tövrat zefiri) bayramı keçiriləcək.





























