Fələstin dövlət başçısı Abbas, “Hüquqlarımıza və Fələstin xalqının davasına verdikləri dəstəyə görə prezident Ərdoğana və qardaş Türkiyə Respublikasına təşəkkür edirəm”
Avropa.info xəbər verir ki, Türkiyəyə səfər edən Fələstin prezidenti Abbas Prezident Külliyesində prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında danışıb.
Abbas, “Hüquqlarımıza və Fələstin xalqının davasına verdikləri dəstəyə görə prezident Ərdoğana və qardaş Türkiyə Respublikasına təşəkkür edirəm” dedi. O, Qəzzalılara humanitar yardım göstərdiyi, fələstinli tələbələri qəbul etdiyi, xəstələr və yaralıların müalicəsi üçün Türkiyəyə təşəkkür edib.
Prezident Ərdoğanla ikitərəfli əlaqələrlə yanaşı, bölgədəki hadisələrlə bağlı çox mühüm və məhsuldar görüşlər keçirdiklərini ifadə edən Abbas, ikitərəfli dialoqun artırılması mövzusunda fikir birliyinə nail olduqlarını söylədi.
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Müştərək Müdafiə Müqaviləsinə işarə edən Abbas, “Bu müqavilə çox əhəmiyyətlidir. Ümid edirəm ki, bölgədə sabitlik və təhlükəsizliyin təmin edilməsi, İslam ümmətinin maraqlarının müdafiəsi üçün bir başlanğıc olacaq” dedi. dedi.
Ədalətli sülhün ancaq işğala son qoyulması və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması ilə əldə edilə biləcəyini vurğulayan Abbas, bu məqsədə beynəlxalq qanunlar və Ərəb Sülh Təşəbbüsü çərçivəsində nail olunmasının vacib olduğunu qeyd edib.






























