Banqladeşdə mart ayının ortalarından bəri davam edən epidemiyada, son 24 saatda qızılca şübhəsi səbəbiylə daha 5 uşaq həyatını itirərkən, ölənlərin sayı 885-ə yüksəldi.
Avropainfo bildirir ki, “Dhaka Tribune” qəzetinin məlumatına görə, Banqladeş Səhiyyə Nazirliyi yanında Səhiyyə Xidmətləri Baş Müdirliyinin (DGHS) verdiyi açıqlamada, son 24 saatda qızılca xəstəliyinin əlamətləri göstərən 5 uşağın öldüyü bildirilib.
Bununla belə, martın ortalarından etibarən qızılcadan ölənlərin sayı 786-ya yüksəlib, laboratoriyada təsdiqlənmiş qızılcadan ölüm halları isə 99-a çatıb.
Bundan əlavə, son 24 saat ərzində 941 yeni şübhəli qızılca hadisəsi bildirilərkən, ölkə üzrə şübhəli halların ümumi sayı 139 min 125-ə yüksəlib.
Banqladeşdə aprelin 7-də qızılca şübhəsi səbəbiylə çoxlu uşaq öləndən sonra hökumət təcili peyvənd kampaniyasına başlamaq qərarına gəlib.
Pnevmoniya və ensefalopatiyaya səbəb ola bilən qızılca bütün dünyada peyvəndlə qarşısı alına bilən ölümlərin əsas səbəblərindən biridir.






























