Tümendən Bakıya uçuş həyata keçirən “UTair” aviaşirkətinə məxsus təyyarə texniki səbəbdən Ufaya məcburi eniş edib.
Avrop.info xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə 20:15-də təyyarə “Ufa” beynəlxalq hava limanına enib. Ekipaj texniki səbəbdən marşrutdan kənara çıxmaq qərarına gəlib.
Eniş təhlükəsiz şəkildə baş tutub.






























