Xocavənd rayonu ərazisində baş verən mina partlayışı nəticəsində xəsarət alan iki nəfər avqustun 12-də saat 18 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Avropa.info xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb
Bildirilib ki, 1989-cu il təvəllüdlü şəxsə üz və gözün müxtəlif nahiyələrinin açıq yarası, 2003-cü il təvəllüdlü şəxsə isə qarın nahiyəsinin sıyrılmış yaraları diaqnozu qoyulub.
Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.






























