Gündəm

Gürcüstanda müxalifət lideri saxlanıldı

2 Dekabr 2024, 11:536
Reklam728x90
Reklam320x100

Tbilisidə bir neçə gündür, davam edən etiraz aksiyaları zamanı Gürcüstanın müxalif “Qirçi – daha çox azadlıq” partiyasının sədri Zurab Caparidze saxlanılıb.

Avropa.info xəbər verir ki, bu barədə məlumatı ölkənin yerli “Ambebi” portalı yayıb.

Caparizdenin Çavçavadze prospektində saxlanıldığı qeyd olunub. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı hələ şərh bildirməyib.

Xatırladaq ki, Tbilisidə noyabrın 28-dən hökumət əleyhinə etiraz aksiyalarının növbəti dalğası başlayıb. Aksiyalarda 224 etirazçı saxlanılıb.

Etirazların keçirilməsinə səbəb isə Baş nazir İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlaması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlaması olub.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600