Cəmiyyət

Əli Kərimliyə bu cəza verildi

2 Dekabr 2024, 18:0717
Reklam728x90
Reklam320x100

Dekabrın 2-də AXCP sədri Əli Kərimlinin işi üzrə məhkəmə prosesi keçirilib.

Avropa .info Milli.Az-a istinadən xəbər verir ki, Əli Kərimli barəsində şikayəti keçmiş partiya üzvü Aydın Əliyev verib.

O, partiya sədrinin ictimai təhqirlərinə məruz qaldığına görə şikayət etdiyini bildirib.

2019-cu ildə partiya sıralarından xaric edilən A.Əliyev məhkəmə yolu ilə yenidən üzvlüyünü bərpa edib. Onun başqa bir şikayəti əsasında isə AXCP-nin son qurultayının nəticələri etibarsız elan edilib.

Nəsimi rayon məhkəməsi Məhkəmə AXCP-nin keçmiş üzvü Aydın Əliyevin xüsusi ittiham qaydasında şikayətini əsaslı hesab edib.

Qərara əsasən, Əli Kərimli böhtan atmaqda təqsirli bilinərək 1500 manat məbləğində cərimələnib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600