21 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Əfqan qadınlara həkimlik yasağı: “Əksinə, Qurani-Kərimdə elm öyrənmək vacib sayılır”-Rəsul Mirhəşimli

Dekabr 5, 2024
Dünya
A A

Rəsul Mirhəşimli: “”Taliban”ın bu qadağası dinin özünün təməl prinsipləri ilə ziddiyyət təşkil edir”

Əfqan qadınların ali və orta təhsil müəssisələrində tibb sahəsində təhsil almaları qadağan edilib. Bu barədə ölkənin ali lideri Haybətullah Axundzadə sərəncam imzalayıb.

Əfqanıstanın Səhiyyə Nazirliyinin səhiyyə qurumlarına göndərdiyi məlumatda bildirilib ki, qadınlara və qızlara artıq tibb institutlarında və texnikumlarda təhsil almaq hüququ verilməyəcək.

Nazirliyin açıqlamasına əsasən, yeni qayda 3 dekabrdan etibarən qüvvəyə minib. Bu qərar qadınların səhiyyə sahəsində iştirakına ciddi məhdudiyyətlər gətirir və beynəlxalq ictimaiyyət tərəfindən geniş tənqid olunacağı gözlənilir.

Qadağa xüsusən də qadınların sağlamlıq xidmətlərindən faydalanması və qadın həkimlərin çatışmazlığı kimi mövcud problemlərin daha da dərinləşəcəyinə dair narahatlıqlar yaradır.

Taliblərin bu qadağası həm də İslamı gözdən salır və dini göstərişlərin faktiki əleyhinədir. İslam qadınlara hər hansı bir sahədə elm, təhsil yasağı nəzərdə tutmur. Bu, sadəcə, dini radikalizmdir. Digər tərəfdən, konservativ əfqan qadınlara gələcəkdə həkim lazım olanda qadın həkimi haradan tapacaqlar? Ritorik desək, onlara kişi həkimin baxması daha dini uyumludur? Gerçək İslam nə deyir?

RƏSUL MİRHƏŞİMLİ- 55 – Müstəqil Az

Rəsul Mirhəşimli 

Avropa.info xəbər verir ki,Araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, İslam dini qadınların təhsili ilə bağlı qəti şəkildə qadağa qoymur: “Əksinə, Qurani-Kərimdə elm öyrənmək vacib sayılır. Bu prinsiplər İslamın ilk dövrlərindən etibarən tətbiq edilib və qadınların təhsil alması təkcə dini tövsiyələrlə məhdudlaşmayıb, həm də cəmiyyətin inkişafı üçün vacib sayılır.

İslamın təhsil mövzusundakı açıq yanaşmasının ən mühüm göstəricisi Qurani-Kərimdəki ilk ayədədir. Quranda “Oxu!” (“Ələq” surə, ayə 1) buyurulması elm öyrənməyə və təhsil almağa verilən önəmi göstərir. Bu əmr həm kişilərə, həm də qadınlara aiddir, çünki İslamın əslində insanlara (cinsindən asılı olmayaraq) bilik və təhsil qazanmağı tövsiyə etdiyini göstərir. İslamda təhsil bir şəxsin və cəmiyyətin inkişafı üçün əsas vasitə hesab olunur.

Quranda elm və təhsil mövzusunda bir neçə dəfə təşviqlər və öyüdlər verilir. “Allah iman gətirənlərin və elm sahiblərinin dərəcələrini yüksəldər” (“Mücadilə” surəsi, ayə 11) ayəsi elmə olan yüksək dəyəri vurğulayır. Bu ayə həm kişilərin, həm də qadınların elm sahəsində iştirak etməsinin İslamda təqdir edildiyini açıq şəkildə göstərir. Çünki İslam dini bütün bəşəriyyətə çağırış edir, bu çağırışda isə qadın-kişi fərqi yoxdur. Yəni İslamın əsas prinsipləri qadınların elm öyrənməsi və bu sahədə aktiv rol almasını dəstəkləyir.

Peyğəmbərimiz Hz.Məhəmməd (s) qadınların təhsilini əhəmiyyətli sayıb və bir neçə dəfə qadınlara elm öyrənmələri üçün təşviq edib. 

Peyğəmbərimiz buyurur ki, “Hər bir müsəlmanın kişi və ya qadın olmasına baxmayaraq, elm öyrənməsi vacibdir”. Bu hədis İslamda qadınların elm və təhsil hüququnu tanıyır və onları bu yolda irəliləməyə təşviq edir.

Bununla yanaşı, İslamın ilk dövrlərində qadınlar təhsil alır və elmi fəaliyyətlərlə məşğul idilər. Peyğəmbərimizin xanımı Xədicə bint Xuvəylid ticarət sahəsində fəaliyyət göstərən, zəngin və mədəniyyətli bir qadın idi”.

Rəsul Mirhəşimli qeyd edir ki, Əfqanıstandakı hazırkı vəziyyət İslamın prinsiplərinə uyğun deyil və dini radikalizmin təsirindən qaynaqlanır: “”Taliban”ın qadınların təhsilini məhdudlaşdırması, dinin özünün təməl prinsipləri ilə ziddiyyət təşkil edir. İslamda təhsilin qadınlara qadağan edilməsi anlayışı yoxdur, əksinə, qadınların cəmiyyətdə aktiv rol alması, elmdə, səhiyyədə və digər sahələrdə fəaliyyət göstərməsi təşviq edilir.

Bununla yanaşı, İslamın əsas məqsədi insanların xoşbəxtliyini və rifahını təmin etməkdir. Qadınların təhsili yalnız dini deyil, həm də sosial və iqtisadi baxımdan vacibdir. Bu təhsil qadınlara öz hüquqlarını daha yaxşı başa düşmək, ailələrinə, cəmiyyətlərinə və ölkələrinə faydalı olmaq imkanı verir. 

Qadınların təhsilinə qoyulan məhdudiyyətlər cəmiyyətdəki sosial bərabərsizlikləri daha da dərinləşdirir və qadınların öz potensialını reallaşdırmalarına mane olur.

“Taliban”ın tətbiq etdiyi bu qadağa təkcə İslamın buyurduqlarına zidd olmaqla yanaşı, həm də qadınların hüquqlarının ciddi şəkildə pozulmasıdır. İslamda qadınların səhiyyə sahəsində tibb təhsili alması və insanlara xidmət etməsi həm dini, həm də etik baxımdan qəbulediləndir. Bu vəziyyət yalnız Əfqanıstan üçün deyil, dünya miqyasında qadınların təhsil və fəaliyyət hüquqlarının təməlinə ciddi təhdidlər yaradır.

Nəticə etibarilə, İslamda qadınların təhsilinə heç bir qadağa yoxdur. Əksinə, təhsil almaq hər bir müsəlman qadının haqqıdır. Bu cür qadağalar, yalnız radikal ideologiyaların və təhrif edilmiş dini anlayışların nəticəsi olaraq ortaya çıxır. İslam dinində isə qadınların hər sahədə təhsil alması və fəaliyyət göstərməsi təşviq olunur”.

Qeyd edək ki, taliblərin qadınlara təhsil hüququnu məhdudlaşdıran qərarı, xüsusən müsəlman ölkələrində və beynəlxalq miqyasda geniş tənqidlərə səbəb olub. Bu qadağa təhsil hüququnun və bərabərliyin təmin olunmasında əhəmiyyətli irəliləyişlərə imza atan bir çox ölkənin və təşkilatın narahatlığını artırıb. Bir çox mütəxəssis və fəal, Talibanın bu yanaşmasını ölkənin gələcəyi üçün təhlükəli hesab edir, çünki bu, daha çox dini təhsilin artmasına və müasir təhsilin geriləməsinə səbəb ola bilər.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq humanitar təşkilatlar bu qadağanın əfqan qadınlarının və qızlarının əsas hüquqlarını pozduğunu və onların gələcəyinə ciddi ziyan vurduğunu bəyan ediblər. BMT-nin qadınların hüquqları üzrə xüsusi nümayəndəsi, qadınların təhsil hüququnun qadağan edilməsinin beynəlxalq hüquqa və insan hüquqlarına zidd olduğunu vurğulayıb.

Bir çox İslam alimi və dini lider, bu qadağanın İslamın əsas prinsiplərinə zidd olduğunu bildirib. Onlar İslamın həm kişilər, həm də qadınlar üçün təhsili vacib saydığını və belə bir təhsil məhdudiyyətinin həm dini, həm də sosial baxımdan zərərli olduğunu ifadə ediblər. Məsələn, İslam alimi Mavalavi Saleh Mohammad Islampur, qadınların təhsil almasının İslamın tələbi olduğunu bildirərək, müasir təhsil ilə dini təhsilin paralel inkişaf etməsinin vacibliyini vurğulayıb.

Əfqanıstandakı sosial fəallar və qadın hüquqları müdafiəçiləri də bu qərara qarşı çıxıb və qadınların təhsilinin cəmiyyətin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Əfqanlı fəal Nahid Noori, Talibanın qadınları yalnız dini seminarlara göndərməsi və məktəblərin bağlanmasının cəmiyyətdə mənfi nəticələrə səbəb olacağını deyib

Əvvəlki Yazı

ABŞ Rumıniyaya xəbərdarlıq etdi

Növbəti Yazı

Gürcüstanda daha bir müxalifət lideri saxlanıldı

XƏBƏR LENTİ

“Qalatasaray” Batrakov üçün 25 milyon avro ödəyib

“Qalatasaray” Batrakov üçün 25 milyon avro ödəyib

21 Avqust 2026 / 10:09
1
Rus qoşunları Kiyevə güclü zərbə vurdu, anbarlar və müəssisələr yenidən yanır

Rusiya Kiyevə yenidən hücum etdi -16 nəfər ölüb, 42 nəfər yaralanıb

21 Avqust 2026 / 9:57
1
Bakıda odlu silahdan atəş açan şəxs bir nəfəri yaraladi

Bakıda odlu silahdan atəş açan şəxs bir nəfəri yaraladi

21 Avqust 2026 / 9:44
8
ABŞ-ın kəşfiyyat təyyarəsi Fars körfəzi yaxınlığında təhlükə siqnalı göndərib

ABŞ-ın kəşfiyyat təyyarəsi Fars körfəzi yaxınlığında təhlükə siqnalı göndərib

21 Avqust 2026 / 9:40
7
54 yaşlı kişi tövlədə heyvanları yemləyərkən öldü

54 yaşlı kişi tövlədə heyvanları yemləyərkən öldü

21 Avqust 2026 / 9:32
6
Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya yaxınlaşarkən 7 pilotsuz təyyarəni vurub

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya yaxınlaşarkən 7 pilotsuz təyyarəni vurub

21 Avqust 2026 / 9:22
9
Kiyev Trampa Donetsk haqqında sənəd təqdim edib

“Qərar tezliklə veriləcək”: Trampın Ukrayna ilə bağlı planları ABŞ-da açıqlanıb

21 Avqust 2026 / 9:06
5
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib -5 nəfər xəsarət alıb

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib -5 nəfər xəsarət alıb

21 Avqust 2026 / 8:51
7
Rostov vilayətində gecə saatlarında 30-dan çox pilotsuz təyyarə vurulub

Tramp İranla danışıqların çətinləşməsinin səbəbini açıqlayıb: Amerikalılar kiminlə danışacaqlarını bilmirlər

21 Avqust 2026 / 8:40
13
Rostov vilayətində gecə saatlarında 30-dan çox pilotsuz təyyarə vurulub

Rostov vilayətində gecə saatlarında 30-dan çox pilotsuz təyyarə vurulub

21 Avqust 2026 / 8:34
8
Bu rayonlarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bu rayonlarda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq

21 Avqust 2026 / 8:23
11
USS Lincoln Yaxın Şərqdəki uzun missiyasından sonra ABŞ-a qayıdır

USS Lincoln Yaxın Şərqdəki uzun missiyasından sonra ABŞ-a qayıdır

21 Avqust 2026 / 8:18
14
Avropada meşə yanğınları ən yaxşı iqlim ssenarisində belə 39 faiz artacaq

Avropada meşə yanğınları ən yaxşı iqlim ssenarisində belə 39 faiz artacaq

21 Avqust 2026 / 8:14
8
Məhkəmə Pakistanın keçmiş baş naziri İmran Xanın həbsxanadan xəstəxanaya köçürülməsinə qərar verib

İmran Xan səhhəti ilə bağlı Ali Məhkəmənin qərarı ilə xəstəxanaya köçürülüb

21 Avqust 2026 / 7:45
1
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvani yola düşdü-Fotolar

Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvani yola düşdü-Fotolar

21 Avqust 2026 / 7:39
4
Kuba ABŞ-ı insanların əsas xidmətlərə çıxışını qadağan etməkdə ittiham edir

Kuba ABŞ-ı insanların əsas xidmətlərə çıxışını qadağan etməkdə ittiham edir

21 Avqust 2026 / 7:24
6
İordan çayının qərb sahilində  israillilərin həyata keçirdiyi hücumlarda 3 fələstinli yaralanıb

İordan çayının qərb sahilində  israillilərin həyata keçirdiyi hücumlarda 3 fələstinli yaralanıb

21 Avqust 2026 / 7:19
12
Uzak Şehir”in yeni sezonda 64-cü bölümünün sentyabr ayında tamaşaçılara təqdim edilməsi planlaşdırılır

Uzak Şehir”in yeni sezonda 64-cü bölümünün sentyabr ayında tamaşaçılara təqdim edilməsi planlaşdırılır

21 Avqust 2026 / 7:09
13
İndoneziyada 7,7 bal gücündə zəlzələ baş verib

Peruda 7,2 bal gücündə zəlzələ baş verib

21 Avqust 2026 / 7:00
9
İsraillilərin İordan çayının qərb sahilində 3 evi blokadası 12-ci gündür davam edir

İsraillilərin İordan çayının qərb sahilində 3 evi blokadası 12-ci gündür davam edir

20 Avqust 2026 / 18:23
11
Paşinyan:”Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil”

Paşinyan:”Kərki, Bərxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisinə daxil deyil”

20 Avqust 2026 / 16:40
6
Prezident İlham Əliyev Fərman imzaladi

Prezident İlham Əliyev Fərman imzaladi

20 Avqust 2026 / 16:28
30
Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

20 Avqust 2026 / 12:15
6
Sergey Sobyanin:Moskva bölgəsi 250 PUA ilə hədəfə alınıb

Sergey Sobyanin:Moskva bölgəsi 250 PUA ilə hədəfə alınıb

20 Avqust 2026 / 11:59
11
Mendel: Zelenski Ukraynaya “Patriot” raketləri verməməsini əsas gətirərək, bütün məsuliyyəti Trampın üzərinə atmağa çalışacaq

Mendel: Zelenski Ukraynaya “Patriot” raketləri verməməsini əsas gətirərək, bütün məsuliyyəti Trampın üzərinə atmağa çalışacaq

20 Avqust 2026 / 11:05
7
Behnam Səidi: “Hörmüz boğazı İrana qarşı təhdidlər bitənə qədər bağlı qalacaq”

ABŞ-ın Hörmüz boğazında neft tankerləri üçün gizli keçid dəhlizi yaratdığı iddia edilib

20 Avqust 2026 / 10:57
9
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Azərbaycan Geniş Manevr İmkanlarına Malikdir…”

20 Avqust 2026 / 10:47
94
İranın hücumu zamanı yaralanan ABŞ əsgərlərinin sayı 750-ni keçib

İranın hücumu zamanı yaralanan ABŞ əsgərlərinin sayı 750-ni keçib

20 Avqust 2026 / 10:11
3
17 il beynəlxal axtarışda olan Namiq Ağalarov Azərbaycana gətirildi

17 il beynəlxal axtarışda olan Namiq Ağalarov Azərbaycana gətirildi

20 Avqust 2026 / 9:54
12
Ukrayna Silahlı Qüvvələrinə məxsus 50-dən çox pilotsuz uçuş aparatı Rostov vilayətində hava hücumunu dəf edərkən vurulub

Slyusar: Rostov vilayətinin altı rayonunda Ukrayna Silahlı Qüvvələrinə məxsus 90-a yaxın pilotsuz uçan aparat məhv edilib

20 Avqust 2026 / 8:48
14
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.