26 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Ceyhun Bayramov İraqın baş naziri ilə görüşüb

May 7, 2025
Siyasət
A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə görüşüb.

Avropa.info xəbər verir ki, bu barədə Xarici işlər nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan-İraq əməkdaşlığının müxtəlif aspektləri, Yaxın Şərqdə cari vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan və İraq arasında diplomatik münasibətlərin əsasının müstəqilliyimizin bərpasından sonra qoyulmasına baxmayaraq, xalqlarımız arasında əlaqələrin tarixinin daha qədim olduğu məmnunluqla qeyd edilib. Bu dinamikanın qorunub saxlanılması məqsədilə bütün, o cümlədən dövlət, parlament, hökumət, xarici işlər nazirlikləri səviyyələrində qarşılıqlı səfər və təmasların artırılmasının əhəmiyyəti vurğulanıb.

Görüşdə əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, humanitar aspektləri müzakirə olunub, ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu və hər iki tərəfin bu istiqamətdə maraqlı olduğu diqqətə çatdırılıb.

Tərəflər, həmçinin Yaxın Şərq, xüsusilə Qəzza bölgəsi ətrafında mövcud vəziyyətdən bəhs edərək, münaqişənin sülh yolu ilə həllinə ümidvar olduqlarını bildiriblər. Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə “iki dövlət” prinsipi əsasında həllinə göstərdiyi dəstək bir daha qeyd edilib.

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs olunub, ölkəmizdə keçirilən sessiya çərçivəsində əldə edilmiş nailiyyətlərin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minalardan təmizləmə fəaliyyəti, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb. Ölkəmizin təşəbbüsü ilə başladılan sülh müqaviləsinin mətni üzrə ikitərəfli danışıqların yekunlaşdırıldığı, lakin bölgədə dayanıqlı sülhün təminatı olacaq bu müqavilənin imzalanması üçün Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarına son qoyulmasının əhəmiyyəti qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Əvvəlki Yazı

Prezident İlham Əliyev və xanımı rəsmi qonaqlarla “Gülüstan” sarayında

Növbəti Yazı

Ərdoğandan təcili Pakistan HƏMLƏSİ – Az öncə gerçəkləşdirildi

XƏBƏR LENTİ

Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

Prezident İlham Əliyevin Özbəkistan səfəri: Avrasiya strategiyasında yeni mərhələ

25 Avqust 2026 / 22:19
4
Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

Kanadanın hava limanında sərnişin təyyarəsi bir kişinin üzərinə çırpılıb

25 Avqust 2026 / 16:47
15
Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

Ermənistan İstintaq Komitəsi Köçəryanla bağlı 17 ünvanda axtarış aparır

25 Avqust 2026 / 16:14
9
İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

İstanbulda qısqanclıq zəminində keçmiş sevgilisini öldürdü

25 Avqust 2026 / 16:02
10

 İsrail ordusunun Qusra qəsəbəsində 3 fələstinli evinə qarşı blokadası üç həftədir ki, davam edir

25 Avqust 2026 / 15:39
7
Razı Nurullayev:“Kənddə Yaşayan İnsana Dolanışıq Və İş Lazımdır”

Razi Nurullayev:Bakıya ayrılan 200 milyard dollar hara gedib

25 Avqust 2026 / 15:21
42
Medvedev:”Donuzların önünə mirvari səpməyin”

Medvedev:”Donuzların önünə mirvari səpməyin”

25 Avqust 2026 / 13:03
13
Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

Medvedev: Moskva Qərbin bir dənə də olsun anti-Rusiya addımını unutmayacaq

25 Avqust 2026 / 11:21
3
Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

Köçəryanın oğlu Sedrak Köçəryan da respublikanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gətirilib

25 Avqust 2026 / 10:59
15
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:“Əsas Məsələ Türkiyənin Regional Güc Kimi Mövqeyinin Möhkəmlənməsidir”

25 Avqust 2026 / 10:52
86
Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

Ali Məhkəmədən sələmçilərə sərt xəbərdarlıq –Borc verən özü də məhkəməyə düşə bilər

25 Avqust 2026 / 10:45
19
Günə 77 qəpiyə “Nar”dan smartfon!

Günə 77 qəpiyə “Nar”dan smartfon!

25 Avqust 2026 / 10:40
11
Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

Rusiya ilə Ermənistan arasında münasibətlər sürətlə pisləşir

25 Avqust 2026 / 10:37
10
Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

Ukraynalı könüllülər Kiyevdə keçirilən dron paradını tənqid ediblər

25 Avqust 2026 / 10:11
14
Ermənistanin keçmiş prezidenti həbs olundu

Ermənistanin keçmiş prezidenti həbs olundu

25 Avqust 2026 / 9:49
5
İtaliyada piyadalar üçün yeni yol hərəkəti qaydası: Yoldan keçərkən telefondan istifadə edənlər cərimələnəcək

İtaliyada piyadalar üçün yeni yol hərəkəti qaydası: Yoldan keçərkən telefondan istifadə edənlər cərimələnəcək

25 Avqust 2026 / 9:39
9
Krasnodar diyarında Afipskaya dəmir yolu stansiyası PUA-nın hücumundan sonra fəaliyyətini dayandırıb

Krasnodar diyarında Afipskaya dəmir yolu stansiyası PUA-nın hücumundan sonra fəaliyyətini dayandırıb

25 Avqust 2026 / 9:31
0
İran Prezidenti Pezeşkian: İran dağılmadı, əksinə, gücləndi

İran prezidenti Pezeşkian: “ABŞ-ın zorakılıq və zorakı münasibəti heç bir həll yolu gətirməyəcək”

25 Avqust 2026 / 9:22
8
TASS: Rusiya Silahlı Qüvvələri Sosnovka yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 475-ci alayının hərbi qulluqçularının cəmləşməsini məhv edib

Slyusar: Rostov vilayətində bir gecədə Ukrayna Silahlı Qüvvələrinin 30-a yaxın pilotsuz uçan aparatı məhv edilib

25 Avqust 2026 / 9:16
17
Jurnalist Kristofer: Kallas Kiyevin ABŞ dəstəyini itirdiyini gizlədə bilmədi

Jurnalist Kristofer: Kallas Kiyevin ABŞ dəstəyini itirdiyini gizlədə bilmədi

25 Avqust 2026 / 9:09
19
ABŞ səfiri Barak İsrailin ittihamlarından sonra Türkiyədən geri çağırılıb

ABŞ səfiri Barak İsrailin ittihamlarından sonra Türkiyədən geri çağırılıb

25 Avqust 2026 / 8:57
8
Trampın keçmiş xüsusi nümayəndəsi Kelloq: ABŞ Rusiya Federasiyası üçün yeni ərazilər tanımır

Trampın keçmiş xüsusi nümayəndəsi Kelloq: ABŞ Rusiya Federasiyası üçün yeni ərazilər tanımır

25 Avqust 2026 / 8:47
7
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

25 Avqust 2026 / 8:24
55
Suriya prezidenti Şara ölkəsinin yenidənqurma və tikinti prosesinə girdiyini bildirib

Suriya prezidenti Şara ölkəsinin yenidənqurma və tikinti prosesinə girdiyini bildirib

25 Avqust 2026 / 7:56
7
Kuba prezidenti Diaz-Kanel ABŞ-la dialoqun “bloklandığını” deyib

Kuba prezidenti Diaz-Kanel ABŞ-la dialoqun “bloklandığını” deyib

25 Avqust 2026 / 7:46
7
Sohu: Lavrov BMT vasitəsilə Tokioya böyük problemlər yaratdı

Sohu: Lavrov BMT vasitəsilə Tokioya böyük problemlər yaratdı

25 Avqust 2026 / 7:37
16
Miroşnik: Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin zərbələri nəticəsində bir həftə ərzində 4-ü uşaq olmaqla 49 rusiyalı həlak olub

Miroşnik: Kiyev Rusiya sakinlərini məğlub etmək üçün kütləvi şəkildə əl işi minaları istehsal edir

25 Avqust 2026 / 7:28
14
ABŞ administrasiyası təxminən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır

ABŞ administrasiyası təxminən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır

25 Avqust 2026 / 7:12
15
İsrail qüvvələri Qüdsdə universitetin buraxılış mərasiminə mane olub

İsrail qüvvələri Qüdsdə universitetin buraxılış mərasiminə mane olub

25 Avqust 2026 / 6:59
16
Bakıda 8 yaşli uşaq yıxılaraq ölüb

Bakıda 8 yaşli uşaq yıxılaraq ölüb

25 Avqust 2026 / 6:54
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.