Cəmiyyət

Cəlilabadda 33 yaşlı qadın itkin düşüb

30 Noyabr 2024, 16:3712
Reklam728x90
Reklam320x100

 

Avropa .info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Cənub regional qrupu məlumat yayıb.

Bildirilib ki, Cəlilabad rayonunun Hacıməmmədli kənd sakini, 1991-ci il təvəllüdlü Leyla Hikmət qızı Heydərova 24.11.2024-cü il tarixdə yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.

Leyla Heydərovanın əlamətləri bunlardır:

Boyu 170 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxan zaman əynində qara rəngli köynək, qara şalvar, ağ idman ayaqqabısı, boz rəngli gödəkçə olub.

Onun barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinin (055) 248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600