ABŞ- İranin mineral su zavoduna zərbə endirib

ABŞ hərbçilərinin İranın qərbində yerləşən Dehloran şəhərindəki mineral su istehsalı müəssisəsinə zərbə endirdiyi iddia olunur.

Avrop.info xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, müəssisə üç mərmi ilə vurulub. Hücum nəticəsində insan tələfatı qeydə alınmasa da, zavodun avadanlıqlarına və istehsal güclərinə ziyan dəyib.

Agentlik qeyd edir ki, bundan əvvəl də Dehloran şəhəri yaxınlığında bir obyektin ABŞ mərmisi ilə vurulduğu barədə məlumat yayılmışdı.

Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

XƏBƏR LENTİ