İran Bəhreyn və Küveyt limanları yaxınlığında tanker ekipajlarını gəmilərini tərk etməyə çağırıb
Avropa.info xəbər verir ki, Amerikalıların İran gəmilərinə təkrar hücumlarından sonra İran ciddi xəbərdarlıq edib.
Küveyt və Bəhreyn limanlarının yaxınlığında yerləşən tanker ekipajlarına ünvanlanıb. Xəbərdarlığı İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri yayıb.
İran Bəhreyn və Küveyt limanları yaxınlığında yerləşən tankerlərin ekipajlarını cavab hücumları təhlükəsi ilə əlaqədar gəmiləri dərhal tərk etməyə çağırıb.
“Bir neçə İran tankerini hədəf alan ABŞ ordusunun təcavüzü ilə əlaqədar Küveyt və Bəhreynin liman bölgəsində bu terrorçuları qəbul edən və onların vəhşiliklərinə şərik olan bütün tankerlərin ekipajlarını xəbərdar edirik: hücuma məruz qalacaqları üçün gəmilərini həm lövbərlərdə, həm də estakadalarda dərhal tərk edin”, – IRGC-nin bəyanatında deyilir.
Bundan əvvəl də Avropa.info İranın Xark adası və Cask şəhəri ərazisində partlayışların baş verdiyini bildirmişdi. ABŞ Fars körfəzində İranın Xarq adasının lövbəri yaxınlığında gəmilərə hücum edib.






























