Noyabrın 3-də Konqresin aralıq seçkiləri yaxınlaşdığından ABŞ-ın bəzi ştatlarında, xüsusilə Texas, Cənubi Karolina, Arkanzas və Alyaskada erkən səsvermə başlayıb.
ABŞ-da noyabrın 3-də 435 yerlik Nümayəndələr Palatasına və 100 yerlik Senatda 33 yerə seçkilər keçiriləcək.
Avropa.info xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, Texas, Cənubi Karolina, Arkanzas, Alyaska və Konnektikut ştatlarında erkən səsvermə prosesi başlayıb.
Texasda seçicilər oktyabrın 30-dək erkən səs verə biləcəklər.
Cənubi Karolina ştatında erkən səsvermə prosesi oktyabrın 31-də başa çatacaq.Bu ştatda ABŞ-da dünyasını dəyişən respublikaçı senator Lindsey Graham-ın yerinə təyin edilən bacısı Darline Graham Nordone ilə onun demokrat rəqibi Enni Endryusun yarışı ön plana çıxır.
Arkanzas ştatında erkən səsvermə noyabrın 2-dək davam edəcək. Burada respublikaçı senator Tom Kotton demokrat rəqibi Halli Şofnerlə Senat mandatı uğrunda mübarizə aparacaq.
Ştatın Respublikaçı qubernatoru Sarah Hukabi Sanders də qubernator olmaq üçün Demokratlar Partiyasından Fredrik Lav və Libertarlar Partiyasından Colt Şelbi ilə rəqabət aparır.
Alyaskada şəxsən və ya qiyabi səsvermə noyabrın 3-dək davam edəcək, Konnektikutda isə seçicilər noyabrın 1-dək seçki məntəqələrinə gələ biləcəklər.



























