15 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezident İlham Əliyev “SABAH.city”nin açılışında iştirak edib- Fotolar

Sentyabr 14, 2026
Manşet
A A

Prezident İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

Avrop.info xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına “SABAH.city” innovasiya şəhərciyi barədə məlumat verib.

Bildirilib ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu – basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.

Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.

Burada ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin “ASAN xidmət”in “Süni İntellekt Assistent” layihəsi barədə məlumat verdi.

ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bugünədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə)), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.

“ASAN xidmət”in “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb.

“Süni İntellekt Assistent” platforması “ASAN xidmət”in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır.

“SABAH.city” innovasiya şəhərciyində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası var. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Burada, eyni zamanda, 12 startapın yer aldığı “kovorkinq” (insanların və şirkətlərin işləməsi üçün nəzərdə tutulmuş ortaq iş məkanı) zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, həmçinin innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi var.

Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı 8 texnologiya və innovasiya yönümlü şirkət, 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

Qeyd edək ki, layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır. “SABAH.city” bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləyən kompleks innovasiya platforması kimi mühüm rol oynamaqla uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin, texnologiya transferinin və Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcək.

 



















Əvvəlki Yazı

Birinci xanım Ərdoğandan yeni tədris ili mesajı

Növbəti Yazı

Almaniya etiraf edib ki, Almaniya uzun müddətdir Ukraynada döyüşür

XƏBƏR LENTİ

İsrailin Qəzzaya qarşı soyqırım hücumlarında can itkisi 73 min 789-a yüksəldi

İsrailin Qəzzaya qarşı soyqırım hücumlarında can itkisi 73 min 789-a yüksəldi

15 Sentyabr 2026 / 13:15
6
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etdi – Fotolar

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarını qəbul etdi – Fotolar

15 Sentyabr 2026 / 12:52
3
Ədil Məhərrəmovu qətlə yetirən Ata və Qızına hökm oxundu

Ədil Məhərrəmovu qətlə yetirən Ata və Qızına hökm oxundu

15 Sentyabr 2026 / 12:43
9
ABŞ-ın keçmiş prezidenti Obama süni intellektin hüquqi tənzimlənməsinə çağırıb

ABŞ-ın keçmiş prezidenti Obama süni intellektin hüquqi tənzimlənməsinə çağırıb

15 Sentyabr 2026 / 12:36
8
Macklemore konsertində Fələstini dəstəklədiyi üçün Ed Sheeranın turundan uzaqlaşdırılıb

Macklemore konsertində Fələstini dəstəklədiyi üçün Ed Sheeranın turundan uzaqlaşdırılıb

15 Sentyabr 2026 / 12:02
16
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:”Polşaya qarşı hər hansı hərbi təcavüz ehtimalı son dərəcə ciddi eskalasiya riski yaradar”

15 Sentyabr 2026 / 11:53
55
Zərdabda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində sağ qalan müəllimə də vəfat edib

Zərdabda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində sağ qalan müəllimə də vəfat edib

15 Sentyabr 2026 / 10:06
19
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

Tramp: AI xəbərdarlığı saxtakarlıqdır

15 Sentyabr 2026 / 9:58
6
Pakistan: Biz ABŞ və İranın danışıqlar masasına qayıtmasında israr edirik

Pentaqonun müfəttişinin İran müharibəsi ilə bağlı ilk hesabatı: ABŞ obyektləri zədələnib və raket ehtiyatları azalıb

15 Sentyabr 2026 / 9:52
11
15 sentyabr  Bakının işğaldan azad edilməsinin ildönümüdür-Foto

15 sentyabr  Bakının işğaldan azad edilməsinin ildönümüdür-Foto

15 Sentyabr 2026 / 9:40
10
Tədqiqatlar göstərir ki, əsarət altına alınan afrikalılara Britaniya kral gerbi damğası vurulmuşdur

Tədqiqatlar göstərir ki, əsarət altına alınan afrikalılara Britaniya kral gerbi damğası vurulmuşdur

15 Sentyabr 2026 / 7:54
4
Məktəbdən çıxandan sonra xəbər alınmayan müəllimin cansız meyiti tapılıb

Məktəbdən çıxandan sonra xəbər alınmayan müəllimin cansız meyiti tapılıb

15 Sentyabr 2026 / 7:49
9
NATO təyyarələri Litvanın hava məkanına daxil olan pilotsuz təyyarəni vurub

NATO təyyarələri Litvanın hava məkanına daxil olan pilotsuz təyyarəni vurub

15 Sentyabr 2026 / 7:33
7
Xocavənd rayonuna növbəti köç karvanı yola düşüb -Fotolar

Xocavənd rayonuna növbəti köç karvanı yola düşüb -Fotolar

15 Sentyabr 2026 / 7:27
11
Səudiyyə Ərəbistanının Xamis Müşait və Taif şəhərləri üçün verilən “təhlükə xəbərdarlığı” başa çatıb

IRIB: Yəmənə hücumlardan sonra Səudiyyə Ərəbistanında neft emalı zavodunda böyük yanğın başlayıb

15 Sentyabr 2026 / 7:15
5
Kim Çen In Putinə cavab olaraq teleqram göndərib

Kim Çen In Putinə cavab olaraq teleqram göndərib

15 Sentyabr 2026 / 6:57
7
Qaluzin: Aİ-nin 2029-cu ilə qədər Ermənistanla vizasız gediş-gəlişin tətbiqinə dair vədləri müvəqqəti xarakter daşıyır

Qaluzin: Aİ-nin 2029-cu ilə qədər Ermənistanla vizasız gediş-gəlişin tətbiqinə dair vədləri müvəqqəti xarakter daşıyır

15 Sentyabr 2026 / 6:37
12
Trampın müxaliflərinin işində ən yüksək səviyyəli prokuror gözlənilmədən istefa verdi

Sanchez: ABŞ-da hər gün atışmalar nəticəsində 117 adam ölür

15 Sentyabr 2026 / 6:31
3
BMT: Yəməndəki münaqişələr 137 mindən çox uşağı təhsildən məhrum edib

BMT: Yəməndəki münaqişələr 137 mindən çox uşağı təhsildən məhrum edib

15 Sentyabr 2026 / 6:24
2
Almaniya etiraf edib ki, Almaniya uzun müddətdir Ukraynada döyüşür

Almaniya etiraf edib ki, Almaniya uzun müddətdir Ukraynada döyüşür

14 Sentyabr 2026 / 11:57
6
Prezident İlham Əliyev “SABAH.city”nin açılışında iştirak edib- Fotolar

Prezident İlham Əliyev “SABAH.city”nin açılışında iştirak edib- Fotolar

14 Sentyabr 2026 / 11:52
6
Birinci xanım Ərdoğandan yeni tədris ili mesajı

Birinci xanım Ərdoğandan yeni tədris ili mesajı

14 Sentyabr 2026 / 11:43
19
İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

İran İnqilab Keşikçiləri: MQ-1 tipli PUA Hörmüz boğazında vurulub

14 Sentyabr 2026 / 11:35
35
Razı Nurullayev:”Ölkəmiz Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi problemi ilə də üz-üzədir”

Razı Nurullayev:”Ölkəmiz Xəzər dənizinin səviyyəsinin davamlı şəkildə enməsi problemi ilə də üz-üzədir”

14 Sentyabr 2026 / 11:26
55
ABŞ mətbuatı: iflas ərəfəsində olan Kennedy Performance Arts Mərkəzi bu həftə bağlana bilər

ABŞ mətbuatı: iflas ərəfəsində olan Kennedy Performance Arts Mərkəzi bu həftə bağlana bilər

14 Sentyabr 2026 / 9:16
11
Qəzzada mülki müdafiə qrupları dağıntılar altından 17 yeni cəsədi çıxarıb

Qəzzada mülki müdafiə qrupları dağıntılar altından 17 yeni cəsədi çıxarıb

14 Sentyabr 2026 / 9:06
20
Avropanın yüksək səviyyəli məmurlarının gedişindən sonra Rusiya Ukraynada qatara hücum edib

Avropanın yüksək səviyyəli məmurlarının gedişindən sonra Rusiya Ukraynada qatara hücum edib

14 Sentyabr 2026 / 8:58
18
9 Avropa ölkəsi hava limanlarında xaosdan sonra giriş-çıxış sistemini təxirə salıb

9 Avropa ölkəsi hava limanlarında xaosdan sonra giriş-çıxış sistemini təxirə salıb

14 Sentyabr 2026 / 8:52
9
Mayamidə baş verən qəzadan sonra Amazon yük şirkəti ilə əməkdaşlığı dayandırıb

Mayamidə baş verən qəzadan sonra Amazon yük şirkəti ilə əməkdaşlığı dayandırıb

14 Sentyabr 2026 / 8:41
15
Vüqar Dadaşov:”Putinin “Ermənistan xalqı istəsə” ifadəsi elə özündə bütün açar şərtləri və xəbərdarlığı ehtiva edir”

Vüqar Dadaşov:”Trampın reytinqinin aşağı düşməsi təkcə Ukrayna müharibəsi ilə bağlı deyil…”

14 Sentyabr 2026 / 8:28
71
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.