Kremlin sözçüsü Dmitriy Peskov Litvada nüvə silahının yerləşdiriləcəyi təqdirdə bu ölkənin ərazisinin Rusiyanın nüvə silahının hədəfi olacağını bildirib və əlavə edib ki, bu, vəziyyəti ciddi şəkildə gərginləşdirəcək. dedi.
Avropa.info xəbər verir ki, Rusiyanın “Perviy kanal” telekanalına danışan Peskov Litvanın konstitusiyasında nüvə silahına qoyulan qadağanı ləğv etmək planlarını dəyərləndirib.
Bunun proqnozlaşdırıla biləcəyini bildirən Peskov:
“Əgər siz öz ərazinizdə nüvə silahı yerləşdirirsinizsə, bu, kiməsə qarşı olmalıdır. Göründüyü kimi, bu silah Qərbə deyil, Şərqə, yəni bizə qarşı olacaq. Əgər bir ölkənin bizə qarşı nüvə silahı varsa, bu ölkənin ərazisi bizim nüvə silahlarımızın hədəfi olacaq.





























