Rusiyanın Ukraynanın paytaxtı Kiyevdə gecə saatlarında həyata keçirdiyi hücumda 2 nəfər həyatını itirib, 10 nəfər yaralanıb.
Avropa.info xəbər verir ki, Kiyev meri Vitali Kliçko sosial media hesablarından verdiyi açıqlamada Rusiyanın paytaxta gecə saatlarında hücumu nəticəsində 2 nəfərin həyatını itirdiyini, 10 şəhər sakininin isə yaralandığını bildirib.
Yaralılardan 5-nin xəstəxanaya yerləşdirildiyini deyən Klikko, yaralılardan 2-nin vəziyyətinin ağır olduğunu bildirib.
Kliçko qeyd edib ki, hücum nəticəsində anbarlarda və digər ticarət obyektlərində, özəl məktəbin yerləşdiyi ərazidə və paytaxtın müxtəlif yerlərində yaşayış evlərində yanğın baş verib, bəzi binalara və nəqliyyat vasitələrinə də ziyan dəyib.
Fövqəladə hallar qruplarının və bələdiyyə rəsmilərinin hadisə yerində işini davam etdirdiyini və hava hücumu həyəcanının paytaxtda davam etdiyini bildirən Kliçko ictimaiyyəti təhlükəsiz yerlərdə qalmağa çağırıb.






























