Rusiya Müdafiə Nazirliyi Kiyev və Odessa vilayətlərində hərbi məqsədlər üçün istifadə edilən logistika mərkəzlərini vurduqlarını bildirib.
Avropa.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.
Açıqlamada, gün ərzində Kiyev bölgəsində Qərb ölkələrinin təmin etdiyi hərbi yüklərin saxlanması və daşınması üçün istifadə edilən “DHL” və “Zammler” logistika mərkəzlərinin vurulduğu, Odessa vilayətində də Odessa limanından hərbi yüklərin daşındığı logistika mərkəzinin hədəfə alındığı bildirilib.
Açıqlamada Yujnı Limanında hərbi texnika ilə yüklənmiş gəminin vurulduğu, hücumlarda pilotsuz uçuş aparatlarından (PUA) istifadə edildiyi bildirilib.






























