Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün dəvət alıb.Avropa.info xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan açıqlayıb.
O bildirib ki, hazırda bu məsələ hökumətdə müzakirə olunur.
Bundan başqa, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün şəxsən dəvət aldığı təsdiqlənib