18 - 05 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

Oktyabr 2, 2025
Araşdırma
A A

Xalqımızın milli mentalitetini formalaşdıran ənənəvi dəyərlər toplusunu xarici təsirlərdən mühafizə etmək, yaşatmaq və gələcəyə daşımaq məqsədilə geniş ictimaiyyət arasında mütəmadi şəkildə təbliğat və təşviqat işi aparılmalıdır. Milli təhlükəsizlik strategiyasının qorunması baxımından bu vacib amil güclü, qüdrətli dövlətin təməl prinsiplərindəndir. Xüsusilə uşaq və gənclər arasında maarifləndirici təbliğatın aparılması gələcəkdə onların düzgün şəkildə formalaşmasına kömək edər. Özünün şərəfli missiyasının mahiyyətini anlayan uşaq və gənclərimizin bu missiyanın qüdrətini çiyinlərində daşımağa hazır olan şəxsiyyət kimi yetişməsini həm Kütlləvi İnformasiya Vasitələri, həm də Vətəndaş Cəmiyyəti İnctitututları daima diqqət mərkəzində saxlamalıdır. Bu, siyasi, mənəvi özülün təməlini atan ailənin, müəllimlərin apardıqları müqəddəs işin bir növ davam etdirilməsi deməkdir. Ailədə, məktəbdə başlanan bu yol mövcud cəmiyyətdə formalaşmalıdır.

Mütəmadi surətdə uşaqlara, gənclərə milli-mənəvi dəyərlərimizdən, tarixi keçmişimizdən, hərb tariximizdən, xalqımızın görkəmli elm, ədəbiyyat və incəsənət tarixindən bəhs edilməli, soy-kök bağlarından danışılmalıdlr. Bir sözlə, uşaqlarımızın, gənclərimizin xarici təhdidlər, təsirlər altına düşməmələri, ideoloji təxribatlardan qorunmaları mütləqdir. Düzgün təyinat doğru yolun başlanğıcıdır.

Tarixi milli köklərinə bağlı, öz vətəni, öz xalqı, öz torpağı üçün canından keçməyi bacara bilən sağlam düşüncəli bir nəslin yetişdirilməsi möhkəm və əbədi dövlətin təməl prinsiplərindəndir. Bünövrəsi möhkəm özüllər üzərində qurulan bir dövlətin bayrağı daima ucalarda dalğalanacaqdır. Keçmişə ehtiram göstərib, gələcəyə inamla addımlayaraq, qeyd etdiyimiz bu təməl prinsiplərini xarici, zərərli və zəhərli ideoloji təxribatlardan qorumaq məqsədilə geniş kütlə arasında, xüsusilə orta və ali məktəblərdə təhsil alan uşaqların, gənclərin mübariz, vətənpərvər, sağlam ruhda böyümələri üçün fəal təbliğat və təşviqat işi aparılmalıdır. Profilaktika məqsədilə hibrit təhdidlərə, təxribatlara, gözlənilən təhlükələrə qarşı çıxaraq, vətəndaşlarımızı ayıq-sayıq olmağa çağırmalıyıq. Biz birlikdə güclüyük! Bu gücü bizə xalqımız, dövlətimiz verir. Xalqımızın inamını, dövlətimizin etibarını qazanmaq üçün hər bir ölkə vətəndaşı təhsil aldığı, çalışdığı sahədə öz bilik və bacarığını nümayiş etdirməlidir. Millətlər içində imzamız olan dövlətimizin və bayrağımızın əzəməti, əbədiliyi, müqəddəsliyi qorunmalı, gələcək nəsillərə ərməğan edilməlidir. Məsələyə bu prizmadan yanaşaraq, gənclərimizi  və gələcəyimizi yad təsirlərdən qorumalıyıq.

Mənfur niyyətli məlum qüvvələr tərəfindən xalqımızı çirkin, qərəzli təbliğatlar vasitəsilə öz milli, mənəvi dəyərlərindən uzaqlaşdırmaq üçün hər cür yollara əl atılır. Tarixi zəfərini qazanan, işğal edilmiş torpaqlarını əsarətdən qurtaran, beynəlxalq tədbirlərə ev sahibliyi edən, elm, ədəbiyyat, mədəniyyər, incəsənət, idman sahəsində dünya miqyaslı uğurlara imza atan ölkəmizi gözü götürməyənlər bütün sferalarda ideoloji təxribatlara əl atır, xalqımıza, ölkəmizə qarşı qara yaxma kompaniyası aparmaqdadırlar. Təbii ki, belə üzdəniraqlar heç bir zaman özlərinin mənfur siyasətlərindən əl götürməyəcəklər.

Siyasi və iqtisadi baxımdan Cənubi Qafqazda real güc olaraq tanınan Azərbaycanın əleyhinə, maraqların təminatı və mənafelərin reallaşması istəklərinə hesablanmış çirkin və qərəzli niyyətlərə qarşı daima mübarizə aparılmalı, ideoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan bütün addımlar dəstəklənməlidir.

İdeoloji təxribatlara qarşı profilaktik tədbirlər görülməli, anti Azərbaycan əhval-ruhiyyəli qüvvələrin əleyhimizə yürütdüyü məkrli siyasətin qarşısı milli iradə ilə alınmalıdır. Xalqımızın dövlətlə həmrəyliyini pozmaq üçün hər cür vasitələrə əl atan bədxah qonşularımızın, onların havadarlarının xain cəhdlərinə qarşı səfərbər olmalı, ölkəmizə, dövlətimizə qarşı uzanan mənfur əlləri, dilləri kəsmək üçün hər bir vətəndaş el birliyi, dil birliyi nümayiş etdirməlidir.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkəmizin beynəlxalq arenada milli maraqlarının qorunması səmtində yürütdüyü ardıcıl və çevik siyasət, mübarizə əzmi xalqımızı gələcəyə doğru daha da ruhlandırır. Ölkəmizin haqlı davasında üzləşdiyi qərəzli və ikili yanaşmalara rəğbətlə sinə gərən cənab Prezident beynəlxalq arenalarda daima Azərbaycan xalqının səsi olur, siyasi mübarizə meydanında dönməz iradəsi ilə sərt qətiyyət göstərir.

Yeri gəlmişkən qeyd edim ki, cənab İlham Əliyev daima hərb, təhsil, idman və digər sahələrdə öncül olan gənclərə böyük diqqət və qayğı göstərir, onlarla mütəmadi şəkildə  görüşlər keçirir və layiqliləri mükafatlandırır.

44 günlük Vətən savaşında Ali Baş Komandanın rəhbərliyi altında könüllü olaraq azğın və arxalı düşmənlə cəng meydadına atılan gənc savaşçıların -əsgərlərin göstərdiyi misilisiz rəşadət qızıl hərflərlə xalqımızın tarixinə yazıldı.Torpalarımızın azad edilməsi uğrunda minlərlə gəncimiz öz canından, qanından keçdi.

Vətənpərvər əsgərlərimiz- gənclərimiz 30 ildən artıq bir müddət ərzində düşmən əsarətində olan torpaqlarımızı azad etdilər, görünməmiş şücaətləri ilə dünya xalqlarının rəğbətini qazandılar. O həyəcanlı, şərəfli, ölüm-qalım savaşında düşmənə aman verməyən, onları torpaqlarımızdan qovan cənab Ali Baş Komandan və onun gənc əsgərləri idi. Vətən torpaqlarının azadlığı uğrunda hər şeydən keçən gənclər haqq yolundan dönmədilər, könüllü Əsgər oldular, Şəhid oldular, Əlil oldular, Qazi oldular- ən yüksən mərtəbələrə ucaldılar. Vətən üçün Vətənləşdilər, torpaqlaşdılar, al bayrağa bürünüb Vətən səmasına ucaldılar.

Vətən müharibəsi və bu müharibənin tarix yazan gənc qəhrəmanlarının dillərə dastan olan, ölümləriylə ölməzlik yazan igidlikləri örnək timsalında gənclərə nümunədir. Mübarizlərin, Poladların, Xudayarların, Şükürlərin və minlərlə igid qəhrəmanların keçdikləri həyat və döyüş yolu uşaq və gənclərimiz üçün örnək məktəbdir. Bu günkü yetişməkdə olan gənc nəslin nümayəndələri qəhrəmanlığı bu igidlərdən öyrənməlidir.

Gələcək cəmiyyətin inkişafı üçün bilikli, bacarıqlı, hərtərəfli yetişmiş gənc nəsil formalaşdırılmalıdır. Uşaqlar və gənclər milli ruhda tərbiyə olunmalı, xalqımıza, dövlətimizə layiqli vətəndaşlar yetişdirilməlidir.

Məşhur bir deyim var: -“Tarix unudulunda təkrarlanır. Bəli, tarix unudulmamalıdır. Bu gün və gələcək nəsillər ölkəmizin keçdiyi kəşməkeşli tarixi heç vaxt unutmamalıdırlar. Haqq davamız uğrunda mübarizələr gözləyir bizi. Bu haqq davasının mübarizləri bu günkü uşaq və yeniyetmələrdir.

Unutmayaq ki, bu günümüzün uşaqları, gəncləri sabahın vətənin keşiyində dayanan, öz millətinin, dövlətinin azadlığı, müstəqilliyi ugrunda mübarizəyə hazır olan, cəsur, qorxmaz və dönməz əsgərləridir.

Brilyant Əzizova

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaq və gənclərin zərərli təsirlərdən qorunması” adlı layihəsi çərçivəsində çap olunur.

Əvvəlki Yazı

Prezidentlərin görüşünün tarixi əhəmiyyəti

Növbəti Yazı

“Mədəniyyət Könüllüləri” “Təbiətin Fırçası” layihəsinin təqdimatını keçirdi – FOTOLAR

XƏBƏR LENTİ

Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

15 May 2026 / 19:20
35
Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

15 May 2026 / 19:15
40
Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

14 May 2026 / 23:33
56
Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

14 May 2026 / 17:08
27
Rusiyali Biznesmen Bakıda gizlənmiş

Rusiyali Biznesmen Bakıda gizlənmiş

14 May 2026 / 11:08
20
Ağakərim Səmədzadə nazirin I müavini oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

14 May 2026 / 10:47
18
Andrey Yermak həbs olundu – FOTO

Andrey Yermak həbs olundu – FOTO

14 May 2026 / 10:38
28
Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

14 May 2026 / 9:52
21
Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

13 May 2026 / 12:11
78
Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

13 May 2026 / 11:37
38
Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

13 May 2026 / 11:29
43
Avropa liderləri İlham Əliyevdən nümunə götürür

Avropa liderləri İlham Əliyevdən nümunə götürür

13 May 2026 / 11:12
22
Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

13 May 2026 / 11:02
37
Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

13 May 2026 / 10:43
22
QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

13 May 2026 / 10:07
29
QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

13 May 2026 / 10:04
19
Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

12 May 2026 / 11:03
30
“Bayquş və qarovulçu” – Hekayə

Sadə dildə dərin fəlsəfə: İmamverdi İsmayılovun “LABİRİNT” əsərinə ədəbi baxış

11 May 2026 / 17:55
30
Meloni Bakı səfərində bu avtomobildən istifadə edib – Video

Meloni Bakı səfərində bu avtomobildən istifadə edib – Video

09 May 2026 / 15:43
67
Görkəmli şəxsiyyətlərin yubileylərinə həsr olunmuş elektron resurslar hazırlanıb

Görkəmli şəxsiyyətlərin yubileylərinə həsr olunmuş elektron resurslar hazırlanıb

09 May 2026 / 15:18
44
“İnklüziv cəmiyyətə hüquqi və mental dəstək” adlı tədbir keçirilib-Fotolar

“İnklüziv cəmiyyətə hüquqi və mental dəstək” adlı tədbir keçirilib-Fotolar

09 May 2026 / 15:10
53
Məhdudiyyətləri birlikdə aşaq

Məhdudiyyətləri birlikdə aşaq

09 May 2026 / 12:15
52
Respublika Uşaq Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Respublika Uşaq Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

09 May 2026 / 12:03
55
Naxçıvan kitabxanaların bir qrup əməkdaşı Respublika Uşaq Kitabxanasında təcrübədə olublar

Naxçıvan kitabxanaların bir qrup əməkdaşı Respublika Uşaq Kitabxanasında təcrübədə olublar

09 May 2026 / 11:57
61
Yücel Feyzioğlu ilə Nağıl-terapiyası nədir? mövzusunda görüş keçirilib-Fotolar

Yücel Feyzioğlu ilə Nağıl-terapiyası nədir? mövzusunda görüş keçirilib-Fotolar

09 May 2026 / 11:45
69
Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır

Muğam Mərkəzində Novruz Novruzlunun anım gecəsi: “Savalan” səhnəyə çıxır

30 Aprel 2026 / 11:01
74
Uşaq kitabxanasında “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

Uşaq kitabxanasında “Nağıl dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

29 Aprel 2026 / 22:03
55
Bir gün “Uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi”adlı kitabların təqdimatı baş tutub -Fotolar

Bir gün “Uşaqlığım dönsəydi geri” və “Nar çiçəyi”adlı kitabların təqdimatı baş tutub -Fotolar

29 Aprel 2026 / 21:57
78
“Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Zahid Xəlil ilə görüş

“Müəllif saatı” layihəsi çərçivəsində yazıçı Zahid Xəlil ilə görüş

28 Aprel 2026 / 18:40
71
Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə şagirdlərlə silsilə görüşlər keçirilib-Fotolar

Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə şagirdlərlə silsilə görüşlər keçirilib-Fotolar

28 Aprel 2026 / 18:36
93
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.