Yaponiyanın Hokkaydo adasında yaşayan yaşlı qadın sosial şəbəkədə tanış olduğu dələduzun qurbanı olub.
Avropa.info milli.az-a istinadən xəbər verir ki, bu barədə “Japan Times” məlumat yayıb.
Belə ki, kişi özünü Beynəlxalq Kosmik Stansiyada olan “astronavt” kimi təqdim edib.
İnternet tanışlığı zamanı qadında ona qarşı hisslər yaranandan sonra dələduz vəziyyətinin ağır olduğunu, guya oksigenə ehtiyac duyduğunu bildirib. O, oksigen üçün pul ödəyə bilmədiyini deyərək qadından kömək istəyib. Nəticədə pensiyaçı ona təxminən 1 milyon yen (təqribən 11 min manat) göndərib.
Polis həryerdə dələduzu axtarır. Hüquq-mühafizə orqanları vətəndaşlara xəbərdarlıq edərək bildiriblər: “Əgər sosial şəbəkədə tanış olduğunuz şəxs sizdən pul istəyirsə – bu, mütləq fırıldaqçılıqdır.”
Qeyd edək ki, dünyada yaşlı əhalinin sayına görə ikinci yerdə olan Yaponiyada belə hallarla tez-tez rastlaşılır.