15 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Ölkə

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda – FOTOLAR

Sentyabr 5, 2025
Ölkə
A A

Azərbaycanlı alimin nüfuzlu beynəlxalq jurnalda İrəvanın Ermənistana güzəşt edilməsi və 1918-ci ilin siyasi-hüquqi prosesləri ilə bağlı elmi məqaləsi dərc edilib.

Avropa.info xəbər verir ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin Kuba Respublikasının “XXX Aniversario de la Universidad de Cienfuegos Carlos Rafael Rodríguez” Universitetinin nəzdində fəaliyyət göstərən, beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazasında (Web of Science) qeydiyyatda olan “La Revista Universidad y Sociedad” jurnalında “Azərbaycan Cümhuriyyətinin yaradılması və İrəvanın Ermənistan Respublikasına güzəşti (1918-ci ilin siyasi-hüquqi prosesləri)” başlıqlı elmi məqaləsi dərc olunub.

Müəllif məqalədə elmi faktlar, əlyazmalar, arxiv sənədləri və mötəbər müəlliflərə istinad edərək İrəvan şəhərinin tarixən ermənilərə heç bir aidiyyəti olmadığını sübut etməklə yanaşı, 1918-ci ildə baş verən siyasi-hüquqi prosesləri təhlil edir.

Məqalədə göstərilir ki, istinadlar və mənbələrə əsasən, İrəvanın Ermənistan dövlətinə deyil, Ermənistan federasiyasına siyasi mərkəz kimi güzəşt edilməsindən söhbət gedir. Azərbaycan Milli Şurasının protokollarına nəzər saldıqda, sənədlərdə “erməni federasiyası” ifadəsinin yer aldığını görmək mümkündür. İrəvanın güzəşt edilməsi ilə bağlı sənəddə də qeyd olunur: “İrəvan siyasi mərkəz kimi erməni federasiyasına verilir”.

Müəllif beynəlxalq hüququn mövcud normalarına istinad edərək faktlarla sübut edir ki, Batum müqaviləsində İrəvanın güzəştə gedilməsi və ermənilərin hər hansı bir öhdəlik götürməsi ilə bağlı razılaşma yer almamışdır. İrəvan, erməni Milli Şurası ilə Azərbaycan Milli Şurası arasında “centlmen razılaşması” əsasında verilib. 1918-ci ildə erməni cümhuriyyəti yaratmaq üçün paytaxt şəhəri olmadığından Azərbaycan Milli Şurası İrəvanı güzəştə getmişdir. Bunun müqabilində erməni Milli Şurası Yelizavetpol quberniyasının dağlıq hissəsinə – indiki Dağlıq Qarabağa olan iddialarından imtina etməyi öhdəsinə götürmüşdü. Batum müqaviləsində həmin razılaşmanı ehtiva edən hər hansı bir maddə yer almır. Ermənistanın müstəqilliyinin tanınması üçün nəzərdə tutulan maddələrdə isə ermənilərin üzərinə götürdükləri öhdəlikləri özləri də pozublar.

Müəllif hüquqi və siyasi razılaşmalarla bağlı beynəlxalq təcrübəyə əsaslanaraq İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının ermənilərə verilməsi barədə, həm 4 iyun 1918-ci il tarixli Batum müqavilələrinin, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarının hüquqi qüvvəsini itirdiyini elmi əsaslarla izah edir.

Müəllif sonda qeyd edir ki, dünya Ermənistanın ərazi bütövlüyünü tanıyıb, mövcud dünya xəritəsi qəbul olunub. Lakin dünya eyni zamanda tarixi həqiqətləri də bilməlidir. Belə yanaşma bizə qarşı da tətbiq olunmalıdır. Beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayır və presedent hüququ mövcuddur. Buna görə də Azərbaycanın mövqeyini möhkəmləndirən kifayət qədər amillər var: tarixi, hüquqi və siyasi.

Qeyd edək ki, Zaur Əliyevin “Zəngəzur dəhlizi”, “İrəvan şəhərinin hüquqi statusu”, “31 mart soyqırımı”, “Uydurma erməni soyqırımı” və digər başlıqlı məqalələri də beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazaları olan Web of Science və Scopus qeydiyyatında olan jurnallarda dərc edilib. Həmçinin müəllifin bu mövzular üzrə kitabları da mövcuddur.

Məqalə ilə saytın səhifəsində tanış olmaq olar: https://rus.ucf.edu.cu/index.php/rus/article/view/5400

Əvvəlki Yazı

Hansı ölkələrdə vətəndaşlıq almaq daha asandır? – ŞƏRTLƏR və İMKANLAR

Növbəti Yazı

II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı? – “Torpaq mənim deyil, mənim xalqımındır”

XƏBƏR LENTİ

“Əbədi İşıq” sərgisi – Rəşid Əzimovun xatirəsinə

“Əbədi İşıq” sərgisi – Rəşid Əzimovun xatirəsinə

15 İyun 2026 / 23:26
11
“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:33
4
Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

15 İyun 2026 / 21:31
2
Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:29
2
Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

15 İyun 2026 / 21:20
5
Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

15 İyun 2026 / 10:41
1
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

15 İyun 2026 / 10:32
20
Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
9
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
19
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
3
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
3
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
7
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
18
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.