15 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı? – “Torpaq mənim deyil, mənim xalqımındır”

Sentyabr 5, 2025
Araşdırma, Redaktorun Seçimi
A A

O gün sosial şəbəkədə qarşıma bir video çıxdı. Ərəb dilində danışan biri yana-yana və dönə-dönə Fələstinlə yanaşı, 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin (1876 – 1909) adını çəkdi. Bu məni xeyli düşündürdü. Yaddaşımın dərinliyində itib-batmış bu məsələni yenidən xatırladım. Dəqiqlik üçün II Əbdülhəmid ilə Fələstin arasındakı tarixi əlaqəni araşdırmağa qərar verdim.

Sirr deyil ki, İsrailə münasibətdə Türkiyə ilə Azərbaycan (eləcə də Qazaxıstan və Özbəkistan) arasında ziddiyyət var. Və bu ziddiyyətin kökündə dayanan amillərdən biri də bu araşdırmanın nəticəsindən qaynaqlanır. Yəni çağdaş Türkiyə Osmanlı imperiyasının varisidir. Ona görə də Fələstin məsələsini xüsusi ilə ağrılı qarşılayır. Və bunun kökündə tarix dayanır.

Bəs II Əbdülhəmid ilə Fələstin arasındakı tarixi əlaqə konkret olaraq nədən ibarətdir? Türk tarixçisi Dr. Mim Kamal Okenin “ Sionizm və Fələstin Sorunu, 1880-1914” adlı əsəri var. O əsərdə bu sualın cavabı birmənalı şəkildə verilib. Mən sadəcə, o əsərin xülasəsini təqdim edirəm.

Əsərdən bəlli olur ki, 1896-1902-ci illər arasında sionistlərin lideri kimi tanınan doktor Teodor Herzl Osmanlı Sultanı II Əbdülhəmidi yəhudilərin Fələstində məskunlaşmasına razı salmaq üçün beş dəfə İstanbula səfər edib. Onun ilk səfəri 1896-cı ilin iyununda baş tutdu. Polşa zadəganı Qraf Filip de Nyulinskinin sultan Əbdülhəmidin Avropa casuslarından biri olduğunu eşidən Herzl onu sionist davasına cəlb etdi və onu özü ilə Osmanlı liderləri arasında vasitəçi olmağa razı saldı. Onlar birlikdə İstanbula səfər etdilər və Nyulinski sionistlər adına Sultana müraciət göndərərək, Herzlin Fələstinin qarşılığında Osmanlı hökumətinə 20 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirdi və bu vəsaitin Xilafətin xilasına böyük töhfə verəcəyini vurğuladı. Yəni 20 milyon funt sterlinqə hətta zəifləyin əldən düşmüş xilafəti belə xilas etmək mümkün idi.

Nyulinski sultanla danışıqlar apararkən, Herzl bu polyak zadəganının himayəsi ilə Osmanlının böyük vəziri Xəlil Rıfat paşa ilə görüşürdü və ona planını açıqladı. Lakin böyük vəzir bu təklifi qəbul etmək istəmədi. Sultan isə Nyulinski vasitəsilə Herzlə belə bir ismarış göndərdi: “Cənab Herzl sənin dostundursa, sən də mənim dostumsan, ona de ki, bu məsələdə irəliyə doğru bir addım da atmasın. Mən torpağın cüzi bir hissəsini belə satmaq istəmirəm, çünki bu ölkə mənə aid deyil. O, mənim xalqımındır. Mənim xalqım bu vətəni qanı ilə sulayıb… Mənim Suriya və Fələstin kontingentimin adamları döyüş meydanında şəhid olub, hamısı Plevvada şəhid olub. Mən Osmanlı dövlətinin heç bir yerindən imtina etmək istəmirəm. Qoy yəhudilər milyonlarını özlərinə saxlasınlar… Mən canlı bədəndə cərrahiyyə əməliyyatına icazə verə bilmərəm”.

Sultan yəhudilərin Osmanlı ərazilərinə köçməsinə və məskunlaşmasına qarşı deyildi, lakin yəhudilərin Fələstində cəmləşməsinə qarşı çıxırdı. Osmanlının bu mövqeyini ölkənin Vaşinqtondakı səfiri Əli Ferruh bəy 24 aprel 1899-cu il tarixdə Amerika qəzetində belə dilə gətirmişdi: “Hökumətimizin ərəb ərazilərimizdən heç birini satmaq fikri yoxdur. Ciblərimizi milyonlarla qızılla doldursalar belə, qətiyyətimizdən heç vaxt geri dönə bilmərik”.

Osmanlı dövlət xadimlərindən bəziləri yəhudilərin Fələstini ələ keçirməsini bu ərazidə yəhudi dövlətinin qurulması yolunda ilk addım olacağını bilirdilər. Məsələn, Herzllə görüşən və bütün sionist konqresləri izləyən Berlindəki Osmanlı səfiri Tevfik Paşa İstanbula bildirdi ki, Herzlin əsas məqsədi müstəqil bir yəhudi dövləti qurmaqdır. Yəhudilər təkcə Fələstinlə kifayətlənməyəcək, qonşu ölkələrə yayılacaqlar (Tevfikin 17.8.1900-cü il göndərdiyi məktub). Osmanlılar hesab edirdilər ki, Fələstin 8 milyona yaxın olan bütün dünya yəhudilərini daxil etmək üçün çox kiçikdir və onlar Fələstindən sığınacaq kimi istifadə edəcəklər. Herzlin onlarla Fələstin, eyni zamanda Kipr adası və Sinay üzərində ingilislərlə danışıqlar aparması yəhudilərin son nəticədə Yəhudi imperiyası qurmaq niyyətində olduqlarını göstərirdi. Bu, sultan Əbdülhəmidin belə deməsinə səbəb oldu: “Sionistlərin lideri Herzl məni öz fikirləri ilə inandıra bilməz. Sionistlər Fələstində hökumət qurmaq və öz siyasi nümayəndələrini seçmək istəyirlər, onlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. Mən onların tamahkar ambisiyalarından xəbərdaram və mənim onları qəbul edəcəyimi düşünməkdə sadəlövhlük edirlər. Onların (yəni yəhudilərin) Fələstindəki planlarına tamamilə qarşıyam”.

Buna görə də sultan sionistlərin Fələstinə immiqrasiyasının qadağan edilməsini əmr etdi. “Bundan başqa, o, “biz yəhudilərin Fələstində məskunlaşmasına icazə verməklə dindaşlarımızın ölüm hökmünü imzalamaq istəmirik”, dedi.

Tarixə o da məlumdur ki, 113-cü İslam xəlifəsi II Əbdülhəmid yəhudilərə və onların havadarlarına belə deyib: “Mən sağ ikən Fələstin torpağının İslam Xilafətindən kəsilərək ayrıldığını görməkdənsə, ürəyimə qılınc sancmağı üstün tuturam”.

Yəni bəlli dairələr 1896-cı ildən Fələstin torpaqlarını ələ keçirmək uğrunda fəaliyyət göstərirlər. O vaxtdan başlayan Fələstin davası indi də davam edir.

Elbəyi Həsənli

Əvvəlki Yazı

Azərbaycanlı alimin elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda – FOTOLAR

Növbəti Yazı

700 dollara Azərbaycana qarşı döyüşdüyünü etiraf etdi

XƏBƏR LENTİ

“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

“Erməni vəhşiliyi: sənədlərin dili ilə” nəşrinin təqdimatı keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:33
1
Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

Azərbaycan cəmiyyətində tolerantlıq modeli: Tarixi köklərdən müasir reallığa

15 İyun 2026 / 21:31
2
Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

Şəkidə “Tolerant və multikultural Azərbaycan” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

15 İyun 2026 / 21:29
2
Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

Heyvandarlıq sektorunda müasir çağırışlar: Şəffaflıqdan ekoloji balansa – TƏHLİL

15 İyun 2026 / 21:20
2
Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

Bəzi rayonlara intensiv yağış yağır – Faktiki hava

15 İyun 2026 / 10:41
1
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına – Müraciət ünvanladı

15 İyun 2026 / 10:32
18
Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
9
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
18
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
3
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
3
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
7
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
18
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.