22 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

“Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır”-İlham Əliyev

Oktyabr 15, 2024
Manşet
A A
  

“Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt – noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da – noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır”. – Söz sahibi: Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev; Tarixi hadisənin yeri: Xankəndi şəhəri; tarix: 15 oktyabr 2023-cü il!

Sözün davamı:

“Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə – hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”! – Bu ucadan uca sözləri eşitmək böyük xoşbəxtlikdir, o sözləri demək isə dəfərlərlə böyük xoşbəxtlikdir! And içmək tarix, gələcək qarşısında, əlbəttə, xalq önündə, ilahi qatda da məsuliyyətdir, məsuliyyətdir! O məsuliyyətli Andı içmək və yerinə yetirmək şərəfin özüdür! Məsuliyyət və şərəf bir-birini tamamlayan, bir-biri ilə üzvi surətdə bağlı olan, Haqq işində illa parlaq gələcək vəd edən sarsılmaz birlikdir!

İlham Əliyev nəyə And içmişdi? Əsas Qanununumuz Konstitusiyaya və qutsal “Qurani-Şərif”ə. – Bu, ilk dəfə 21 il öncə baş vermişdi – 15.10.2003! – Əgər numerologiya ilə uğraşmış olsaydıq, bu tarixin özündən də bir mistik riyazi anlam çıxara bilərdik; lakin bu yerdə mənim yadıma şair Hüseyn Nihal Atsızın sözləri düşür: “Həyat polad əllərlə atılan zər olmalı”! Oldu da!

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. – Bu sözlər 21 il öncə – oktyabrın 1-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına müraciətindəndir. O, Ümummilli liderin son müraciəti oldu; bununla belə, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, dövlətçilik planlarını, strateji işləri Azərbaycan Prezidenti İlham Əliyev uğurla həyata keçirərək, xalqa yeni müraciətlər etdi, önəmli müjdələr verdi. Ən müxtəlif vaxtlarda, müxtəlif mövzularda olan belə müraciətlər daha yüksək, fövqəladə müraciət üçün ön aşamalar idi sanki. Hər şey Zəfər üçün, hər şey Vətən üçün idi! Özü də opponentlərin dil boğaza qoymadığı, hakimiyyətə yiyələnmək üçün şeytanla işbirliyini dəxi uyğun gördüyü dönəmlər yaşanırdı o illərdə… Ərazinin 20 fazi işğal altında, işğalçının arxasında güclü havadarlar və bunlar azmış kimi, içimizdə də fürsət gözləyənlər… – Bax, bütün bu vurğulanan və bənzəri olaylara baxmayaraq, ən şərəfli, ən məsuliyyətli And içmiş İlham Əliyev irəli, irəli, yalnız irəli baxırdı…

Xalqa xidmət haqqa xidmətdir. Dövlət başçısının Xalqa daha bir müraciəti 8 noyabr 2020-ci ildə baş verdi: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, Dünya azərbaycanlıları”! – Dillər əzbəri olmuş bu sözlər o gündə, o yerdə qalmadı. Prezident 2023-cü il mayın 10-da elə Şuşanın özündən Xalqa müraciət edirdi. 2020-ci ilin o duyğulu, həyəcanlı, qürurlu və tarixi 8 noyabr günü Fəxri Xiyabanı ziyarətini xatırladan Prezident deyirdi: “Ürəyimdə dedim ki, tapşırıq yerinə yetirildi! Məruzə edir: Ali Baş Komandan İlham Əliyev”.

Prezidentin 2020-ci ildə Şuşanın qurtuluşu ilə bağlı, 2023-cü ildə isə Şuşanın özündən Xalqa müraciətində, keçmişə, bu günə və gələcəyimizə dair ən ümdə düşüncələr bölüşüldü. Özəlliklə, 30 il içində düşmən tapdağı altında qalmış torpaqlarımızın necə misilsiz qəhrəmanlıqla, yüksək mənəviyyatla, əvəzsiz ləyaqətlə qurtarılmasına dərin vurğular edən Ali Baş Komandan məhz Şəhidlər Xiyabanını ziyarətini xatırlatdı: “Ürəyimdə dedim ki, qanınız yerdə qalmadı”! Şuşa ilə bağlı da, Şuşadan da məhz “Ürəyimdə dedim” vurğusu!.. O vurğunu biz bir də Xankəndidən Xalqa müraciətdə gördük. “Əziz həmvətənlər! Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm!” sözləri ilə başlayan o müraciətdən daha hansısa sitat gətirmədən, deyək: o müraciət başdan-başa ürək idi, ürək idi!

2003-cü ildə Konstitusiyamıza, “Qurani-Şərifə” əl basaraq And içən Prezident, əslində, yalnız rəsmi And içməklə qalmamışdı. O, ilk Andın duyğu-düşüncələrini, ürəyində deyilənləri… bizimlə illər sonra Şuşa işığında bölüşdü. – Bəli, nəyisə ən azı 17 il ürəkdə saxlamaq qeyri-adi hadisədir! Dövlət başçısının ürəyindəkiləri açıb-tökəcəyi şanlı günə inamı xalqa inamın, dövlətə inamın, özünə inamın ifadəsi olub! Haqqın incəlsə də, üzülməyəcəyinə inamın təntənəsidir bu ifadəlilik!

İlham Əliyevin And içərkən keçirdiyi duyğu-düşüncələrdən biri də əcdadın ruhunu şad etmək, gələcək nəsillərə yol göstərməkdir. – Adım kimi əminəm buna. – “…bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək”! – Bax, bu, Şuşa ünvanlı, Şuşa ovqatlı sözlər həm fiziki-coğrafi yüksəklikdə deyilib, həm tarixi, həm də mənəvi yüksəklikdə!
“Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”! – Bəli, İlham Əliyev 2003-cü il oktyabrın 15-də, əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq, Prezident səlahiyyətlərini həyata keçirərkən üstünə götürdüyü yüksək öhdəliklərlə bağlı bu Andı içmişdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra isə qutsal “Qurani-Şərif”ə əl basaraq demişdi: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.
Sonra isə dünyanın ən gözəl, ən möhtəşəm bayrağı önündə təzim! O and, o təzim, 21 ilə sığmayan 210 illik xidmətlər… elə bayrağımızın boyalarını, Ay-ulduzunu, tariximizi, bugünümüzü, gələcəyə baxışımızı da şəkilləndirir!
Ərazi bütövlüyünün, suverenliyin bərpası, 200 il öncələrdən başlayaraq, çırpı-çırpı böyüdülüb, bəslənmiş və son qərinə boyu alovu heç əskilməmiş separatçılıq “ocağ”ının söndürülməsi 21 il içində nələr edildiyinin ən parlaq ifadəsidir! İlham Əliyev bizim qarşımıza qondarılmış min bir suala bir Dəmir Yurmuqla cavab verdi – cavab kimi cavab! Tarix bizi gərək belə suallar qarşısında qoymazdı… Şair necə deyirdi? –

Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya bizim olacaq.
(Z.Yaqub, “Dünya türkün olacaq!”)

Şəhidlər ölmədi! Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər Qoşalı
Əvvəlki Yazı

AYB-üzvü,Şairə Esmira Günəş Xəzri Sariyevin xatirəsinə anım günü təşkil etdi

Növbəti Yazı

Livan İsraili raket atəşinə tutub

XƏBƏR LENTİ

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

22 İyun 2026 / 11:14
19
Türkmənistan prezidentinin rəsmi qarşılanma mərasimi oldu

Türkmənistan prezidentinin rəsmi qarşılanma mərasimi oldu

22 İyun 2026 / 11:07
26
İctimai nəzarət və ekoloji məsuliyyət heyvandarlığın gələcəyini necə müəyyənləşdirir? – TƏHLİL

İctimai nəzarət və ekoloji məsuliyyət heyvandarlığın gələcəyini necə müəyyənləşdirir? – TƏHLİL

22 İyun 2026 / 11:01
3
Rusiya Türkiyə gəmisini PUA ilə vurdu: ölənlər var – Video

Rusiya Türkiyə gəmisini PUA ilə vurdu: ölənlər var – Video

22 İyun 2026 / 10:47
2
Fatih Terimdən azarkeşlərə müraciət

Fatih Terimdən azarkeşlərə müraciət

22 İyun 2026 / 10:41
18
Mingəçevirdə Vətən Müharibəsi iştirakçısı döyülərək qətlə yetirilib

Mingəçevirdə Vətən Müharibəsi iştirakçısı döyülərək qətlə yetirilib

22 İyun 2026 / 10:25
1
Kirayə mənzil bazarında dələduzluq hallarına tez-tez rast gəlirik… – Deputat Razı Nurullayev

Kirayə mənzil bazarında dələduzluq hallarına tez-tez rast gəlirik… – Deputat Razı Nurullayev

22 İyun 2026 / 10:13
42
Deputat Günay Ağamalıya daha bir itki

Deputat Günay Ağamalıya daha bir itki

22 İyun 2026 / 10:06
81
Türkmənistan Prezidenti Azərbaycana gəldi

Türkmənistan Prezidenti Azərbaycana gəldi

22 İyun 2026 / 9:59
2
İsmayılıda “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə keçirilib – FOTOLAR

İsmayılıda “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə keçirilib – FOTOLAR

21 İyun 2026 / 13:24
4
Ağsu və İsmayıllıda heyvandarlığın inkişafına həsr olunmuş ictimai müzakirə keçirilib

Ağsu və İsmayıllıda heyvandarlığın inkişafına həsr olunmuş ictimai müzakirə keçirilib

21 İyun 2026 / 13:18
4
ATV-nin qadınların pensiya yaşı ilə bağlı verdiyi süjet saxtadır… – Deputat

ATV-nin qadınların pensiya yaşı ilə bağlı verdiyi süjet saxtadır… – Deputat

21 İyun 2026 / 10:05
65
Rusiyada kütləvi səfərbərlik başladı

Rusiyada kütləvi səfərbərlik başladı

21 İyun 2026 / 9:05
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi daha bir maarifləndirici tədbir keçirib – FOTO

19 İyun 2026 / 22:39
9
Yeniyetmələrin peşə hədəflərinin formalaşdırılmasına dəstək tədbiri keçirilib – FOTOLAR

Yeniyetmələrin peşə hədəflərinin formalaşdırılmasına dəstək tədbiri keçirilib – FOTOLAR

19 İyun 2026 / 15:32
3
Yeniyetmələrin peşə seçiminə dəstək verən maarifləndirici görüş keçirilib

Yeniyetmələrin peşə seçiminə dəstək verən maarifləndirici görüş keçirilib

18 İyun 2026 / 22:17
12
Tolerantlıq modelində Azərbaycan təcrübəsi: Sosial harmoniya və mədəni müxtəliflik – TƏHLİL

Tolerantlıq modelində Azərbaycan təcrübəsi: Sosial harmoniya və mədəni müxtəliflik – TƏHLİL

18 İyun 2026 / 22:10
9
Pezeşkian ABŞ-İran memorandumunun surətini paylaşdı – Fotolar

Pezeşkian ABŞ-İran memorandumunun surətini paylaşdı – Fotolar

18 İyun 2026 / 16:39
24
Prezident İlham Əliyev Bakıda açılış mərasimində – Fotolar

Prezident İlham Əliyev Bakıda açılış mərasimində – Fotolar

18 İyun 2026 / 16:28
20
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

18 İyun 2026 / 16:13
1
Abdulla Şaiqin 145 illik yubileyi münasibətilə “Söz dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

Abdulla Şaiqin 145 illik yubileyi münasibətilə “Söz dünyasına səyahət” adlı tədbir keçirilib-Fotolar

18 İyun 2026 / 16:07
64
Oğuzda tolerantlıq və multikulturalizm dəyərləri müzakirə olundu – FOTOLAR

Oğuzda tolerantlıq və multikulturalizm dəyərləri müzakirə olundu – FOTOLAR

17 İyun 2026 / 22:13
11
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb

17 İyun 2026 / 15:14
3
“XXI Əsrin Qadınları” İctimai Birliyi İsmayıllıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi İsmayıllıda tədbir keçirib – FOTO

17 İyun 2026 / 10:23
12
Pirallahıda yeniyetmələrin peşə seçiminə dəstək tədbiri keçirilib

Pirallahıda yeniyetmələrin peşə seçiminə dəstək tədbiri keçirilib

16 İyun 2026 / 23:57
8
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

16 İyun 2026 / 16:57
4
Ukraynalı futbolçu ad günündə dənizdə boğulub öldü

Ukraynalı futbolçu ad günündə dənizdə boğulub öldü

16 İyun 2026 / 10:08
19
Yol polisi sürücülərə müraciət etdi

Azərbaycanda “Piyadalar, diqqətli olun!” həftəliyi başladı

16 İyun 2026 / 10:02
17
İndoneziyada güclü zəlzələ baş verib

İndoneziyada güclü zəlzələ baş verib

16 İyun 2026 / 9:54
14
Aleksandr lukaşenko:”İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşaqları öldürərkən hansı Holokostdan danışırdılar?”

Aleksandr lukaşenko:”İsraillilər bu qədər insanı, xüsusən də qadın və uşaqları öldürərkən hansı Holokostdan danışırdılar?”

16 İyun 2026 / 9:47
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.