Gündəm

AYB-üzvü,Şairə Esmira Günəş Xəzri Sariyevin xatirəsinə anım günü təşkil etdi

15 Oktyabr 2024, 21:2924
Reklam728x90
Reklam320x100

 

Avropa.info xəbər verir ki,AYB-nin üzvü şairə Esmira Günəş oktyabrın 15 də Saatlı rayon Orta Muğan kəndində 44 günlük Vətən müharibəsinin şəhidi Xəzri Sarıyevin ad günü idi. Şairə Esmira Günəş şəhidin təhsil aldığı Orta Muğan kənd tam orta məktəbində tədbir təşkil edərək şəhidin ailəsinin könlünü şad edib.Şəhidin yer aldığı “Cəsur Qəhrəmanlar” kitabının məktəbdə təqdimatını edən şairə Esmira Günəşin tədbirində şəhid ailələri, qazilər, AYB-nin üzvü şair Qənbər Əhmədli, müəllimlər və məktəbin şagird kollektivi iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunduqdan sonra sıra ilə qonaqlar çıxış edib. Tədbirin sonunda şairə Esmira Günəş kitabını və “Dəmir Yumruq ALFA” cəmiyyətinin Təşəkkürnaməsini Şəhid Xəzri Sarıyevin ailəsinə təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra qonaqlar şəhidin məzarını ziyarət edib və evində təşkil olunmuş ehsan süfrəsinə qonaq olublar.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600