09 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edi

Oktyabr 8, 2024
Manşet
A A
Oktyabrın 8-də Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

Avropa.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Əvvəlcə birgə foto çəkdirilib.

Dövlətimizin başçısı iclasda çıxış edib:

-Hörmətli həmkarlar. Vladimir Vladimiroviç, əvvəlcə, Sizi doğum gününüz münasibətilə bir daha təbrik etmək və Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Rusiyanın dost xalqına isə yeni uğurlar və nailiyyətlər arzulamaq istərdim. Rusiya Federasiyasının Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əminəm ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək.

Fürsətdən istifadə edərək, Emoməli Şərifoviç Rəhmona Tacikistan Respublikasının növbəti il MDB-də sədrliyində uğurlar arzulamaq və keçmiş doğum günü münasibətilə bir daha təbrik etmək istərdim.

MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Növbəti il Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.

Fürsətdən istifadə edərək, Belarusu II MDB Oyunlarını uğurla keçirməsi münasibətilə təbrik etmək istərdim. Belaruslu dostlarımızın və qardaşlarımızın təcrübəsi bu mühüm idman tədbirinə hazırlıqda və onun keçirilməsində bizim üçün çox faydalı olacaq.

Bir aydan sonra Bakı ən böyük beynəlxalq tədbirə – COP29 iqlim konfransına ev sahibliyi edəcək. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Hörmətli həmkarlar, bu gün MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul ediləcək. Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi.

Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar.

Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Vladimir Putin: İlham Heydər oğlu, çox sağ olun.

***18:14

Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

Avropa.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Əvvəlcə birgə foto çəkdirilib.

Dövlətimizin başçısı iclasda çıxış edib.

Əvvəlki Yazı

Putinin Əliyev və Paşinyanla Zəngəzur müzakirəsi

Növbəti Yazı

Bu şəxslər 15 ilədək azadlıqdan məhrum edilə bilər

XƏBƏR LENTİ

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyası öz işinə başlayıb

09 Sentyabr 2026 / 1:53
12
Zərdabda dəhşətli  yol-nəqliyyat hadisəsi baş verib, Traktorla toqquşan “KİA” alışdı – 5 nəfər yanaraq öldü

Zərdabda dəhşətli  yol-nəqliyyat hadisəsi baş verib, Traktorla toqquşan “KİA” alışdı – 5 nəfər yanaraq öldü

09 Sentyabr 2026 / 1:29
31
ABŞ Hərbi Dəniz Qüvvələrində büdcə böhranı: Vəsaitlər maaş hesablarından köçürüldü

ABŞ-ın hücumlarından sonra İran sərt xəbərdarlıq etdi: “Gəmiləri dərhal tərk edin!”

09 Sentyabr 2026 / 0:50
7
Türkiyə Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyir

Türkiyə Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyir

09 Sentyabr 2026 / 0:28
4
İrandan ABŞ-a: Ciddisiniz?

İrandan ABŞ-a: Ciddisiniz?

09 Sentyabr 2026 / 0:20
5
Mehr: İranın Xark adası və Cask şəhəri ərazisində partlayışlar baş verib

Mehr: İranın Xark adası və Cask şəhəri ərazisində partlayışlar baş verib

08 Sentyabr 2026 / 23:53
1
Ukraynanın istilik elektrik stansiyası partlayışlardan sonra elektrik enerjisi istehsalını dayandırıb

Ukraynanın istilik elektrik stansiyası partlayışlardan sonra elektrik enerjisi istehsalını dayandırıb

08 Sentyabr 2026 / 23:45
8
İsrailin xarici işlər naziri Britaniyanın Qüdsdəki konsulluğunun bağlandığını açıqlayıb

İsrailin xarici işlər naziri Britaniyanın Qüdsdəki konsulluğunun bağlandığını açıqlayıb

08 Sentyabr 2026 / 22:48
15
Lavrov sentyabrın 8-də Moskvada Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Qərbin 1991-ci il sərhədlərini Ukraynaya qaytarmaq üçün “qəddar” istəyini açıqladı

08 Sentyabr 2026 / 22:32
2
Putin və Tramp ABŞ prezidentinin nümayəndələrinin Moskva və Kiyevə səfərindən sonra telefonla danışıblar

Putin və Tramp ABŞ prezidentinin nümayəndələrinin Moskva və Kiyevə səfərindən sonra telefonla danışıblar

08 Sentyabr 2026 / 21:36
11
Prezident Ərdoğan Filenin Sultanlarını qəbul edib

Prezident Ərdoğan Filenin Sultanlarını qəbul edib

08 Sentyabr 2026 / 20:56
18
Kanada ABŞ ilə uzunmüddətli ticarət müharibəsinə hazırlaşır: Amerika mallarına cavab tarifləri qüvvəyə minib

Kanada ABŞ ilə uzunmüddətli ticarət müharibəsinə hazırlaşır: Amerika mallarına cavab tarifləri qüvvəyə minib

08 Sentyabr 2026 / 17:28
5
Rusiya üç günlük fasilədən sonra Kiyevə yeni zərbələr endirib, 3 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb

Rusiya üç günlük fasilədən sonra Kiyevə yeni zərbələr endirib, 3 nəfər ölüb, 20-yə yaxın adam yaralanıb

08 Sentyabr 2026 / 17:12
8
Macarıstanın baş naziri Magyar rus diplomatların ölkədən çıxarılmasına münasibət bildirib

Macarıstanın baş naziri Magyar rus diplomatların ölkədən çıxarılmasına münasibət bildirib

08 Sentyabr 2026 / 16:47
3
Sumqayıtda yaşadigi mənzildə 22 yaşlı qızın meyiti tapıldı

Sumqayıtda yaşadigi mənzildə 22 yaşlı qızın meyiti tapıldı

08 Sentyabr 2026 / 16:18
10
Prezident lham Əliyev Özbəkistanın “Ali Dostluq Dərəcəsi” ordeni ilə təltif edildi-Foto

Prezident İlham Əliyev Media və Yayım Şurasına sədr və üzvlər təyin etdi – Adlar

08 Sentyabr 2026 / 14:14
16
Ədliyyədən çıxan ailəyə silahlı hücum: 1 ölü

Ədliyyədən çıxan ailəyə silahlı hücum: 1 ölü

08 Sentyabr 2026 / 14:07
13
İsrailin Qəzzada son 24 saatda atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 4 nəfər həyatını itirib

İsrailin Qəzzada son 24 saatda atəşkəsə baxmayaraq həyata keçirdiyi hücumlarda 4 nəfər həyatını itirib

08 Sentyabr 2026 / 13:59
6
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razı Nurullayev:“Uşağın xərcləri ilə yanaşı, aliment ödəyən valideynin də real gəliri və maddi vəziyyəti nəzərə alınmalıdır”

08 Sentyabr 2026 / 13:21
101
Avtomobi qəzası nəticəsində sıxılı qalan sürücü  xilas edildi – Video

Avtomobi qəzası nəticəsində sıxılı qalan sürücü  xilas edildi – Video

08 Sentyabr 2026 / 13:16
5
Rusiya ordusu Xarkov vilayətində daha iki kəndini nəzarətə götürülüb 

Rusiya ordusu Xarkov vilayətində daha iki kəndini nəzarətə götürülüb 

08 Sentyabr 2026 / 13:06
20
NYT: Nyu-Yorklular 11 Sentyabr hücumundan sonra havanın keyfiyyəti ilə bağlı yanlış məlumat verdilər

NYT: Nyu-Yorklular 11 Sentyabr hücumundan sonra havanın keyfiyyəti ilə bağlı yanlış məlumat verdilər

08 Sentyabr 2026 / 12:57
25
Vüqar Dadaşov:”Putinin “Ermənistan xalqı istəsə” ifadəsi elə özündə bütün açar şərtləri və xəbərdarlığı ehtiva edir”

Vüqar Dadaşov:”Bu, sadəcə atəşkəs deyil, məğlubiyyətin siyasi-hüquqi rəsmiləşdirilməsidir”

08 Sentyabr 2026 / 12:50
85
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib

08 Sentyabr 2026 / 12:22
4
Yaponiyada həddindən artıq turizm həyəcanı: Kirayə evlərə məhdudiyyətlər var

Yaponiyada həddindən artıq turizm həyəcanı: Kirayə evlərə məhdudiyyətlər var

08 Sentyabr 2026 / 11:17
19
Zaxarova:“Bu ilk növbədə, İtaliya hökumətinin İtaliya xalqının üzünə tüpürməkdir”

Zaxarova Ukraynanın terrorizmin ixracına diqqət yetirdiyini açıqlayıb

08 Sentyabr 2026 / 11:04
14
Məhəmməd Əsədullazadə: “İran Rusiyanın “xaricdəki rusdillilər” təzyiq modelini təkrar edir”

Məhəmməd Əsədullazadə:”Hazırda tətbiq edilən sanksiyalar çərçivəsində İranın qonşu ölkələri və strateji tərəfdaşları da hədəfə gələ bilər”

08 Sentyabr 2026 / 10:52
74
Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb

08 Sentyabr 2026 / 10:12
0
Onlar Moskva və Kiyevdə hərəyə bir görüş keçirəcəklər

Zelenski Kushner və Witkoff üçün sirk təşkil etdi

08 Sentyabr 2026 / 10:00
27
Odessa NATO-nun məzarına çevrildi, gəmilər dibə gedir

Odessa NATO-nun məzarına çevrildi, gəmilər dibə gedir

08 Sentyabr 2026 / 9:51
21
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.