Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının iclasından əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşəcək.
Avropa.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq, burada Rusiya fəal müsbət rol oynayır”, – Uşakov qeyd edib.