İsrail ordusunun atəşkəsə baxmayaraq Qəzza zolağının cənubundakı Rəfah şəhərində həyata keçirdiyi hücumda bölgəyə humanitar yardımların paylanmasından məsul olan iki fələstinli polisin həyatını itirdiyi açıqlanıb.
Avropa.info xəbər verir ki, Qəzzada Daxili İşlər Nazirliyindən verilən açıqlamaya görə , İsrail ordusu Rəfah şəhərinin şərqindəki Əl-Şavka bölgəsinə hücum edib.
Qəzza zolağına çatdırılan humanitar yardımın təhlükəsizliyini təmin etmək üçün bölgədə olan iki polis məmuru hücumda həyatını itirib, bir polis məmuru isə ağır yaralanıb.
Bəyanatda hücum pislənilib, vasitəçi ölkələr və beynəlxalq ictimaiyyət İsrailə təzyiq göstərərək, vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə və gündəlik işlərdə asayişin qorunmasına xidmət edən polis qüvvələrini hədəf almamağa çağırıb.
Yanvarın 19-da HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi razılaşmasına baxmayaraq , İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir.
Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş fevralın 11-də bildirib ki, yanvarın 19-da əldə olunan atəşkəs razılaşmasından sonra İsrailin Qəzza zolağına birbaşa hücumları nəticəsində 92 fələstinli həyatını itirib.
Avropa.info